Jump to ratings and reviews
Rate this book

Bahadır və Sona

Rate this book

Unknown Binding

1 person is currently reading
12 people want to read

About the author

Nəriman Nərimanov

6 books5 followers
ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925).

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi milli romanımızın ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisi kimi qalır. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadələdə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini azərbaycan dilinə çevirmişdir. 1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.

N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilir.

N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
9 (21%)
4 stars
15 (36%)
3 stars
11 (26%)
2 stars
4 (9%)
1 star
2 (4%)
Displaying 1 - 4 of 4 reviews
Profile Image for Fidan Babayeva.
9 reviews
September 25, 2022
"Ah, insanları bir-birindən ayıran "uçurum dərələr!" Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... Fəqət əmin olunuz, siz axırda məhv olacaqsınız..."
10 reviews
May 27, 2025
Nəriman Nərimanovun eyham vurduğu və tənqid etdiyi şeylərin aktual olduğunu görmək, necə də kədərlidir..
elə bir o qədər də kədərli kitab idi :')
Profile Image for Nurana.
79 reviews
January 15, 2021
Sevgi timsalinda cemiyyetin ic uzunun acilmasi mene cox xos geldi.
Displaying 1 - 4 of 4 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.