Bu kitabın türkcəsinə şərh yazanda hələ azərbaycan dilində nəşri çıxmamışdı. Təkcə dua eliyirdim ki, Qanundan başqa kim tərcümə eliyir eləsin. Nəticədə Parlaq İmzalar bu işi boynuna götürüb və çox da əla iş çıxarıblar. Allah əməyi keçən hərkəsdən razı olsun.
Kitab haqda isə bunu deyə bilərəm ki, fəlsəfi məhfumların naqisliyi fəsli öz çətinliyini qoruyur. Amma insan heç olmasa 70%-ni anlasa babat beyin orgazmı yaşayar. Çünki tənqidlər olduqca tutarlıdır. Bu 80-90 səhifəlik fəsildə şəhid Mütəhhəri qərb filosoflarının İlahi fəlsəfə mövzularından nə qədər yoxsul qaldıqlarını və bunun da səbəbi materialist fəlsəfə ilə nəticələndiyini əla şəkildə izah edir. Məncə, bu kitabı oxumamışdan əvvəl bir neçə mövzu ilə tanış olunması şərtdir. Yoxsa böyük ehtimal yarımçıq qalacaq. Yəni əsəbləşib kitabı yerə də göyə də ata bilərsiniz (belə bir şey heç vaxt eləməyin).
Bəziləri,
- Zəruri varlıq və asılı varlıq anlayışları (həmçinin Allah və zaman anlayışları)
- Mahiyyət və varlıq anlayışları
- İlk səbəb və sonsuz ardıcıllıq problemi
- İlahi ədalət mövzusu (Mütəhhərinin İlahi Ədalət kitabı əla seçim olar)
- Hegel, Spencer və Russell kimi qərb filosoflarının ilk səbəb haqdakı görüşləri
- Ümumi materializm haqda məlumat
- Varlığın orijinallığı (bu biraz çətindir) və s.
Fəlsəfi terminlər üçün Emin İmanlının bloqunu məsləhət görə bilərəm. Qalanları haqda isə kitablardan, internetdən ümumi məlumatınız olsa bəsdir.
“Materialist fəlsəfə fəlsəfə bilməyən şəxsin fəlsəfəsidir.”
Mürtəza Mütəhhəri