Jump to ratings and reviews
Rate this book

Qılınc və qələm

Rate this book
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.

760 pages, Hardcover

First published January 1, 1983

5 people are currently reading
46 people want to read

About the author

Məmməd Səid Ordubadi

10 books11 followers
Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır:

"Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mən bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum".

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsil təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə - üsuli-cədid məktəbində alır. Öz dövrunə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır.

Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edirdi.

Dördsinifli şəhər məktəbini bitirdikdən sonra daha oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırmaqda davam etmiş, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırmışdır. Əvvəllər siyasi şüuru aydın olmadığından o istismarı və onun səbəblərini hələ dərk etmirsə də, getdikcə istismarçı quruluşun bütün ağırlıqlarını öz üzərində hiss edərək etiraz səsini qaldırmağa başlayır. Bu barədə xatirələrində yazır:

"...Sağlam bədənim var idi, yorğunluq nə olduğunu bilmirdim. Hər kəsdən əvvəl işə gəlib, hər kəsdən də sonra gedirdim. Zavod sahibi Karapet Babayev də "sağ ol" deyə hey fəaliyyətimi tərifləyirdi. Mən də bundan xoşlanırdım, çünki istismarın və istismarçının nə olduğunu bilmirdim... Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım... Rzayev çox böyük istismarçı idi. İşi illik olduğundan bütün əziyyətlərə dözməyə məcbur olurduq... Bu barədə mən bir şeir də yazmışdım:

Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar şəhər yatmamış.

Sahibkarların zülm və haqsızlıqlarını fəhlələrə başa salıb etiraz çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş yeri axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edir. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti səbəb olur.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
52 (58%)
4 stars
26 (29%)
3 stars
10 (11%)
2 stars
0 (0%)
1 star
1 (1%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Elnur Mirzəzadə.
120 reviews5 followers
December 5, 2025
Məmməd Səid Ordubadi “Qılınc və Qələm” romanını 40-cı illərin sonunda ərsəyə gətirib. İki hissədən ibarət olan bu əsər XII əsrdə Azərbaycan və ümumilikdə Səlcuq imperatorluğunda cərəyan edən hadisələri əhatə edir.

Kitab tarixi əsər hesab olunsa da, tarixi şəxsiyyətlərlə yanaşı, hadisələrə dinamika qatan xeyli bədii obrazlar da mövcuddur. Ədəbiyyatşünasların fikrincə, romanda qələm Nizami Gəncəvini, qılınc isə ümumiləşdirilmiş Arran sərkərdəsi Fəxrəddin obrazını tərənnüm edir.

Əsərin yazıldığı illərin siyasi tələbi burada təsvir olunan mövzulara da təsirsiz qalmayıb. Belə ki, “azərbaycançılıq” milli ideyası ilə yanaşı, sosialist və sinfi bərabərlik ideyalarının vurğulanması da açıq-aşkar hiss olunur.

Maraqlı məqamlardan biri də Ordubadinin digər hökmdarlarla müqayisədə Eldəgiz Qızıl Arslan obrazını daha pozitiv və “özümüzünki” kimi cəsarətlə təqdim etməsidir.

Müasir dövrdə romanın üslubuna kifayət qədər tənqidçisi var. Məncə, bədii dəyərinə görə “Dumanlı Təbriz”dən zəif olsa da, ilk fundamental tarixi romanlarımızdan biri kimi “Qılınc və Qələm” mütləq oxunmalı əsərlər sırasında yer almalıdır.
Profile Image for Vasif Durarbayli.
1 review
September 8, 2020
12-13-cü əsr Azərbaycan tarixinin Atabəy hakimiyyəti hissəsi barədə dolğun təsəvvür yaradır. Yazıçı öz qələminin gücü ilə süjet xəttini tarixi faktlara uyğun quraraq, bədiilik qatır və əsərin darıxdırıcı olmağına imkan vermir. Romanda insani hisslərin və onların tarixin axınına təsirini müşahidə edə bilərik. Kitabın böyük hissəsi yazıçının təxəyyülünün məhsuludur. Məsələn, əsas qəhrəmanlardan biri olan Fəxrəddin haqqında heç bir tarixi məlumat tapmadım.
Məncə yazıçının gözəl bir əsər yazmaqdan başqa motivi olmuşdu. Orada Cənubi və Şimali Azərbaycanın vahid bir məmləkət olduğuna çoxlu vurğular edir. Həmçinin yazıçı milliyyətçi duyğuları oxucuya aşılayır.
Ümumilikdə bəyəndim. Əgər tarixi romanlara marağınız varsa, mütləq oxuyun!
Profile Image for Aysel Ibrahimova.
212 reviews14 followers
August 26, 2023
Ordubadinin oxuduğum ilk əsəri, özünün isə yazdığı sonuncu tarixi romandır. Qılınc və qələm simvolik olaraq sərkərdənin timsalında Fəxrəddinin (Qılınc) və şair Nizami Gəncəvinin (Qələm) yaşadığı mühitdə birgə mübarizələrindən bəhs edir. Qılıncsız qələmin, qələmsiz qılıncın bacara bilmədiyini, gücün hər ikisinin birgə mübarizəsində mövcud olmasını oxuyuruq. Tarixi roman olsa da, fonda baş verən hadisələrin əksəriyyəti yazıçının öz təxəyyülünün məhsuludur, həqiqəti əks etdirmir. Bununla belə yazıçının möhtəşəm iş çıxardığını düşünürəm. Azərbaycan ədəbiyyatından tarixi əsərlər oxumağı sevməməyimə baxmayaraq buna səbəb olan ifrat dərəcədə pafoslu cümlələr və mübaliğəli təsvirlər bu romanda cüzi deyiləcək qədər az idi və oxucu kimi məni yormurdu. Əsərin yazıldığı mühitin yazıçıya təsirlərini də oxuduqca rahat duymaq olur. 1946-1948-ci illərdə İkinci Dünya müharibəsindən çıxmış Azərbaycan qarşısında o zamanlar Cənubi Azərbaycanla birləşmə meyilləri yaranmışdı və bunun üçün real imkan var idi, bu imkan reallaşmasa da, Ordubadinin yazdığı bəzi hissələrdə Şimali Azərbaycanı Cənubi Azərbaycana birləşməyə təşviq edən sovet qəzet işçisinin şüarlarını oxuyurmuş kimi hiss etdiyim oldu. Azərbaycan dili haqqında obrazların dilindən verilmiş dialoqlarda isə həm Nizami Gəncəvinin yaradıcılığının niyə fars dilində olduğuna öz-özülüyündə cavab tapmağa çalışır, həm də keçmiş pərdəsi altında əslində Sovet Azərbaycanında ana dilimizin rus dili qarşısında əzilməyə çalışılmasına etiraz edir.

Əsərin dialoqlarını bəzi hissələrdə dəfələrlə oxuduğum oldu. Ordubadi çatdırmaq istədiyi fikirlərini süni olmayan, diqqətlə işlənmiş şəkildə obrazların dilindən vermişdi. Buna hər tarixi əsərdə rast gəlmək olmur, adətən pafoslu dialoqların arasında fəlsəfi fikirlər də əriyib gedir. Əsərin yazıldığı 40-cı illərdə tarixi abidələrə aid mövcud olan, hazırda isə olmayan bəzi nüanslara fikri verdim. Ordubadi Möminə Xatun türbəsində məzarların olduğunu yazır, ilk öncə bunun yazıçının təxəllüyü olduğunu düşünsəm də, daha sonra oxuduğum elmi məqalələrdə 50-ci illərdə ruslar tərəfindən türbədə aparılan tədqiqatlar zamanı məzarlar aşkar edilərək sümüklərin çıxarılıb Rusiyaya aparıldığı yazılıb və onların sonrakı talehi haqqında təəssüf ki, məlumat yoxdur.

Ümumilikdə isə fikrimcə Azərbaycan ədəbiyyatının mütləq oxunmalı əsərlərindən biridir.
Profile Image for Nağı  Nağıyev .
16 reviews1 follower
October 20, 2017
An amazing book! Enjoyed every page and comma of it. Very much recommend this to all who are interested in history of East and Azerbaijan, in love with the literature and palace games. I wish they made a movie out of it. Pretty sure it would be rated among the best.

Şanlı tariximizin en qüdretli dönemlerimden birini canlandıran bu kitabı her kese meslehet görürem. Bir kitabınki baş qehremanı Nizami Gencevidir. Atabey Mehemmed, Qızıl Arslan kimi qüdretli hökmdarlarımızı canlandırıblar. Bu tarixi romanı her bir Azerbaycanlı oxumalıdır.
1 review
December 5, 2019
Tarixi roman janrında yazılmış gözəl bir əsər olduğunu düşünürəm. Əsərdə baş verən hadisələr tam olaraq tarixi reallığı əks etdirməsə də, saray intriqaları, taxt müharibələri və bunların nəticəsində dövlətə dəyən zərərlər düzgün təsvir edilmişdir. Əsərin Sovet dövründə yazıldığını nəzərə alaraq, kitabda kommunist həyat tərzinin və əsasən Babəkin timsalında anti-islamist ideyaların vurğulanmasını normal hesab edirəm. Yekun olaraq, tarixlə maraqlanan şəxslərin bu kitabı həvəslə oxuyacağına şübhə yoxdur.
Profile Image for Sofya Mamedova.
72 reviews16 followers
July 5, 2017
Bu kitab mənə ədəbiyyat müəlliməm tərəfindən tövsiyyə edilmişdi.Mən də oxumağa qərar verdim.760 səhifəlik olan bu kitabın 150ci səhifəsində artıq oxumamağa qərar verdim.Çünki çox maraqsız idi.Bilmirəm bu bəlkə də mənim XII əsr Azərbaycan tarixiylə maraqlanmamağımdan qaynaqlanır.
6 reviews
September 1, 2016
Very disappointing that this book ("Sword and the Pen" by Ordubadi) does not have an english version. The book is about the life of fighting azerbaijani people, their fight for their independence, the intriguing secrets of royal life, adventures in harem, battle of the harem women. The main character of the book is famous azerbaijani poet Nizami, who uses his pen for the sake of its country's prosperity.

Müqayisəlik deyil əlbəttə amma, əgər bu əsərin filmi çəkilsə, tarixi roman tipində çəkilmiş, məsələn Tudorlar, Möhtəşəm yüz ili kölgədə qoya biləcək qədər güclü, insanı daim maraqda saxlayan, intriqalı saray həyatını, Azərbaycanın demək olar ki bu günkü vəziyyətini, xalqdan ayrı düşmüş hakimiyyəti təsviri şəklində yazılmış bir zəngin, Möhtəşəm bir əsərdir.
Displaying 1 - 7 of 7 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.