Jump to ratings and reviews
Rate this book

Şeyx Sənan

Rate this book

Paperback

First published January 1, 1914

34 people want to read

About the author

Hüseyn Cavid

20 books27 followers
Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq.
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.



Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005, 288 səh.
Hüseyn Cavid. Ana. (dram)


Hüseyn Cavid. Maral (faciə)
Hüseyn Cavid. Səyavuş (faciə)
Hüseyn Cavid. Şeyx Sənan (faciə)
Hüseyn Cavid. İblis (faciə)
Hüseyn Cavid. Azər (poema)
Hüseyn Cavid. Qız məktəbində (şeir)
Hüseyn Cavid. Çoban türküsü (şeir)

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
25 (47%)
4 stars
16 (30%)
3 stars
11 (20%)
2 stars
0 (0%)
1 star
1 (1%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for PM.
21 reviews
December 26, 2022
"Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan,
Çünki hər kəscə bəllidir: Yaradan
Hər zaman, hər tərəfdə nurəfşan,
Fərqsiz onca həp zamanü məkan...
Ona məxsus yoqsa bir mə’va,
Ərşə çıqmaqda varmı bir mə’na? " (s.15)

"Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı. " (s. 28)

"Saqın, hiç sorma! Bir divanəyim bən,
Dəmadəm çırpınır pərvanəyim bən.
Babam heyrət, anamdır şübhə... Əsla
Bilinməz bən kimim, ey şeyxi-vala!
Fəqət pəjmürdə bir səyyahi-zarim,
Şəriətdən, təriqətdən kənarim,
Həqiqət istərim, yalnız həqiqət!
Yetər artıq şəriət, ya təriqət.
Qulaq verməm bən əsla bir xitabə,
Pərəstiş eyləməm hiç bir kitabə.
Əvət, Qur’an, Zəbur, Incilü Tevrat
Birər rö’ya ki, zor təfsiri, heyhat!
Birər rö’ya bütün əlvahi-aləm,
Birər əfsanə, cənnət, ya cəhənnəm. " (s. 44)
Profile Image for Nigar Suleymanova.
15 reviews4 followers
Read
June 26, 2024
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Profile Image for Khadija ismylove.
26 reviews
August 22, 2015
hüseyn cavid, nəinki mühacir ədəbiyyatının bütövlükdə Azərbaycan ədəbiyyatının ən incə və zərif yazı üslubu olan nümayəndəsidir. türk və Azərbaycan dillərinin qarışı onun əsərlərini xüsusi oxunaqlı və incə edir. şeyx Sənana gəldikdə isə məncə göstərmək istədiyi sadəcə sevgi hekayəsi deyil daha çox ideologiyaların nəyinsə uğrunda qurban verilməsi, Qafqazın tarix boyu iki böyük dinlə qarşı qarşıya qoyulmasını ifadə etmək istəmişdir. məhz bu yerdə Ali ve Nino yada düşür
Profile Image for Aygul A. Baghirova.
96 reviews15 followers
November 27, 2015
Sheikh Sanan opposes the world of love, friendship and humanity to the world of blind faith and dead religious dogmatics. Such anti-clerical thoughts, which had been already said by the poet in numerous lyrical works, were summed up in the play
Profile Image for Mirzə.
16 reviews1 follower
January 11, 2015
Azərbaycan ədəbiyyatının klassikidir. Oxumaq lazımdır
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.