Jump to ratings and reviews
Rate this book

Bir Milyon Dollarım Olsaydı

Rate this book
Bir milyon dollarım olsaydı…Əgər gecə, küçənin ortasında qara bir çemodanda Bir milyon dollar tapsaydınız neyləyərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyyac bataqlığından xilas etmək istəyirdi. Amma.. bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı Bir milyon dollar onun bütün həyatını dəyişir. Amma necə...

Unknown Binding

First published January 1, 2009

48 people are currently reading
828 people want to read

About the author

Qaraqan

14 books320 followers
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım.
Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur.
2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.

2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
210 (50%)
4 stars
77 (18%)
3 stars
67 (16%)
2 stars
30 (7%)
1 star
34 (8%)
Displaying 1 - 14 of 14 reviews
Profile Image for İsmayıl Ağahəsənli.
34 reviews6 followers
July 30, 2020
Hamınız nə vaxtsa, filan qədər pulum olsaydı,indi bunu edərdim deyibdir,əlbət ki.Amma ya gerçəkdə həmin pulları gözənilmədən əldə etsəz,o zaman necə olar?
Hazırki cəmiyyəti çox gözəl şəkildə təsvir edən yazıçı, oxucunu düşünməyə məcbur edir.Əlbəttə,ilk baxışdan Kərəm Alıyevin paranoyası sıxıcı və axmaq görünə bilər,amma mən özümü onun yerinə qoyub düşünəndə hər şey o qədər də axmaqca görsənmir.
Vicdan və Vicdansızlıq qarşı- qarşıya qoyulur.Çılpaqlığı ilə.
Vicdasız birisini zəmanə adamı da adlandıra bilərik,elə deyilmi,çoxları belə deyir.
Firuzə...Əsərin müxtəlif rənglərini özündə birləşdirən obraz.Firuzə düz etdimi ya yox,bunu asanlıqla söyləmək çətindir.Bir az Hüqonun Fantinasını xatırladır.
Gözəl bir qadın,Kərəmi ürəyinin bütünlüyü ilə sevən bir qadın.Öz ərinə sadiq..Sadiq? Bu artıq sualdı,artıq yox,sadəcə sualdır.Onun yerində olan bir qadın necə edərdi?
Yaxşı,biz Firuzəni mi sorğulamalıyıq yoxsa bu cılız sistemi mi?
Əgər o təhsilli olaraq öz ölkəsində normal qazana bilmirsə, uşaqlarını necə böyütməlidir və özü necə yaşamalıdır ? Hansısa bir yol varmı?
Qürur mu yoxsa məğlubiyyət mi?
Əzilmək
Bədbəxt cəmiyyətin üzü..
Zəmanə adamı Tağıyev..
Mən kitabda qeyd olunana obrazların hamısını həyatda görmüşəm.Aşağı-yuxarı,hardasa.
Layiqsiz,içiboş insanların daha yaxşılara nail olduğu bir cəmiyyət.Əksərən.Ali təhsilli Kərəm,bir aylıq maaşı digər ayını görməyən, vicdanlı, təmiz, ailəsinə bağlı, başqa sözlə,zəmanə diliylə desək,maymaq Kərəm Alıyev.
Axmaq,heç bir savadı olmayan, internetdə gündə bir qızla danışan,özündən başqa heç kimə xeyiri dəyməyən, işçilərini alçaldan, müdir,zəmanə adamı Tağıyev.
Çox oxucu bəlkə də düşünə bilər ki,burada pulun çox və yaxud az olmasının təzadlarından danışılıb,əsas məsələ kimi.Amma məncə,çirklənmiş düşüncə alovunda yanan cəmiyyətdir əsas mövzu.Bəyəm Kərəm və Firuzələr bizim cəmiyyətdə yoxdurlar? O qədər var ki?!
Amma xəstə cəmiyyət bu insanlara layiq olduqları yaşamı vermir..Mühitin insanı formalaşdırmasında, nəticə etibarilə də cəmiyyəti korrektə etməsində müstəsna rolu var.
Əsərin axırı mənə əlbəttə ki,yaxşı təsir etmədi.Yazıçı zatən demək istədiyini dedi,çatdırdı.Sonun da belə olacağı görünürdü.Lakin sondakı bir hissə var idi..."Onunla sonralar dəfələrlə oldu,sonra isə onu atdı,başqa gözəl qadınlarla da oldu,onu indi evli qadınlar daha çox maraqlandırırdı,mətbəəsini genişləndirdi,başqa bizneslərlə məşğul oldu,var dövlətini daha da artırdı "

Belə,çox yaza bilərəm,dünən bitirmişəm,hələ də bəzi şeyləri fikirləşirəm.Oxuyun bu kitabı,vicdanınıza xeyri var.
This entire review has been hidden because of spoilers.
1 review
Want to read
July 1, 2015
brda kitabi nece oxuyum aca bilmirem
1 review
May 7, 2020
Pul insanı necə dəyişdirir)
3 reviews
July 13, 2015
nece oxuya bilerem?deye bilersiz zehmet olmasa
1 review
Want to read
September 6, 2015
Men bunu nece oxuya bilerem?? zehmet olmasa kömek edinde..
Displaying 1 - 14 of 14 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.