Kitabın izah tərzi çox sadə və gözəl bir dildədir. Hər bir hədis, rəvayət, sünnət və s. məlumatın kimdən alındığı, kimə söykəndiyi, hansı kitaba istinad edildiyi bir-bir göstərilmişdir ki, bu da insanda şübhələri yox edir. Yəni istəyən, məlumatın doğruluğunu yoxlamaq üçün qeyd edilən şəxsin kitabına müraciət edə bilər.
Yanaşma şəkli bir başqadır. Hər bir fikirini isbat etməyə çalışmışdır. Çox bəyəndim. Dini mövzularda oxunulası kitablardan biridir.
Qeyd edilən kimi, bizə nümunə olan Məhəmməd peyğəmbərin fikirlərinin, qayəsinin yaşadılması, davam etdirilməsidir. İslam dini üçün ən böyük mənfəət onun düzgün təbliğ olunmasıdır. Ağlamaqla, sızlamaqla cənnətdə özünə bir yer qazanılmır.
Gözəl araşdırma, düşüncəli yanaşmaya dayanaraq yazılmış bir kitabdır. Kitabda o qədər sabit, dayanıqlı, mənbələrə əsaslanaraq məlumatlar verilmişdir ki, yaxşı olar ki, özünün dediyi kimi, kitabın müəyyən yerinə qeydlərinizi edəsiniz. Mən kitabın ortasından qeydlərimi kitabda elədim. Buna görə təkrar bir baxış keçirməli olacağam.
Qəbul edib, etməmyiniz sizə bağlıdır. Amma ilk öncə oxuyub sonra. Əks təqdirdə, nəyin niyə belə olduğunu , bəzi məsələrin həmişə doğru olduğunu zənn etdiyimiz halda niyə yanlış olmasnı bu zaman görə bilərik.