Aqşin Yenisey (1978, Cəlilabad,Azərbaycan) — Azərbaycanlı yazıçı, şair, publisist.
Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının sədridir.
Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib[3].
Dörd kitabın — "Unutmaq sözünün şəkli" (2000), "Sizin eradan əvvəl" (2005), "Cənnətdə terror aksiyası" (2010), "147 dənə sən" (2012), həmçinin "Göləqarğısancan" romanının və yüzdən artıq məqalənin müəllifidir.
Kitabları
Unutmaq sözünün şəkli, Bakı: 2000.
Sizin eradan əvvəl, Bakı: 2005.
Cənnətdə terror aksiyası, Bakı: "Qanun" nəşriyyatı, 2009.
Yüz qırx yeddi dənə sən, Bakı: 2013.
Məbədin sükutu, Bakı: 2013.