Hər dilimi fərqli rəngdən ibarət olan bir pərpərə təsəvvür edin: məsələn, qırmızı, yaşıl, bəyaz və sarı. Pərpərəni elektrik cərəyanına qoşun və diqqətlə baxın. Elə ki pərpərə sürətlə fırlanmağa başladı, qəribədir ki, bütün rənglər itəcək, gözünüzə yalnız və yalnız bir rəng görünəcək - bəyaz!
Elm tarixində "Nyuton pərpərəsi" adı ilə məşhur olan bu eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizsə, dayanın və ... sevin!
Yaşadığım şəhərin gəlib keçmiş ən böyük sakininin ən böyük misrasını yazıram sizə. Bu istedadlı gənc üzünü platonik eşqinə tutub nə desə, nə istəsə, nə hayqırsa yaxşıdır:
Elə kitablar var ki, onu bağrına basırsan, öpüb qucaqlamaq istəyirsən. Nə qəşəng kitabsan, nə qəşəng cümlələr var səndə. Ustad İlqar Kamil özü bambaşqa dəyərdir, dürr, cavahiratdır. Yazıları, sözləri insan qəlbini riqqətə gətirir, həyata və yaşama həvəs verir. Oxuyuruqsa belə şeylər oxuyaq, öyrəniriksə belə insanlardan öyrənək o, mevhəri, sirri, aləmi.