Mən spoiler verməyi heç sevmirəm. Ona görə uzun şərhlərə də çox vaxt gərək duymuram. Lakin bu dəfə yenə spoilersiz, amma bir qismət danışacam.
Deməli Obyektiv oxuyucu rəyimdən başlayacaq olsaq, bu əsər heç vaxt klassik ədəbiyyat nümunəsi hesab olunmayacaqsa da, tərifi ala buluda çıxmış bir çox bestseller-dən heç də geri qalmır. Günəşimin mütəmadi qayğı və diqqət tələbli dövrünə tuş gəldiyi üçün bir oturuşda bitirə bilmədim, lakin fikrimi kifayət qədər özündə cəmləyib saxlayırdı. Biraz Hollivud, biraz da Bollivudsayağı film izlədim sanki, amma kitabdan. Hər şeydən bir az var idi. Dostluq, sevgi, sədaqət, macəra, olum, ölüm,uşaqlıq, gənclik, tələbəlik, çılğınlıq, təmkinlik və sairə. Amma ən çox da, kino, bol-bol kino
Keçək subyektiv rəyimə… Müəllifin kifayət qədər istedadlı, lakin azca ürkək olduğunu düşünürəm. Niyəsini soruşsanız, belə deyim, əminəm ki, digər revizayalar bu çapa verilmiş və qarşımda duran yekun nüsxədən də daha dolğun və dərin olublar. Amma görünür yazıçı mürəkkəbliyin hesablanması çətin nəticələri və dərinliyin qaranlıq kölgələrindənsə sadənin təhlükəsizliyinə sığınıb. Hər nə qədər dəlisov olsa da Fərid özünün bütün yaradıcı təbiəti, istedadı ilə yanaşı həm də yaxşı, ləyaqətli və mühəndis oğlandı. Onun üçün necə göründüyü, səsləndiyi, geyindiyi, danışdığı, yemək yediyi və sairə önəmli olmasa da əminəm Yuxarıda da qeyd etdiyim kimi, necə insan olması və nələrə səbəb olacağı həmişə kifayət qədər önəmli və hesabı labüddür. Ədəbiyyat və ya incəsənət isə özünün ən təbii halında belə şeyləri sevmir. Onlar istəyir ki, harda necə gəldi doğulsunlar. Təki doğuş baş tutsun, necə, harda, nə vaxt önəmli deyil, əsas odu doğulsun və sonrası da qalsın taleyin ümidinə. Amma bu tezcanlılıq bütün təhlükəsizlik qaydalarını pozduğu üçün doğana da, doğulana da, hətta qeyri başqalarına da ağlasığmaz zərərlər yetirə, fəsadlar da verə bilər. Və ən önəmlisi belə bir yanaşma yaradıcılığın və doğuşun niyyəti mahiyyətindən də uzaqlaşır, çünki əgər əsas məram ‘həyat’ və ‘mövcudluq’ ilə bağlıdırsa onda bir qədər diqqətli olmaqda fayda var. Bütün bu analogiyalarımın da fonunda demək istədiyim bir növ budur ki, Fərid ədəbiyyat və incəsənətin özülündə olan zırramalığı tipinə əks etdirsə də, şəxsiyyət və qələmindən uzaq tutur görünür. Bu qədər ehtiyatlı davranması onu müəyyən dəyərlər sahibi yaxşı insan və az oxunan, amma az da tənqid olunan müəllif edirsə də, istedadini zəncirləyir. Yəni onun yaradıcılığının qandallarını başqalarının əli ilə öz içindəki adam taxır. Mən əminəm ki, növbəti əsələrində bəzi dərinlikləri tramplin kimi düzəcək və oxuyucular boğulmaq və düşmək əvəzinə, uçacaq….Özü də çox Uzaqlara, Müasir Azərbaycan Ədəbiyyatının sərhədlərindən də uzaqlara…
Extra subyektiv rəyimi də bir cümlə ilə müəllifin özünə bildirmişəm
Və yeri gəlmişkən, son olaraq da deyim ki, bu Nebulanın mütaliə siyahımdakı 4-cü ulduzu idi, yeni ilin ilk günləri daha bir ulduz düşürdülər Azərbaycan dilli ədəbiyyat sıyahısına. Ona da çatdıracam özümü bu yaxında, əmma burda, instaqramda məhz bu əsəri paylaşma səbəbim, bu ulduzun başdan ayağa xalis yerli tozdan hazırlanmasıdı. Dəyərini, qiymətini bilin. Bir gün neft bitəcək, sizə də, bizə də, hamımıza da, lap balalarımıza da qalan belə-belə şeylər olacaq.