Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.
2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.
Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 18 kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb.
Bədii ədəbiyyatın yanından belə keçməyən bu əcaib yazını dəyərləndirmək belə olmur. Bu qəribə şeyin Azərbaycan sərhədlərini aşıb xaricə çıxması və Azərbaycan ədəbiyyatını təmsil etməsi utanc vericidir. Hələ xarici rəy yazanlar "Şərq həyatını" öyrəndiklərini yazıblar. Yəqin yazıçının ətrafı sonradan görmə, hələ də gözü doymayan acgözlülərlə doludur ki belə tanıdıb Şərq həyatını. Öz xəyalında qurduğu "qeyrət" prinsiplərini bir insan həyatından yüksək tutması da bir başqa qorxunc haldır. Sovet hakimiyyətini görməsəm də oxuyub- eşitdiklərimə əsaslanaraq hər səhər oyananda Sovetin dağılmasına bir daha şükür edirəm. Amma kaş o senzura qalaydı. Söz azadlığı, söz azadlığı deyirik gərək hər kəs də kitab çıxarıb, Azərbaycanı təmsil edəcək qədər özünü "azad" hiss etməsin.