Jump to ratings and reviews
Rate this book

Qan Ləkəsi

Rate this book
Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri...

...Hər şey ondan başlayır ki, Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırır. Türk qanına susamış Kobra saxta sənədlə Bakıya gəlir və burada ardıcıl qətllər törətməklə kifayətlənmir, eyni zamanda öz xəbis planı ilə iki böyük türk ailəsini üz-üzə qoyur, onları nahaqdan qan düşməninə çevirir. Lakin əgər bu qəddar Bakı ermənisi bilsəydi ki burada onun yaxası xüsusi xidmət orqanlarının cəsur əməkdaşı, mayor Ələmdar Məlikovun əlinə keçəcək, Azərbaycana gəlməyə cürət etməzdi...

700 pages, Paperback

First published January 1, 2011

22 people are currently reading
295 people want to read

About the author

Elxan Elatlı

32 books118 followers
Osmanov Elxan Əbdürrəhman oğlu - azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
88 (60%)
4 stars
29 (20%)
3 stars
14 (9%)
2 stars
6 (4%)
1 star
8 (5%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Natavan Quliyeva.
75 reviews23 followers
Read
April 21, 2019
Eslinde men bu kitabi yox " On dorduncu adam" romanini oxumusam. Sadece hemin roman burada yoxdur. Demeli Elxan Elatli maraqli ve axici yazir. Bu roman da cox maraqlidi. Heyatla qumar oynamagin, ustegel qerarlari Allaha buraxmagin getirib cixartdigi neticelerden behs edir.
Sadece men Azerbaycanli yazicilarin niye universal seyler yazmadigini anlaya bilmirem. Yeni movzular cox besitdir. Romanlar yazarken gerek dunyevi oxucu kutlesini nezere alsinlar, yalniz bu zaman dunyada mehsurluq tapa bilerler. Yeni ister Varis, ister Elxan Elatli, isterse de Cingiz Abdullayev olsun, gerek movzu haminin qelbine toxunsun, yeni insani hisslerden yazmalidilar. Cunki dunyanin harasinda olmagindan asli olmayaraq insan bir varliq olaraq ele eyni insandi.
1 review
Read
April 4, 2020
çok qüzel
35


This entire review has been hidden because of spoilers.
Profile Image for Mehriban Khalilova.
32 reviews2 followers
June 3, 2024
Hər səhifədə, hər obrazın dilindən azı bir dəfə Məltəmin nə dərəcə möhtəşəm bir gözəlliyi, əxlaqı olduğunu oxumağın bezdiriciliyini kənara qoyarsaq, yazıçının ən yaxşı kitabıdır
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.