Çoxdandır fikirlərini öyrənmək istədiyim filosofu nəhayət tanımaq şərəfinə nail oldum və bu kitabın Kierkegaard'ın fikirləri ilə tanışlıq üçün uyğun kitab olacağını düşünürəm. Çünki onun şəxsiyyətinin ən önəmli tərəflərindən biri qatı xristiyan və inanclı bir insan olması idi. Burda qatı inanclı deyərkən şişirtmədiyimi, bunun həqiqətən belə olduğunu kitabı oxuduqdan sonra daha yaxşı anlayacaqsız.
İlk başda onu qeyd etmək lazımdır ki, kitabda Kierkegaard'ın bəhs etdikləri əsasən xristianlıq üzərindən davam etsə də, yenə də bu fikirlərin əksəriyyətini digər dinlərə də aid etmək olar və oxuyarkən həqiqətən bu olanların tanıdığım bir çox din üçün keçərli olduğunu fərq edirdim.
Əsasən inancın Tanrı ilə hər bir insan arasında özəl bir şey olduğu fikrindəyəm, çünki insanların inancları eyni olsa da, məsələn, bütün müsəlmanlar yalnız bir Tanrının varlığını qəbul edir və onun göndərdiyi kitabı tanıyırlar, lakin hər kəsin inancında fərqli məqamlar var və hər kəs özünün baxış bucağına uyğun fərqli bir inanış içərisindədir əslində. Bu, hər kəsin haqsız və ya hər kəsin haqlı olacağı anlamına gəlmir, amma yenə də, Tanrı o kitabı hər kəs üçün göndərib və demək ki, hər kəsin oxuyub anlaya bildiyi şəkildə anlayaraq özü üçün bir şeylər götürməsi lazımdı, daha durub kitabın üzünü açmadan kitabı anladığını deyən başqa insanların sözünə görə yaşaması yox. Kierkegaard'ın müdafiə etdiyi də əsasən budu, o, insanların Tanrı ilə baş-başa qalaraq, onun göndərdiyi kitabı da təklikdə oxuyaraq ondan anlaya bildiyini almaq və heç olmasa bu anladığı şeyi gerçəkləşdirmək üçün çabalamalı olduğunu qeyd edir, yoxsa insanların da qeyd etdiyi kimi "biz o kitabdan heçnə anlamarıq, ən yaxşısı anlayan birindən soruşaq" fikrinə uyaraq, o kitabdan alacağını başqası vasitəsilə almaq və heç o aldıqlarının da əksəriyyətini yerinə yetirməmək daha pisdir.
Kierkegaard'ın dediyi bütün fikirlərlə razı olmadım, bəzi fikirləri özlüyündə paradoks yaradırdı və ya özünü inkara gedib çıxa bilən fikirlər idi, lakin ümumilikdə götürəndə inanclı və xristian olduğunu iddia edən insanların da əslində öz dininə uyğun yaşamaması barədə etdiyi sərt tənqidlərin əksəriyyətini doğru görürəm. Əsərdə tez-tez dinin bir çoxlarının əlində vasitə olduğunu, dəyişdirilərək ilkin dindən çox uzaqlaşdığını və gerçək xristianlığın təməllərinin nədən ibarət olduğuna dair fikirlərini bildirirdi. Bu qisimləri həqiqətən bəyəndim. Çünki din doğrudan da doğru şəkildə yaşanılmır, xüsusilə inanclı olduğunu bildirən insanlar tərəfindən. İnsanlar daha öz dininin təməllərini belə tam bilməzkən və bildiklərinin də əksəriyyətinə əməl etməzkən özlərini əsil inanclı hesab edirlər. Bir söz var, ya olduğun kimi görün, ya da göründüyün kimi ol deyə, Kierkegaard da kitabın sonunda hər bir xristiandan belə yaşamaqdansa öz səhvlərini boynuna almağı məsləhət görür. Kitabda bunlarla yanaşı başqa fikirlərə də yer verilir, insanın inanma ehtiyacı və bu ehtiyacın qaynağı, necə və hansı şəkildə inandığı, sevgi və gerçək sevginin nədən ibarət olması və s. mövzulara da toxunulur. Bir sözlə, müəllif bir xristiyanın, daha doğrusu inanclı insanın keçirdiyi hissləri, düşüncələrini və inanma şəklini şərh edir və yanlış gördüklərini də sərt şəkildə tənqid edir.
Qısacası, Kierkegaard'ı oxumağa davam edəcəm və bu kitabını da həm onun fikirlərini tanımaq istəyənlərə, həm bu mövzuda araşdırma etməyi sevənlərə, həm də ümumiyyətlə hər bir fəlsəfə sevən insanlara tövsiyə edirəm👍🏻📚
"Tanrı'nın her insanla ilgilenmesi, sonsuz sevgisindendir. Bu dünyada kötülerin işlerinin iyi gitmesine izin verişi, sonsuz görkeminin işaretidir. Tanrı'nın bu insanları görmezden gelmesindeki korkunç cezayı anlamıyor musun? Tanrı'nın ceza verdiği kişiler, artık ilgilenmemeyi seçtikleridir. Yine de Tanrı istediğini daima alır."
"Hayran ile örnek alan arasındaki fark nedir? Örnek alan, hayrankık duyduğu şey olmuştur ya da olmaya gayret eder. Buna karşın, hayran, kişisel olarak ayrık durur. Hayranlık duyduğu şeyin kendisine yönelik kişisel bir talep içerdiğini göremez ve bu yüzden, hayranlık duyduğu şey olmayı ya da bunun için gayret sarf etmeyi başaramaz."
"Bir başkasını zayıflıklarına, hatalarına ve kusurlafına rağmen sevmek kusursuz sevgi değildir. Hayır, sevmek, o kişiyi zayıflıklarına, hatalarına ve kusurlarına rağmen ve bunlarla beraber sevilebilir bulmaktır."