İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır... Bir vaxtlar özlərinə tanrı deyən uzun ömrlü canlıları düşünün... İki böyük ordunun bir gecəlik qanlı döyüşünü... Günəşin kölgəsində gizlənən düşməni, gecənin qaranlığında görünən qanlı ölümü düşünün... Və bütün bunların ardında öz növbəsini gözləyən Qaranlıq Hökümdarı gözləyin...
Hadisələr tarixə, tarix miflərə, miflər kitablara dönüşdü... heç kimin inanmadığı kitablara...
Çoxdandır ki, oxumağı səbirsizliklə gözlədiyim, Azərbaycan ədəbiyyatında ilk epic-fantasy romanını oxudum. Əvvəlcə onu deyim ki, belə bir romanın yazılması məni çox qürurlandırır. Mən öz dilimizdə olan fantastik əsərlərin az qala yoxluğu ilə təəssüflənirdim və bu əsər bundan sonrakı fantastik ədəbiyyatın genişlənib yayılmasına gözəl şərait yaratdı. Bunu ürəkdən alqışlayıram. İndi isə əsərin özünə gələk. Əvvəlcə obrazlara qarşı hisslərimi demək istəyərdim: AQREN- əsərdəki demək olar ki tək qadın obraz. Əsərdəki qadınların azlığına baxmayaraq (mən buna təəssüflənirəm, çünki mənə görə bir əsərdə qadın və kişi obrazların sayının təxmini bərabər olması daha gözəldir) Aqren kifayət qədər yaxşı qurulmuş, güclü qadın döyüşçü, ağıllı və bacarıqlı bir insan idi. Bir rizanmaq olması da maraqlı idi( rizanmaq-üçüncü gözə sahib insanlardır). ETRAK-əsərin baş qəhrəmanlarından biri və ən güclüsü olan ekro. (Ekro insan irqindən tamamilə ayrı, başa düşdüyüm qədərilə paralel dünyadan gəlmə və insandan fiziki və zehni bacarıqlarına görə üstün olan varlıqlardır). Etrak həqiqətən yaxşı bir obraz olsa da, mənim üçün onun nəzər nöqtəsindən oxumaq maraqsız və sıxıcı gəldi. Çox güman ki, səbəbi onun hisslərinin olmaması idi. Buna görə personaj mənə görə quru çıxmışdı. EÇSO-adının tələffüzünü düzgün etmədiyim insan (mən onu əvvəl Eçşo oxuyurdum) Düzünü desəm mənə görə ən maraqlı obraz Eçso idi. Səmimi, düşüncəli, uşaq kimi həvəskar, öyrənməyi sevən, incə qəlbli toppuş qəhrəman))) Əsərdə daha çox iş görsəydi daha yaxşı olardı sanki. Amma sondakı ağır zərbəni o vurdu sayılar. Beləcə əsərin əsas üç qəhrəmanı haqqında düşündüklərimi yazdım. İndi isə əsərdə sevdiyim və sevmədiyim amilləri yazmaq istərdim: Sevdiklərim: 1.Geniş xəyal gücü. Əsərin ideyası; keçmişdə insanlarla bərabər yaşayan, insanların "Tanrılar" adlandırdığı paralel dünyanın ekro irqləri, bu dünyalar arasındakı qapı, vidralar, üçüncü göz və ruhun səyahəti, hissləri olmayan ekrolar-qısası təxəyyülün sərhədsizlikləri... 2. Obrazlar, xüsusilə də Aqren və Eçso-iki sevimli obrazım)) (bəzi obrazların adını yadda saxlaya bilmədiyim üçün məyusam) 3. Əsərin sonacan açılmayan sirli hadisələri...( düşmənin harda və kim olduğu qarışıq məsələdir) Sevmədiklərim: 1. Qrammatik səhvlər. Özümdən asılı olmayaraq qrammatik səhvləri tez tuturam. Arzu edərdim ki, yazarın yaxşı bir redaktoru olsun)) (bəli, səhvləri düzəltmək yazarın işi deyil, yazar sadəcə hekayəsindən sorumludur) 2. Sorumludur demişkən, əsərdə türk sözləri çox istifadə edilib. Bəzi sözlərin öz dilimizdə ifadəsi vardı və bunları əvəz etmək pis olmazdı. Qısaca, bütün müsbət və mənfi cəhətləri ilə birlikdə, sevdiyim janrın ən gözəl nümunələrindən olan bu əsəri oxuduğum üçün çox şansılyam. Yazıçımıza uğurlar arzulayıram, və yeni-yeni kitablar çıxarması diləyi ilə, 5 ulduz verirəm.)))
Çox maraqlıydı. Əvvəli və sonu xüsusilə dinamik idi. Lakin hər dəfə "atalar sözü" yerinə "ata sözü", "tonqal" və ya "ocaq" yerinə "atəş" (məs, atəşin ətrafında filan qədər adam var idi və s.) sözlərini oxuduqca hadisələrdən qopurdum. Bunlar xırda nüanslardır, düzdür, amma axıcılığın qarşını alır. İstənilən halda, əsər orijinal bir süjet xəttinə malikdir. Əvvəldən axıra kimi həyəcan bitmir. Ortalarda yüngülcə sıxıcılaşdı, amma sonra yenə düzəldi. Azərbaycan ədəbiyyatını fantasy janrıyla tanış etdiyi üçün Zaur bəyə xüsusi təşəkkür düşür. Əslində çox böyük və mədəni cəhətdən cəsarətli addımdır bu. İkinci hissəni isə, təəssüflər olsun ki, tapıb oxuya bilmədim.
Azərbaycan dilində bele bir kitab oxumaq tamam bawqadir. Bezi qrammatik problemleri nəzərə almasaq, cox möhtəşəm eserdir. Sona dogru hadiseler daha suretli ve heyecanliydi, ve esas mesele- kimin yaxwi, kimin pis terefe xidmet etdiyini anlamaq- ,kitabda deyildiyi kimi, bezen duwmen daha semimi oldugundan bir qeder cetin idi. Amma Etrakin sag qalmagi butun anlawilmazliqlara deyerdi. Kitabda daha cox onun haqqinda daniwildigindanmi, yoxsa kitabin uz qabigindakinin o olduğundanmi, bilmirem, amma kitabda en cox simpatiya duydugum qəhrəman Etrak oldu, elece de sevimli obraz. Acilmamiw sirlere ikinci kitabda cavab tapmaq ümidilə...
2ci defeydiki, oxuyurdum ve butun hadiseleri bildiyime baxmayaraq kitab oz maragini qorumagi bacardi. Bezi yerlerin bir qeder sixici gelmesinden basqa, heyecanla oxudugum ve yaradilan dunyanin ferqliliyini sevdiyim bir kitab idi.
Ilk once bildirmeliyem ki, fantastika janrinda ilk eser olaraq mence yeterince ugurlu alinib. Oxumaga basliyanda kitabi yere qoymaq istemir adam ve sonlara dogru hadiseler cox maraqli gedir. Ve Elionla bagli olan texminim axirlarda dogru cixdi. Spoiler olmamaq ucun cox hadiseler haqda fikir bildirmek istemirem. Obrazlar icerisinde Etraki daha cox sevdim, her situasiyada mentiqli fikirler yurutduyu ucun. Sonlarda cox qarisiq hadiseler bas verdi, meselen Neraan obrazinin esere daxil olmasi kimi. Eserin evvelini ve orta hisselerini daha maraqla oxudugumu etiraf etmeliyem. Sonlarina dogru mueyyen hisselerde durgunluq oldu. Bir LOTR(Uzuklerin efendisi) ve Harry Potter fani olaraq demeliyem ki, ordaki sehnelere benzetdiyim hisseler var idi. Draqzini Harry Potterdeki Voldemort obrazina benzetdim. En cox da "Uzuklerin efendisi" den qaynaqlanan tesirler gordum. Meselen ele xeritede tesvir olunan eraziler. Uzuklerin efendisi de de bu cur erazi bolunmeleri var idi. Elbetteki "Qaranliq Gunes" ozunemexsuslugu ile secilir. Ekrolar, akralar, vidralar, qazzalar, rizanmaqlar ve diger unutdugum yeni adlarin anlamini sadece eseri oxuyanlar anlaya biler. Umumen eseri cox beyendim ve 2ci hisseni oxumaq ucun sebrsizlenirem.
Nəhayətki bitirdim.Kitabı əldə edəndə şübhəli idim.Bir fantastik sevər olaraq çox fantastik kitab oxumuşam.Fikirləşirdim görəsən oxuyarkən sıxılmıyacamki?Ancaq yenədə öz ədəbiyyatımıza bir şans vermək istədim.Açıqcası gözləntilərimi aşağı səviyyədə tutmuşdum.Ama haqsızlıq etmişəm.O qədər maraqlı idiki,hətta oxuduqca çox sevinirdimki,axırıki bizimdə fantastika yazan yazıçımız var.Həqiqətən həm mövzu fərqli idi(atalar sözləri olan hissələri daha çox sevdim)həm də tanış gələn bir şeylərdə vardı.Uzun sözün qısası yazara uğurlar,ümid edirəm ara verməz və yeni kitablar yazar.İkinci hissənidə başlayacam oxumağa.Maraqlı yerdə bitmişdi :) Artıq sevinirəmki,bizim ölüm ayağında olan ədəbiyyatımızın dirilməyi üçün kiçikdə olsa ümid var.
Təsadüf,yaradıcının insanlar üçün yazdığı taleyi gerçəkləşdirmə üsullarından biridir.(Arasın qəbiləsi atalar sözü)
Bəzi səhnələr mənə çox uzadılmış gəldi, bir neçə yerdə isə mənim məntiqimə uymayan hadisələr baş verdi, bu cür bir-iki sıxıcı yerlərə görə 1 bal kəsdim. Ancaq kitab ümumi olaraq oxunaqlı, maraqlıdı. Yazıçının qurduğu dünya, irqlər və obrazları bəyəndim. Sonluq da gözlənilməz və həyəcanlı oldu.
Yazıçıya uğurlar arzulayıram və seriyanın növbəti kitablarını oxumaq da istəyirəm. Fentezi sevənlərə Azərbaycanın bu janrda yazılmış olan ilk kitabını oxumağa dəvət edirəm! 🤗
27 fəsildən ibarət olan (400 səhifəlik) Qaranlıq Günəş seriyasının birinci kitabı Xeyrin Çöküşü Azərbaycanda epik-fantastik, yüksək fentezi və ya fantastik-qurğu janrında yazılmış ilk ədəbi nümunədir. Romanın ilk fəslində baş qəhrəmanlarımıza çevriləcək iki xüsusi təyinatlı döyüşçü ilə - Etrak və Aqrenlə qarşılaşırıq. Onlar verilmiş tapşırığın dalınca daima irəliləyirlər. Lakin gözləmədikləri, bilmədikləri bir şey - mübhəm mənzərə onları gözləməkdədir... Bu aləmdə biz üç nəhəng bölgənin adını eşidirik: Şimal dağları, Raqa (şərqdə) və Yeni Azar (qərbdə). Əsaslı olaraq hadisələr ilk əvvəllərdə cəngəlliklərdə cərəyan etsə də, sonradan Raqa dövləti sərhədlərində davam edir. Bu dövlətlərin başında dayananlar Üçlük adlı birlikdir. Üçlüyün nümayəndələri üç müdrik ekrodur, hansı ki bu ekrolar görünüşcə insandan fərqlənməyən, paralel dünyadan gəlmiş uzunömürlü, sehirli güclərə sahib bir irqdir. Onları xeyirxah canlılar adlandırmaq olar, hər nə qədər təqsirləri, nöqsanları olsa da. Şərin şahzadəsi Draqzinin pis xislətli mövqeyinə vidralar və xain ekrolar daxildir. Vidralar paralel dünyadan gəlmiş və yalnız gecələr üzə çıxan vəhşi məxluqlardır. Bir də kölgələr var ki, onlar da Qaranlıq şahzadənin yaxın adamlarıdır (xain ekrolar). Yeni Azarın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü nakradır, Raqada isə qazza. Məqsəd həyatı nizamda saxlamaq olsa da, bu nizam dəfələrlə pozulur və sonda Şər oyanır. Əsər sirrlə başlayıb suallarla bitir. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Bəzi oxucular üçün kitabın əvvəli maraqlı, sonu daha maraqlı və həyəcan dolu, lakin ortası cansıxıcı ola bilər. Lakin bu məsələyə bir az geniş aspektdən baxılmalıdır. Əslində əsərin ortası da darıxdırıcı deyil, əksinə o hissə süjeti kifayət qədər irəlilətməyi bacarır. Daima həyəcan, adrenalin, kəskin sualların yaratdığı bir əsər oxucunu dincəlməsinə, kitabı kənara qoyub az da olsa rahatlamasına icazə verə bilməz. Bu üzdən süjetin qüsuru təkcə budursa, tək elə bu olaraq da qalsın. Bəzi yerlər xaricində hadisələrin bir-biriləri ilə əlaqələndirilməsi yaxşı alınıb. Amma bu tez-tez baş verərsə, oxucunu yora bilər (ki məni yordu amma eyni zamanda xoşnud etdi). Bir sualın cavabın tapmamış, digər bir sual ortaya çıxırdı və s. Belə olduğu təqdirdə obyekt (kitab) subyekti (oxucu) özünə zəncirlədir, lakin subyekt də davamlı o zəncirlərdən qurtulması üçün canfəşanlıq edir. Bu da bəzən usandırıcı ola bilər. Etrakın ələ keçirdiyi gündəlik çox cazib idi, lakin əsər daxilində qəfil gündəliyin yazıları dayanır və onun aqibəti barədə məlumat verilmir. Süjet xətti, quruluşu və inkişafına görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,7. Əsərdən maraqlı bir şey öyrəndim, ilk öncə elə onu qeyd edim: qaranlıq güclərin onların yoxluğuna inanmağımızı istəməsini. Bəli, həyatımızdakı bir çox pis hadisələr, pisliklər onların pis olduğunu dərk etməməyimizdən baş verir. Bu da əsl faciədir. Buradan mən Şərlə birlikdə Xeyirə də şübhəylə yanaşmağı öyrəndim. Olmaya Şər Xeyirin cildinə girmişdir... Qaranlıq Günəş daşıyıcısı sirli qoca sayəsində pis havanın olmadığını, bizlərə yararlı və yararsız hava olduğunu anladım. Bundan başqa gücün və ya qabiliyyətin, potensial olaraq daxilində olmağı onu istədiyin vaxt işlədə biləcəyini göstərmədiyini (bunun üçün yalnız təlim almaq, disiplinli çalışmaq lazım gəldiyini), elmin səbir tələb etdiyini, yarımqanların təhlükəli qüdrətə, hiyləgər ağıla sahib olduqlarını, çoxumuzun əslində yaddaşının güclü olduğunu, lakin hər birimiz fərqli maraqlara meyilli olduğumuzdan yaddaşımızın da yalnız özünə xoş gələnləri yadda saxlaya biləcəyini, buna görə bir şey öyrənməyə çalışmamışdan öncə ona həvəs göstərməyi, hətta onu sevmək lazım olduğunu öyrəndim. Daha sonra problemdən qaçmağın mənasızlığını, insanların inanclarına xor baxmamağı, geniş baxanın kiçiyi görmədiyini, insanların ən zəif yerlərinin şirin dil olduğunu, bu şirin dillə onlardan istifadə etməyi, emosiyalarımızın yaxşı və pisi dərk etməyimizə mane olduğunu, soyuqqanlılığın önəmini, bir dinin pisliyə sadəcə yaxşılıqla cavab verməli olduğunu – qaranlığı sadəcə işıq yox edər, insan gözlərinin qorxu anında sahibinə qəribə şeylər göstərə biləcəyini, insanın nə itirdiyini bilmədiyi müddətcə xoşbəxt olduğunu, nəticəsiz cəsarətin axmaqlıq olduğunu, quldur tipli insanların daha çox namus çəkdiyini və ya namus çəkənlərin daha çox quldur xislətli olmasını, qorxunun olduğu yerdə idarəetmənin asan olduğunu, “bəzən düşməndən gizlənməyin ən yaxşı yolu onun kölgəsində durmaqdır”ı, insan isntiktiylə qorxmağı səhv salmamağı, sevginin nə olduğunu bilməyən şəxsi sevməyin anlamsızlığını, bəzən düşmənin daha səmimi olduğunu, daha çox qaraqabaq və realist insanların fövqəladə varlıqlara inanmadığını, işinin ustası olmağın yaşa baxmadığını, döyüş aqresiyasını limitdə saxlamağın vacibliyini və son olaraq əksər insanların yalnız məhvin eşiyinə çatdıqda islah olduqlarını, dəyişə bildiklərini öyrəndim. Beləcə əsərin öyrədicilik xüsusiyyətinə görə, bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Romanda ən çox bəyəndiyim hissələrdən biri də Etrakla qardaşı Neraanin döyüş səhnəsidir. Təsvirlər xəyalımızda xalis canlandırma apara biləcəyimiz qədər yaxşı alınıb. Bunun kimi təsvirini bəyəndiyim digər bir səhnə zavallı qazzanın ölümüdür. Açığı İpardan sonra elə təsirlənə biləcəyim məqam da kitabın sonunda sıravi bir qazzanın vidralar tərəfindən yeyilməsi oldu... AR tanrıların yolunu bəyəndim. “Sirli Qoca” fəslində qocanın sehirləri mənimçün bayağılıq təşkil etdi. Yazı üslubuna gəldikdə isə roman qarşısıalınmaz bir axıcılıqda davam edirdi – heç sıxılmadım. Ancaq “Qatil” fəslində giriş xoşuma gəlməmişdi – cümlələrin sonundakı həmahənglik dəfələrlə məni narahat etdi. Təsvirlərə və yazı üslubuna görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,8. Demək olar ki, dialoqların heç birində sünilik tapa bilmədim. Lakin bircə qarətçi ilə Etrakın söhbəti mənə uyğunsuz gəldi. Ya qarətçi Etrakgili birbaşa tutmalı idi, ya da onları nakra hesab edib uzaq durmalıydı (ən azından danışığına fikir verməli). Qarətçi olan şəxs (nöqteyi-nəzərimcə) “indi verin bizə o qızılları, yoxsa qanınızla meşəni sulayacam” deməz, bunu düşünmədən edər. Üçlük və Elionun söhbəti – rəsmi dialoqlar müdhiş alınıb. Eçsonun dili isə onun necə bir dünyaya sahib olduğunu rahatlıqca göstərə bilir. Dialoqlar (monoloq) üçün bal dəyərləndirməm 1 ballıq şkaladan 0,9. Əsərdə, həqiqətən, mühüm personajlar var idi. Ən çox sempatiya duyduğum şəxs Zeldan idi – Şər mövqedə olsa da. Bilmirəm, adı məni belə özünə çəkir, yoxsa tipikliyi... Ancaq onu bilirəm ki, adam (ekro) əsl filmlikdir. Etrak məni soyuqqanlı olmağa vadar edir. Eçso isə istiqanlı. İkisi də Xeyir dostu, fəqət ikisi də xarakterlərinə görə bir-birinə zidd. Aqrensə mənimçün ərgən və emosiya tükədici bir canlıdır. Hökmdar Nekayla bağlı həqiqətləri də sevdim. Hər bir obraz yerli-yerində öz rolunu məharətlə oynayıb. Obrazlar üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Dialoqlardan və əsər boyu təhkiyədən də göründüyü kimi tanrı və tanrılar barədə, qadın xasiyyəti və kişi qüdrəti barədə və s. hava şəraitindən tutmuş Şərin imiclərinin təsvirinə qədər müəllifin şəxsi fikirlərini görmək (ya da ən azından sezmək) mümkündür. Hər biri də dadlı-dadsız öz səriştəsini oxucusunun hisslərində göstərirdi. Milaynda yazılan qiyamət – qüsursuz plan! Doğrudan da belədir. Ancaq müəllifin fikirlərini mən bir oxucu olaraq üçüncü şəxsin dilindən yaxşıca görə bilmirdim. Yazıçının öz şəxsi fikirlərinin birinci (və ya üçüncü) şəxsin dilindən oxucuya yeritmək istəyinə görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,6. Çox az yeni söz öyrəndim. Və ya dilimizdə işləyi az olan sözlərin əsərdə yeri çox az idi. Ədəbi dil zənginliyi ilə bağlı sözçülüyə görə, dəyərləndirməm 1 ballıq şkaladan 0,5. Əsərin kulminasiyası Etrakla Neraanin qarşılaşmasıdır. Burada yaşadığım şok effektini eynilə ikinci kulminasiya sayıla biləcək 22-ci fəsildə də yenidən yaşadım. Süjetin zirvəyə qalxıb sonradan enməsi və yenidən qalxması əla idi. Hadisələrin kulminasiya nöqtəsinin necə alınmağına əsasən, qiymətləndirməm 1 ballıq şkaladan 1. Finalla bağlı çox şey deməyə lüzum görmürəm. Birnəfəsə: möhtəşəm! Roman üzrə finalı qiymətləndirməm 1 ballıq şkaladan 1. Ümumi qiymətləndirmə isə 10 ballıq şkaladan 8,5.
This entire review has been hidden because of spoilers.
sırf fantastika və macəralı kitab oxumağı sevən insanlar üçün yəqin ki, yaxşı kitabdır. mənimsə ən sevdiyim fantastika harry potter seriyasıdır və bunun səbəbi tamamilə seriyayla olan emosianal bağımdır :D kitab azərbaycan dilində yazılmış ilk fantastik qurğu kitabı olduğu üçün maraqlı gəldi, oxuduğum üçün də peşman olmadım amma məni nə ədəbi cəhətdən doyurdu, nə də obrazlarla bağ qura bildim. amma dediyim kimi, bu janrın həvəskarları üçün axıcı və zövq verəbiləcək bir kitab olduğunu düşünürəm.
2 döyüşçüylə başlayan bir macəra ("Yaddaş Qəfəsi"ni az öncə bitirdim) "necə bu qədər qollanıb budaqlana bildi axı?!" deyə çevrilib baxıram keçmişə. İl 2013-2014 universitetə hazırlaşan vaxtlar təsadüfən (ah o gözəl təsadüf nə yaxşı ki, varmışsan) Ali&Nino-un həftəlik 70% endirimindəki sarı üzlü bir kitab, Prince of Perciadan çıxmış kimi görünən bir qolu alovlu kürəyində qılınc və əynində tünd qəhvəyi geyimli yüngül uzun saçlı bir döyüşçü, kitabın üzərində isə belə bir yazı "Azərbaycanda ilk fantastik qurğu romanı". Əldə etdim və o gün bu gündü köhnə yeni demədən hər iki nəşri bəlkə 5 yoxe nə 5, bəlkdə 10 dəfə oxumuş olaram..
Qısacası 2 ağır təlim almış döyüşçüylə səyahət edən və deyinən kök bir oğlandan haralara gedib çıxacağınıza özünüzdə inananmayacaqsız.
Azərbaycan ədəbiyyatında bu janrın ilk numünəsi olmaqla yanaşı çox axıcı dillə, maraqlı süjet xətti ilə bir nəfəsə oxumaq istəyəcəyiniz bir əsərdir. Həm ingilis dilinizi təkmilləşdirmək, həm də xarici dostlarınıza müasir ədəbiyyatımızdan maraqlı bir nümunə tövsiyə etmək istəsəniz, bu əsərin ingilis dilinə tərcümə edilmiş variantını (The Dark Sun) Amazon saytından əldə edə bilərsiniz. Tərcüməsini etdiyim müddətdə ilk dəfə kitabla tanışlığım baş tutdu. Əsərin mövzusu, süjeti, obrazlar, hekayə, hamısı o qədər xoşuma gəldi ki, tərcüməni etmək çox xoş və yaddaqalan bir proses oldu mənimçün. Bir tərəfdən istəyirdim tez oxuyub bitirim, digər tərəfdən düşünürdüm qoy kitabdan aldığım zövqün zamanını qısaltmayım. Əvvəlindən sonunadək kitab insanı həyəcanda saxlayır. Kitab haqqında daha çox yazmaq istərdim amma spoil vermək istəmirəm. Sizə xoş mütaliələr diləyirəm! Mütləq oxuyun, əmin olun ki, 2-ci hissəsini səbrsizliklə oxumaq istəyəcəksiniz.
Birinci hisseni yeni oxudum qurtardim. Maraqliydi heqiqeten de, bir neche gune bitirdim. Yazarin birinci hissenin sonunda oxucuya chatdirmaq istediyi fikir ozu de maraqliydi. Inslanligi bu hedde chatmadan dayandirmaq. Ugurlar.
Mən bu əsərə çox böyük həvəslə başladım və hadisələr sürətli şəkildə təsiri altına aldı. Hər şey əla gedirdi. Ta ki, Netflixdə “Kölgə və sümük” serialına baxmağa başlayanadək. Əsər demək olar ki, birəbir Li Barduqonun “Qrişa Kainatı” trilogiyası ilə eynilik təşkil edir. Hətta yer və şəxs adları belə bir neçə hərf dəyişdirilməklə yaradılıb. Düzdür, Barduqonun “Ravka”sı Rusiyanın imperiya dönəmindən ilhamlanaraq işləndiyi üçün slavyan mənşəliymiş kimi görünən toponimlərə və şəxs adlarına daha çox rast gəlinir. Amma istənilən halda oxşarlıqlar həddən ziyadə çoxdur. Əsəri bir növ “Kölgə və sümük”ün parafraz olunmuş versiyası adlandırardım. İstənilən halda uğurlar arzulayıram.