Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.
Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır. Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1902-ci ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür. Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur.[4] Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.
Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.
Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.
1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu sənət onu maraqlandırmadığına görə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçıların, realistlərin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxil
Əsəri oxuyarkən böyük təəssüf keçirdim. Çünki Cəfər Cabbarlının 1931-ci ildə diqqət çəkdiyi problemlər günümüz Azərbaycanında hələ də aktualdır. İnsanımız zehniyyətində hardasa 100 il ərzində heç bir dəyişiklik olmaması adamda bu cəmiyyətin inkişafına olan ümidi öldürür. Bu əsərdə Almaz sadəcə bir obraz deyil, həm də cəhalətə qarşı mübarizə simvolu, inqilab rəmzidir, susdurulmuşların səsidir. Onun əzmi, qətiyyəti, cəsarəti mənə ilham verdi, insanın sürüyə uyğunlaşmaq üçün öz ideallarından vazkeçməməli olduğunu göstərdi. Almaz tək qalsa, güvəndikləri tərəfindən xəyanətə uğrasa, hər cür təhqir və alçaldılmaya məruz qalsa da əsla sözündən, doğru bildiyindən dönmür. Onu əxlaqsız adlandıranlarsa başa düşmürlər ki, əxlaq anlayışının özü elə budur, Almaz onların hamısından min dəfə çox əxlaqlıdır. Bununla belə biz Almazın sadəcə güclü və məğrur tərəfini görmürük, yazıçı bizə onun həm də zəif anlarını, qorxularını göstərir, əslində nə qədər cəsarətli olsa da onun da bizlərdən biri olduğunu, ancaq qorxularına baxmayaraq irəli getməyə çalışdığını çatdırır. Olsun ki Almaz gecələr yatmır, ağlayır, dibə batdığını düşünür, amma ertəsi gün ayağa qalxaraq mübarizəsini davam etdirir. Mən onun bu xarakterində ilham alacaq çox şey görürəm. Ən təhlükəli obrazlardan biri Hacı Əhməddir. Təhlükəsiz kimi görünür, ancaq şirin dillə, manipulyasiya ilə sözünü yeritməyə çalışır, bəzən də bu yolda sopa göstərməkdən çəkinmir. Əvvəl-əvvəl elə danışır ki, deyirsən az da olsa məntiqli olmağa çalışır, ancaq sonra sözü elə fırladır ki, görürsən yox, dolaylı yolla gəlib öz dediyinin üstündə durur. Məni ən narahat edən obraz İbad oldu. Potensial qatil olaraq ətrafda gəzməsi, camaata hədə-qorxu gəlməsi, ağzının danışığını bilməməsi onu uzaq durulacaq insanlar siyahısının lap əvvəlinə yerləşdirir. Əxlaqdan dəm vurur, amma qardaşının arvadına əziyyət verir, bir xanımla danışarkən ən iyrənc ifadələri seçir. Və həm Almazı, həm bizi təəccübləndirən Şərif. Onun qıza dəstək olması və gözü dönmüş camaatın qabağına keçərək qoruması gözəl hal idi. Deyirsən necə də ideallara bağlıdır, bu uğurda mübarizə aparır. Sən demə öz pis niyyətli əməlləri üçün zəmin hazırlayırmış, dostluqdan istifadə edib Almaza yaxınlaşırmış. Fuada isə çox təəssüf etdim. Almazın danışdıqlarından onun əqidəli, açıq görüşlü, düşüncəli, sevgi dolu biri olduğu təsəvvürü yaranmışdı məndə, gözləyirdim ki, gəlsin və nişanlısına dəstək dursun. Ancaq kəndə gəlişi heç gözlədiyim kimi olmadı. Əlbəttə, bu qədər söz-söhbət, dostunun ona çatdırdıqları və ortalıqda naməlum bir uşaq olması onda müəyyən şübhələr yarada bilər, mən inanmıram ki, kimsə bu qədər olan şeyə laqeyd yanaşsın. Ancaq gələn kimi Almazı günahkar elan edərək əsəbi halda onu sorğuya çəkməkdənsə obyektiv və neytral formada ondan işin əslini soruşa bilərdi. Almazın ona məktub yazmış olmasından da görünür ki belə etsəydi suallarına cavab tapacaqdı. Əsərin ən üzücü hissəsi də Yaxşının başına gələnlər idi. Gecə vaxtı minbərə bağlanmaq nə dərəcədə ağıllı məsləhətdi deyə bilmərəm, ancaq bəlkə də ən təhlükəsiz yerlərdən biri olmalı olan məsciddə bir qızın təcavüzə uğraması sadəcə dəhşətdir. Və bunu edən də kəndin başbilənlərindən biri kimi çıxış edən, moizə oxuyan, əxlaq dərsi verən, amma özü əxlaqsızın qabaqda gedəni olan Molla Sübhandır. Bu məqam göstərdi ki, kim özünü başqalarından üstün görür, kiməsə yuxarıdan aşağı baxıb mənəviyyat dərsi keçir, elə həmin insanın özündən qorxmaq lazımdır. Bu sözdə dindar olsa da. Nə qədər ki cəmiyyət Almazları daşlayacaq, susdurmağa, təkləməyə çalışacaq, heç bir zaman inkişaf da olmayacaq. Kişi üstün bir məxluq deyil, kişi də, qadın da insandır və bərabərdir. Bunu qəbul etmək istəməyən özünə insan deməməlidir, çünki ən primitiv insan hüquqlarını qəbul etmir. Nə dərəcədə məntiqə sığa bilər ki, kimsə cinsiyyətinə görə hər cür əziyyətə dözməyə məcbur edilsin? Kişilər qadınları kimlərdən "qoruyur"? Öz aralarına alıb hörmət göstərdikləri Molla Sübhan kimilərindən?
Mən bəzi iradlar tutacam. 1. düşünürəm ki, 18 yaşında heç kim bu olanlara Almaz kimi tab gətirə bilməz və “oxunmuş” qız ləqəbini ala bilməzdi. Çünki 18 yaş uşaq yaşıdır,25 yaş olsaydı deyərdim məntiqlidir. 2. Finalını qətiyyən bəyənmədim, yola verdi final. Heç nə açığa çıxmadı, uşaqlar nə ilə oynayırdılar, niyə lüt idilər? 3. Yaxşının axırını nə oldu? getdilər təcacüzçüsünün üstünə. Bəs yaxşı Almazı niyə belə çıx dış eləmişdilərki? Almaz nuyə bu qədər nifrəy obyekti olmuşdu axı bu kənddə? Onu əvvəlcədən gösyərmək lazım idi, C. Cabbarlı düşüncələri, ideyaları yaxşıdır. Amma dahi deyil. Yazarlıq qabiliyyəti zəifdir. Digər əsərlərini oxuyacam gələn aylarda. Bəlkə fikrim dəyişər, amma düşünmürəm.