Jump to ratings and reviews
Rate this book

Monoloq

Rate this book
Monoloq nədir?! Tək nəfərin söhbəti. Bəs bu söhbət insanlara aid deyilsə necə? Cəmiyyətlər söyləyirsə monoloqu öz fərdlərinə?! Qaydalar, məhdudiyyətlər və sərhədlər qoymaqla. Bəs bütün şəxslər susdurulursa, bəs sən monoloq söyləyə bilmirsənsə necə?!
“Monoloq” romanı qadın hüquqları və onların cinsi azadlıqları, cəmiyyətdə qadınlar üzərində qurulmuş kölələşdirmə maşınları və qadınların “sosial dəyərlər”lə necə idarə olunması məsələlərini ön plana çıxarmağa çalışır. Bununla birlikdə insanların ifadə azadlığı, fikir azadlığı, mətbuat azadlığı və bütün bunlar üzərində qurulmuş monopoliya haqqında yazılmış bir romandır. Fərdlər niyə susurlar, niyə hüquqlarını tələb edə bilmirlər, ən əsası isə cəmiyyət onlara “susmaq mədəniyyəti”ni necə aşılayır?! “Monoloq” romanı bir sosial analiz cəhdidir.

Əsərdən bir parça:

"Bütün münasibətlərimiz və davranışlarımız çərçivələnmişdi sanki. Sərhədlər müəyyənləşdirilmişdi və bütün həyat sadəcə bu sərhədlər içində olamlı idi. Bu çərçivələri yaradan kim idisə sevgini, sevməyi ora qoymağı unutmuşdu. Bəlkə də heç bunun nə olduğunu bilmirdi. Bəlkə də tam əksinə, sevgini tam yaxşı anlayırdı. Nə vaxtsa o da sevmişdi, amma hər kəsdən gizli, özünü belə aldadaraq, özünə belə yalan deyərək. Sevdiyinə isə bu haqda heç vaxt danışmayaraq yaşamışdı bu sevgini. İçinə gömmüşdü sevgisini, çox dərinlərə. Və üzərini insanlara, həyata, yaşamağa nifrət dolu qara torpaqla örtmüşdü, bir daha onu görmək və onun haqqında eşitməmək ümidi ilə.​
Buna görə sevgi və eşq haqqında danışmaq olmazdı. Çünki qaydaları və qadağaları qoyan insanın yarasını dəlirdi bu. Ona əzab verirdi. O yaşadığı həyatı hər kəş yaşamalı, onun hisslərini bölüşməli idi. Bəlkə o zaman rahatlanardı. Onu bu günə qoymuş insanlardan qisasını almış olardı..."

368 pages, Paperback

First published January 1, 2012

2 people are currently reading
17 people want to read

About the author

Xəyyam Namazov

2 books2 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (33%)
4 stars
2 (16%)
3 stars
3 (25%)
2 stars
3 (25%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Rashad Aliyev.
27 reviews13 followers
May 6, 2013
Əsərin sadə oxunaqlı dili var. Hekayə İctimai Sectorda olan, vətəndaş mövqeyi, siyasi mövqe əks elətdirən insanların həyat hekayələrinin monoloqundan ibarətdir.
Monoloqların əksəriyyəti cılpaq şəkildə eyni mesajı verir: gender bərabərliyi, vətəndaş mövqeyini əks etdirmək, ictimai həyatda fəal olmaq, azad olmaq yaxşı şeydir!
Kitab daha çox məktəbli tələbələr, ictimai sector haqda məlumatsız insanlar üçün daha maraqlı və faydalı olar. Və bir də yazarın müasirlik və gerilik, qadın və kişi, millətçilik və dünyəvilik kimi mövzularda fəlsəfi fikirlərini qarşıdurmlarını anlamaq üçün də kitab faydalı ola bilər.
Profile Image for Aynur.
4 reviews
Read
June 5, 2013
Günümüzün aktv gəncliyinin real həyatı demək olar ki, əks olunub
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.