Jump to ratings and reviews
Rate this book

Od adamların nəğməsi

Rate this book
Fuad İsayev fərqli dövrlərdə yazdığı 21 qısa hekayə ilə bizə ovsunlayıcı oxu təcrübəsi təklif edir. İsayevin solğun dünyaları ilk nəzərdə gözümüzə yad görünüb soyuq təəssürat bağışlasa da, bu dünyalarda dolaşdıqca gündəlik həyatın həqiqi rənglərini aydınca seçirik və hər birimizə məlum olan həqiqətlərlə qarşılaşırıq. Yer üzünə yazıçının bizi apardığı bucaqlarda dayanıb baxanda isə İsayev əvvəlki təsəvvürlərimizi sarsıdır.

184 pages, Paperback

First published July 10, 2023

10 people want to read

About the author

Fuad Isayev

3 books16 followers
Fuad Isayev is an Azerbaijani novelist, short story writer, and illustrator. Growing up with an easel and paintbrush, he found his passion for literature and cinema and began pursuing experience as a writer in 2014. Although his first work, Stain: The Beginning, was published as early as 2017, he took a six-year hiatus, during which he wrote spec scripts and short stories and authored two unpublished novels. After graduating from Baku State University with numerous unproduced projects, he returned to the field with an illuminating collection of macabre short stories titled The Song of the Men of Flame in 2023. His latest novel, Body Transporters' Handbook, was published in 2025. He currently resides in Baku.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
11 (57%)
4 stars
6 (31%)
3 stars
2 (10%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 10 of 10 reviews
Profile Image for Nigar Makhmud.
Author 3 books42 followers
July 27, 2023
Fuad Isayev dilimizdən gözəl istifadə edən bir müəllif olaraq yadımda qaldı. Qeyri-adi gedişatı olan hekayələri məni fəth etdi. Sonluqlar isə şedevrdi. Mən kitabı çox bəyəndim. Bəlkə də milli ədəbiyyatımızda yaxşı işlərə ac olduğum üçün kitab mənə bu qədər ləzzət elədi. ;) Daha böyük uğurlar diləyi ilə.
Profile Image for Jeylan Amiraliyeva.
2 reviews
August 31, 2023
"Yağış əbədiyyətə qədər yağmaq istəyirdi: Hər kəs canını təhvil verəndən sonrakı vaxtlarda da yağacaqdı."

Fuad İsayevin özünəxas dünyası var. Bəzi hekayələri oxuyanda melanxoliya qarışıq nostalji yaşayırsan, təəccüblənirsən, digərlərində qəhrəmanların seçimləri, iç dünyasına səyahət sənə insan olmağın ağırlığını xatırladır. Ya da bəlkə mən elə hiss etdim. Hər bir halda hekayələri oxumaqdan çox böyük zövq aldım. Mütləq oxunmalı hekayələrdir.

Yazarın daha böyük uğurlara imza atacağına ümid edirəm. İndidən romanı səbrsizliklə gözləyirəm!
Profile Image for İnci Zadə.
49 reviews15 followers
December 21, 2023
Bir neçə il öncə hansısa yerli yazıçının yazdığı yeni bir kitab görəndə birbaşa qatlayıb kənara qoyurdum. Çünki qarşıma çıxanlar eyni mövzuların ətrafında dolanıb durur, ya plagiat çıxır, ya da əzbərlənmiş şablonlar üzərində qurulurdu. 2023-cü ildə oxuduqlarım isə məni yaxşı mənada təəccübləndirdi, bir neçə məyusedici əsər və yazıçı üzərindən bütöv bir sektoru mühakimə etməyin necə bir dardüşüncəlilik olduğunu göstərdi.

Bu kitabı oxumağa başlayanda tam olaraq nə gözlədiyimi bilmirdim. Bilirdim ki, pis kitab deyil, haqqında yazılan rəylərdən araşdırmışdım bir az. Amma yaxşıdırsa, nəyə əsasən yaxşı olacağını, niyə oxunacaq o qədər kitabım varkən bu kitaba zaman ayırmalı olduğumu da anlamırdım. Di gəl ki, "Kor Nöqtə"də məni irəli itələyən hiss burada da itələdi və mən də hisslərimi hər zaman dinləyib pis-yaxşı nəticəsinə dözən biri olaraq bu dəfə də bir istisnaya yol vermədim.

Əvvəllərində narın bir yağışdır, keçib gedər sanmışdım, amma oxuduqca yazıçı məni leysana saldı. Tərslikdən kitaba başlamağımla havalar da dəyişdi, bir də baxdım kitabı çantama qoyduqdan sonra üstünə xalatımı qoyuram ki, islanmasın. Bir aylıq, bəlkə, daha uzun bir macəra oldu bizimki. Bəzi günlər özümlə aparıb gətirdim, amma bir səhifə də oxumadım, əvəzində yanımdakı varlığı ilə özümü üşütdüm. Bəzi günlər yarımçıq qalmadan oxuya bilmək üçün əks istiqamətdəki metro qatarına minib yolumu uzatdım. Bəzi günlərsə bir hekayədən o tərəfə keçəcək əzmi tapa bilmədim özümdə.

Və bütün bunların sonunda... Özümü heç bu qədər ümidli hiss etməmişdim. Dilimizi heç bu qədər sevməmişdim. Bəzi janrlar var ki, bizdə həm ədəbiyyat, həm də film sahəsində inkişaf etmir, edə bilmir. Bir çox cəhdlər olur, amma əksərən də süni qalır. Fuad İsayev isə pendirlə təndir çörəyinin sevildiyi bir dünya ilə droidlərin dünyasını bir-birinə elə təbii şəkildə calayır, oxucunu qazandakı qurbağa misalı elə yavaş-yavaş qaynadır ki, bir də baxırsan bədəninin bir hissəsi mavi protezdir, boynunda bir implant var və şüagövdə telefondan zəng gəlir ki, bəs qonşu Ceyran xala oğluna nişan edir, oturacaq çatmır deyə sizdəkiləri istəyir. Oxucu yaradılan dünyanı yadırğamır və məncə, bu, yazıçının ən böyük uğurudur.

Amma təbii ki, tək uğuru deyil.

Fuad İsayev sözlərlə oynayır. Onları gərəksiz uzun ifadələr yaratmağa məhkum etmir, təkrar-təkrar eyni sətirlərdə gəzdirmir, bəzi sözlərin arasına bitmək bilməz səhifələrlə qala qurur və təsadüfi bir abzasla hər gün yanından ötüb keçdiyimiz nəsnələrin üzərindən görünməzlik pərdəsini götürür.

Sadə, göstərişsiz və şairanə...

Ön/son sözdə yazıb ki, romanını bitirib. Səbirsizliklə gözləyirəm.
Profile Image for Mustafa Rushan.
436 reviews16 followers
July 10, 2025
"Od adamların nəğməsi" / Fuad İsayev
Fuadla tanış olmağımızın üstündən çox keçməyib... Bəlkə də bir aydır onu tanıyıram... Arabir sosial şəbəkədə gözümə dəysə də, dialoqumuz olmamışdı...
Kitabı çıxacağını eşidəndə ona ilk oxucusu olacağımı demişdim... deyəsən sözümü tutmuşam... İlk şərh yazan da, deyəsən elə mənəm...
Kitab 21 hekayədən ibarətdir... İlk hekayəsinin adı həm də kitabın adıdır...
Mən kitabı sondan başladım... mənə elə gəlir, kitabın ruhuna yaraşan bir başlanğıc oldu... Hər yekayəni oxuduqca bal verirdim... Düz 15 hekayəsinə 5 baş vermişəm...
Yazıçının özünəxas bir dünyası var... Bir səhifədə qeyd eləmişəm ki, Fuadın dünyasında gündüzlər də gecədir... Yağış, palçıq, nöyüt lampası, söyüd ağacı, distopik dünyalar... Bu elementləri hekayələrin bir çoxunda görmək mümükündür... Sanki onun hekayə dünyasında gəzir hər qapıdan girdikcə yeni lakin çox doğma elementlərlə, ab-hava ilə, atmosferlə qarşılaşırsan...
Dünyasında gəzmək narahatedicidir... amma gözünü də çəkə bilmirsən... ala-toranlıq dünya orada baş verənləri əl havası ilə duyub anlamaq üçün təhrik edici amildir... Girdimmi, geriyə yox, irəli hər nə qədər boz olsa da, ancaq irəli getmək istəyirsən...
Yazıçının dünyası hər nə qədər boz olsa da, içində mərhəmətin, sevginin, dostluğun, ümidin işartılarını, qığılcımlarını duyursan.. Məsələn dünyanın son günündə bilyard oynayan iki dost... Məsələn, androidlərin hamilə qadının arzusunu yerinə yetirmək cəhdlərindəki fədakarlıq... bunları görmək, duymaq, bu dünyalarda gəzmək... zövq verirdi...
Üstəlik qurduğu dünyalar bizə yad olsa da, bir o qədər də doğmadır... hər nə qədər hadisələr uzaq gələcəkdə baş versə də, bura Bakıdır, bura Azərbaycandır... və hər şey çox organikdir... təbiidir... yamaq deyil... ahəng içindədir... yeni texnalogiya, distopik dünya və Bakı və androidlər... və ütopik maşınlar...
Dilini vurğulamadan keçməyəcəm... görünür özünü yaxşı yetişdirib... dili xeyli təəccübləndirdi... yaxşı mənada ümidləndirdi...
Məncə Faudın hekayələri oxunmağa, Fuadın özü tanınmağa layiqdir... qələmindən çıxan romanı oxumağı çox istərdim... hekayələri təəccübləndirirsə, düşünürəm ki, romanı da gözləntiləri qarşılayacaqdır...
Yazıçıya uğurlar...
Profile Image for Murad Cəfərov.
Author 2 books36 followers
September 20, 2024
kitaba gozlentim cox idi, cunki etrafimda cox insanin cox teriflediyini esitmisdim. ancaq gozlediyimi tam olaraq ala bilmedim. kitab yazarin ozunu muxtelif movzu ve janrlarda sinamasi neticesinde ortaya cixan hekayelerden ibaret idi. hekayelerin ekseriyyetindeki gunumuzun problemlerini daha ferqli terzde - elmi-fantastik unsurlerle vermesini beyendim. dilimizden, bize aid sozlerden - ifadelerden her ne qeder yaxsi istifade etse de, bezi yerlerde bunlar mene suni gelirdi, men bu soz birlesmesini de bilirem - kimi elan edirdi ele bil. ve dialoqlar zeif idi. susqunlugun uc noqte ile ifade edilmesi ( buna ehtiyac yox idi), sohbetin elaqesizcesine uzadilmasi, bezi dialoqlar arasinda bir elaqenin, menanin olmamasi kitab haqqindaki gozlentilerime menfi tesir etdi.
ancaq daha yaxsi isler ortaya qoya bilecek bir potensiala sahib yazar olduguna inandigim ucun yeni cixacaq romanina mutleq sans verecem...
Profile Image for Ləman Qoca.
3 reviews
January 21, 2024
Hər kəs yaza bilər, amma hər kəs bədii əsər yarada bilərmi?...
Bədii əsər yazmaq duyğularımızı ifadə etmək deyil. Bunun üçün uzun bir zaman, yazacağınız dili yaxşıdan da yaxşı bilmək və ən əsası bədii əsər yaratmağın texnikası bələd olmaq lazımdır.
Uzun zamandır, yerli ədəbiyyat oxumuram. Oxuyanda da sadəcə keçən əsrdə yazılmış əsərləri oxuyuram, oda ki dilə görə. Çünki çağdaş yazarların çoxu nə obraz yaratmağı bilir, nə də dünyadakı janrlardan xəbəri var. Bu baxımdan hər dəfə yerli yazarların əsərlərindən söz düşəndə tərəddüdlə yanaşır, onları oxumaq istəmirəm. Amma gələk əsas məsələyə Fuad İsayevin "Od adamların nəğməsi kitabı"na....
Hər şeydən əvvəl onu deyim ki, yazıçının üslubu orijinaldır. Yazdığı hər bir hekayəni incəliklə işlədiyi, obraz yaratmaq texnikasına bələd olduğu açıq-aydın hiss olunur. Əsərdə "science fiction" janrının demək olar ki, bütün alt qatlarını görmək mümkündür. Hekayələrdə Fuad bəyin özünəməxsus şəkildə təsvir etdiyi distopik dünya realdan heç fərqlənmir. Oxucu 5-10 ilə belə bir dünya ilə qarşılacağını düşünür, daha doğrusu buna əmindir. Yeni texnologiyalar, siyrilənlər, implantlar nə qədər real görsənsə də, bir o qədər də ürküdücüdür.
Sədaqət, sevgi, müharibə, dostluq, tənhalıq, acı, kədər, yağış... Hər şey bir başqa cür təsvir edilib. Bənzətmələr bir başqa dillə verilib, daha doğma eyni zamanda daha yad təsvirlərlə.... "Göyəm giləsi boyda olan yağış damlaları..."
Dilinə gəldikdə isə ən az üslubu qədər gözəldir. Yerli yerində işlədilmiş ifadələr, obrazların dilində danışıq üslubunu saxlamaq (bu korrektə xətası deyil) əsərə bir başqa rəng qatıb. Unutmadan onu da deyim ki, bu kitabda tire işarəsini görməyəcəksiniz. Amma bu oxucunu narahat edəcəkmi? Təbii ki, xeyr.....
🖋️ Gündəlik duyduğun bu kədər sənin üçün adiləşib.
🖋️ Kişinin yaşı lap çoxuydu. Qonum-qonşu aralıqda deyib-danışırdı ki, o, əzizlərinin qanını töküb və axırda tək qalıb. Qoca isə hər şeyi tərsinə xatırlayırdı.
🖋️ İnsanlar elə bil aralarında razılaşmışdılar ki, bu planet müharibə aparmaq üçün əvəzsizdir.
🖋️ Ötən günlər təkcə temperaturları ilə bir-birindən seçilirdi.
🖋️Filosofun zarafat etməyi qorxuludur.
🖋️Məğzi olmayan yaşayışa öyrəş, səni yoranlara minnətdarlıq et və onlardan əl çək ki, uzaqlaşsınlar.
3 reviews2 followers
July 3, 2024
Hekayələr bir az fərqli və qarışıq idi. Bəzilərini isə başa düşmədim, təəssüf ki.
Ən bəyəndiyim hekayə “Bozumtul moruqlar” oldu.
Fuad İsayevin qələmə alacağı romanlarl səbrsizliklə gözləyirəm.
Əminəm ki çox güclü ədəbiyyatı olacaq🔮
Profile Image for Vüsal Aydın.
Author 3 books30 followers
May 10, 2024
Bu kitaba hekayələr toplusundansa müəllifin cəhdləri demək daha doğru olardı. Mənə elə gəldi ki, Fuad İsayev bir neçə janrı, üslubu və formanı yoxlamaq üçün yazılar yazıb, sonra kitab formasında nəşr etdirib. Nəşr demişkən, kitab "Futuristik Studios" adında bir nəşriyyatın məhsuludur və fiziki keyfiyyət baxımından elə də futuristik deyil, əksinə doxsanıncı illərdə çap olunmuşa oxşayır. Hərflər sönük, xətalar çox, qrafika zəifdir kitabda. Bütün bunlara rəğmən, İsayevin hekayələri elə də pis deyil, oxuduqca gülümsədiklərim də oldu, hətta bəzilərini az qala bəyənəcəkdim də.

Zarafat bir yana, "Od adamların nəğməsi" kitabı balaca boyuna və keyfiyyətsiz çapına baxmayaraq, maraqlı kitabdır, maraqlı fikirlər, fərqli dünyalar, robotlaşmağa başlamış insanlarla doludur. Kaş bu hekayələri çapdan qabaq yaxşıca redaktə edən olaydı. Natamam qalmış, çatdırmaq istədiyi fikri daşımağa gücü çatmayan cümlələr çoxdur.

Kitab bizi bu xoşagəlməz cümlə ilə qarşılayır: "Kitabda toplanmış bütün hekayələr yetkin oxucular üçün nəzərdə tutulmuşdur". Bu nə deməkdir ki, yetkin olmayan oxucular üçün də hekayələr olur? Məsələn, müəllif beləmi düşünür, filankəsin hekayələri ağıldan kəmlər üçündür, mənimkilər yetkinlər üçün? Məncə, Fuad İsayev bu xəbərdarlıqla özünü sığortalamağa çalışıb, guya ki, hekayə sənin xoşuna gəlməsə, günahı özündə axtar, sən yetkin deyilsənmiş... Elə şey yoxdur, əziz yazıçı! Azərbaycan oxucusu kimləri hansı dillərdə oxuyur, xəbəriniz var?..
Əgər müəllif yaş həddi müəyyən etsəydi, "Bu kitab yetkinlik yaşına çatmış insanlar üçündür" yazsaydı, bu başqa məsələ olardı, düşünərdim ki, kitabda yersiz arqo var, yəqin ki, onun üçündür. Ancaq burada söhbət yaşdan getmir, məhz "yetkin oxucular" yazılıb, bu isə yazıçı ərkanına yaraşmayan xəbərdarlıqdır.

Dialoqların məzmunu zəifdir, hətta bəzən tərəflərin boşboğazlığına varan uzunçuluq gördüm, məsələn, "Ən sakit planet" hekayəsindəki bir dialoqa baxaq (kitabdan olduğu kimi köçürürəm, qrammatik xətaları ilə birlikdə):

"..."
"Bəli, hamı biri-birini eşidir."
"..."
"Bu planetə niyə gəlmisən?"
"Gələnlər niyə gəlir?"
"Axmaqdılar deyə gəlir."
"Özünsən axmaq."
"Tanımadığın kəsə axmaq deyirsən?"
"Özün elədin..."
"Sən axmaqsan ki, sözüm sənə toxundu?"
"Axmaq deyiləm, ancaq bu planetə gələn hər qonağa axmaq deməyin düzgün deyil..."
"Qonaq?.."
"Hə..."
"Qonaqlar əvvəl-axır gəldiyi yerə qayıdır. Siz isə qayıtmayacaqsınız... Axmaqsan..."
"Özünsən!"
"Mihahah"
"Demək istəyirsən ki, yorğun adamların hamısı axmaqdı?!"
"Yox, belə demirdim."
Və sair... Dialoq bu formada uzanıb davam edir. Mən burada dialoqun keyfiyyəti haqqında çox danışmaq istəmirəm, çünki həm özünüz gördünüz, həm də gərək, kitabı oxuyasınız ki, söhbətin nədən getdiyini biləsiniz. Müəllif yenilik adı ilə dialoq quruluşuna dəyişiklik edir, ingilislər kimi yazır, xətsiz, dırnaqda. Ancaq bu çox mənasız və lazımsız gedişdir. Əvvəla buna ehtiyac yoxdur, hər dilin öz qaydaları var, kiməsə oxşamaq nəyimizə lazım?! İkincisi də, belə halda durğu işarələrinin dırnaqla işlənmə qaydaları pozulur. Bundan başqa obrazlar nəsə danışmırsa, susduğunu göstərmək üçün "..." yazmaq çox mənasız görünür. Axı bu işarə heç bir söz və səsi ifadə etmir. Onu niyə yazasan ki? Əgər obraz danışmırsa, müəllif də heç nə yazmamalıdır. Danışmayan obrazın əvəzinə üç nöqtə yazmaq nəyə lazımdır ki? Bu heç yenilik də deyil axı. Ümumiyyətlə, yenilik və inqilabları formada yox, məzmunda etmək daha yaxşı olar. Yenilik demişkən, müəllif kitabda yeni sözlər də təklif edir, bunların bəziləri uğurlu olsa da, çoxu özünü ifadə etməyən, zəif enerjili sözlərdir. Ancaq müəllifin bu istiqamətdə cəhdini alqışlayır və dəstəkləyirəm.

Ümumiyyətlə, Fuad İsayevin yaradıcılığında ən sevdiyim xüsusiyyət cəhdlər etməsi oldu. Kitabda müxtəlif janrlar və üslublardan istifadə edib, fərqli-fərqli metodları sınaqdan çıxarıb. Təqdirəlayiqdir.
Müəllifin romanını mütləq oxuyacağam...

Hekayələr arasında ən çox xoşuma gələni olmadı. Elə hamısını ortabab sevdim. Qərəz, maraqlı idi, oxuduğuma peşman deyiləm, ancaq bu kitab oxu qalereyamda çox böyük yer tutmayacaq. Görünür, yetkin oxucu deyiləmmiş.
Profile Image for Rebnelug.
131 reviews4 followers
December 29, 2023
📟 Yerli yazıçıların yeni kitablarını görəndə, hələ üstəlik təriflənəndə “ağzımın suyu axır”, tezliklə əldə etmək istəyirəm. Bu da o kitablardandır

📟 Kitabın əvvəlində verilən, müəllifin təqdim etdiyi lüğəti sevmədim. Mən bu cür zəngin dili olan, maraqlı hekayələr yazan müəllifdən daha yaradıcı və yeni sözlər gözləyərdim

📟 Ən sevdiyim hekayələrdən ilk üçünün adını çəkmək istəyirəm: “Narahat oturacaq”, “Mexaniki təqvim” və “Buynuzlu itin nağılı”

📟 Üslub, yazı tərzi, dili çox xoşuma gəldi. Bir-iki hekayəni anlamasam da, bütün hekayələrdə təsvirlər gözəl verilmişdi

📟 Ən sevdiyim məqamlardan biri də bütün hekayələrdə havanın yağıntılı, xüsusən də yağışlı olması idi. Oxuduqca Bakıya yaraşmayan yağışın sayəsində olan palçıqlı yollardan keçir, yağış qoxusunu ciyərlərimə çəkirdim. Qaranlığı sevdiyimdən obrazlarla bir yerdə gecə gəzintisinə çıxırdım

📟 Hekayələr uçan maşınların, insanabənzər robotların olduğu zəmanədə, Bakıda cərəyan edir. Obrazların bu zəmanədə belə ləhcə ilə danışması, insanların robotlaşması, robotların isə insanlaşması məni kitaba daha da yaxın edirdi

📡 Günahlandırmaq və inandırmaq asandır.

📡Adam çox yaşayanda qorxağa çevrilir, gülməyə də qorxursan ki, əlindən alarlar.
Mən də qorxağam.

📡İllər adamı ya elə hala salır ki, daha heç nəyi duymursan, ya da ki öldürür.

📡Şüşəni salıb soyuğu udmağa başlayırsan. Lap ləzzət eləyir. Fikirlər gözlərinə gəldikcə küləyi də görmək istəyirsən və bir an bir mətləb sənə aydın olur:
Gündəlik duyduğun bu kədər sənin üçün adiləşib.

📡Bu cür axşamların sayı artanda kədər adiləşir, kədər adiləşəndə isə yetkinlər əmələ gəlir.

📡Hava elə təmizdi ki, günahsız-səhvsiz uşaqlıq illərimdən bir yay günü qopub bu planetə düşüb sanki və başımın üstünü, yan-yörəmi örtüb, məni aldadaraq sevindirməyə çalışır.
…Bəlkə də, ölüm belə bir şeydi, əslində, adamı incitmir, dinclik və sevinc bəxş edir.

📡İnsanların ömrü bənzərdir – hər biri öz solğunluğunu gizlətməyə çalışır.

📡Həyətin çökək yerlərinə toplanmış suyun atılıb düşməyinə baxaraq ucadan ağlasa da, yağış onun səsini udurdu.

📟 Müəllifi təbrik edir, uğurlar arzulayıram
Displaying 1 - 10 of 10 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.