Palanhiuk wannabe
Bu kitabı ayrı hissələrə bölmək olar.
Bir hissəsi Çak Palanikdir. Bir rəfiqəm Qaraqanın kitablarının Palanikin əsərlərinin təkrarı olduğunu demişdi. Palanikin hələ ki yalnız 2 kitabını oxumuşam, ancaq oxuyan zaman bu oxşarlığı hiss edirdim. Kitabda axıra yaxın binada sözlərin çıxmasına, maşınları, dükanları darmadağın etmə mərhələsinə çatanda, hələ bir hekayətçi "A"nın özü olub olmamağı haqqında düşünəndə "A" romanıyla "Fight Club" arasındaki eynilikləri görməmək mümkün deyildi.
Bir hissəsi müəllifin fikirləridir. Bu əsəri oxumağa gənclərin "bu kitab mənim həyatımı dəyişdi" dedikləri üçün başladım. Nə kitabdır ki görəsən? deyə düşünürdüm. İndi dəhşətə gəlirəm. Dəhşətə gəlirəm ki, onların ağlı indi belə fikirlərlə doludur.
Bir hissəsi hekayələrdir. Bu kitabın ən yaxşı hissəsidir: pritçalar, nağıllar və s. Və təsadüfə baxın ki, bunlar müəllif tərəfindən yazılmayıb.