Roman qeyri-ənənəvi seksual orientasiyaya malik iki gəncin - Artuş (erməni əsilli) və Zaur (azərbaycan əsilli) arasında baş verən münasibətə yönəldilsə də kitabda əsasən Qarabağ müaqişəsi əsasında erməni və azərbaycanlı xalqları arasında yaranmış problemdən geniş söhbət açılır.
Əli Əkbər (Əli Əkbər Əliyev) 1978-ci ilin 28 yanvarında anadan olub. 8-ci sinifə qədər Bakının 134 saylı orta məktəbində oxuyub. 1993-cü ildə orta təhsilini Türkiyədə davam etdirmək üçün bu ölkəyə yollanaraq İstanbulda Dini Təmayüllü liseyə daxil olub. 1996-cı ildə Mərmərə Universitetinin Jurnalistika Fakultəsinə qəbul olunaraq 2000-ci ildə bu universitetdən məzun olub. Təhsil aldığı illərdə Türkiyənin nüfuzlu nəşriyyatı sayılan "KAKNÜS" nəşriyyatında İctimaiyyətlə əlaqələr müdiri və tərcüməçi olaraq işləyib. Bir sıra ədəbiyyat dərgiləri üçün məqalələr yazıb, tərcümələr edib. İndiyə qədər türk dilinə 30 əsəri tərcümə edərək nəşr etdirib.
•3.9⭐️ Çox bəyəndim. Bu qədər bəyənəcəyimi və təsiri altında qalacağımı bilmirdim. Dostumun tövsiyyəsi ilə kəşf etdiyim və öyrəndikdən sonra varlığına şok olduğum bu romanı məncə hər bir qafqazlı queer/ qafqazdakı sosyolojik vəziyyətlə maraqlanan/ qafqazda seksual azınlıqlar üstünə araşdırma aparan və ya buna bənzər spesifik sahələrə marağı olan hər kəs oxumalıdı. Əsər sadəcə drama və romantika ilə bitmir, qafqazdakı konfliktləri və sosiyalojik mövzuları da əhatə edir. Konfliktlərə sadəcə bir yox bir neçə perspektivdən(türk, erməni, gürcü, və onun içində də ayrı perspektivlər) yanaşır. Onsuz da kitab özü başda “böyüklər üçün konfliktologiya dərsliyi” deyə keçir yəni fəlsəfə elmlərinə və qafqaza marağı olan hərkəsin nəzərdən keçirməsi gərəkən bir kitab olduğunu düşünürəm. Əsərin sonunu heç belə gözləmirdim. Ciddən ağlatdı sonda məni. Hər nə qədər sonunun belə olması və bəzi məqamlar məni tətmin etməsə də ümumilikdə tövsiyə edə biləcəyim bir əsərdir.
• “- Cənubi Qafqazın və onda məskunlaşan xalqların mövcudluğu, Allahın yoxluğuna dəlalətdir.”
Loosely based on a true story, Azeri author Alekper Aliyev's novel "Artush and Zaur" tells the love story of a gay Armenian-Azeri couple set in the 1990s and 2000s with references to the ongoing post-Soviet Armenian-Azeri armed conflict. The book succeeded to disturb many nationalist, fundamentalist and masculinist circles in both Armenia and Azerbaijan. This alone makes the book well worth reading. Unfortunately, the book is available only in Russian and Dutch yet. I would not make much judgments about the literary features of the book as a title of Post-Soviet Azeri literature and/or international gay fiction literature, as such assessments are beyond my field of professional expertise. However, the book seems as an extraordinarily interesting if not a cornerstone fictional title to read if you are into post-Soviet politics or war-peace studies.
Mən bilmirdim ki belə bir kitab var, bir neçə gün əvvəl qarşıma çıxdı. Başda elə belə yazılmış, Wattpad dadında yer yer gülməli yer yer isə cringe olacaq bir kitabdı deyə fikirləşdim.
Ancaq gülərək başladığım kitabı minbir duyğularla bitirdim. Çox şey yazardım ama qısa tutacam.
Artuş, millətinə, inancına və yönəliminə baxmayaraq sən mənim qəlbimdə çox böyük bir yer qazandın. Sənin kimi bir kitab obrazını tanıdığım üçün çox sevinirəm. Həyatımda sənin qədər özümü gördüyüm, başdan sona hər şeyini anladığım bir obraz olmamışdı. Yaşadıqlarını, istəklərini, qorxularını, hər şeyini yaşamışam. Həyatımda bir erməni oğlan üçün ağlayacağımı heç düşünməzdim... Səni sevirəm, səni anlayıram və səni dəstəkləyirəm. Spoiler vermək istəmirəm ama sənə daha fərqli bir həyat xəyal etdim kitab boyunca. Sənin üçün oxumağa dəvam etdim, Zaur'un axmaqlıqlarına dözdüm və kitabı bitirdim. Səni heç unutmayacam. Tiflisin küçələrini sizi düşünərək gəzəcəm.
kitabı tam olaraq sevdim mi, əmin ola bilmirəm. bəzi xoşuma gəlməyən məqamlar oldu. sevgi hekayəsi olsa da, məsələnin siyasi tərəfinə daha çox yer verilib. kitabı ilk araşdıranda,mövzusunun yazılmalı olduğu hissədə kitabın sonunu yazmışdılar, spoiler olmaması üçün diqqət edin ki oxumayasınız. mən sonluqda daha geniş təsvir gözləyirdim nədənsə, biraz tələsik yazılmış kimi gəldi.