🗡️Kaybolmuş Ruhlar Sarayı I | Dilara Keskin
⭐3/5
🏰düşmən krallıqlar
🏰anlaşmalı evlilik
🏰taxt oyunları
🏰intriqa
🗡️Dilara'ya bu kitabla başladığım üçün məmnunam. Kitaba qarşı gözləntim 0 idi. Amma gözləntimin xeyli üstündə çıxdı. Bəyənməyəcəyimi düşünürdüm amma bəyəndim. Təbiki sevmədiyim cəhətləri oldu. Amma 0 gözləntiyə görə yaxşı idi.
🗡️Mövzusuna gələcək olarsam: Kitana, anasının yəni Kraliçanın istəyi üzrə düşmən krallığa gedir. Məqsədi, kralın oğlunu başdan çıxarıb ailənin sonunu gətirməkdir. Amma planları heç də istədikləri kimi getmir. Kitana, özünü Kralın varisi olacağı düşünülən, Vincent'lə qarşı qarşıya qalır.
🗡️Mövzusu qısa konkret belədir. Əslində mövzusu həqiqətən də yaxşıdır. Amma biraz daha yaxşı ola bilərdi deyə düşünürəm. Bunlarında əlavəsində Kitana, obrazı məni həqiqətən də əsəbləşdirdi. Deməli, kitabın başlarında Kitana çox çox güclü, çox cəsur, qorxusuz, dövüşən, anasının ordusuna zaman zaman başçılıq edən bir obraz olaraq görünür və anasının, kraliça olaraq seçəcəyi, o varisdir. Amma mən Kitana'nın Vincent gilin krallığına gəldiyi gündən ağlamaqdan başqa hər hansısa bir şeyi elədiyini oxumadım. O qədər gücle göstərilən obraz, sadəcə ağlayırdı. Baxın ağlamağına heçnə demirəm, sadəcə bu qədər cəsarətli bir obraz olduğu deyilir. Niyə o cəsurluğu göstərmir?
Məsələn, Köməkçilər şəhərdə idi. Bir anda Hücuma məruz qaldılar və Kitana, heçnə edə bilmədim. Anlayıram, o anın şoku ilə tutulub qaldı amma bu qədər təlimdən sonra əvvəlcədən hücumu hiss edə bilmirdi? Ya da o hücumdan sonra tez özünə gəlməliydi. Dediyim kimi güclü göstərilib, o güclülüyü boş buraxılmışdı.