Jump to ratings and reviews
Rate this book

Eşitdiklərim, oxuduqlarım, gördüklərim

Rate this book
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.

Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövründən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını göstərən bir güzgüdür.

Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır.

Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur.

512 pages, Hardcover

First published January 1, 1987

9 people are currently reading
66 people want to read

About the author

Manaf Süleymanov

8 books2 followers
Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirmişdir.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilmişdir.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışmış qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplamışdır. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim etmişdir. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılmışdır. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.

Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
30 (52%)
4 stars
21 (36%)
3 stars
5 (8%)
2 stars
1 (1%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Xəyalə Abbasəlizadə.
10 reviews2 followers
August 17, 2021
Tarixi sevmirəm, çünki mənə çox yavan gəlir. Amma çoxumuzda neft partlayışı dövrü maraq doğurur. Kitabı dinlədikcə/oxuduqca insan müxtəlif duyğular keçirir. Yumoristik sətirlər də var, amma cahillik/ ölüm və buna qarşı aparılan uğursuz mübarizə insanın ürəyini sıxır. Bir çox paraqrafda əslində o dövrlə bu dövr arasında çox böyük dəyişiklik olmadığını görəndə məyus olursan. Yenə də harın harınlıq edir, varlı bir yolun tapıb qazanır, kasıb ilk neft fantanına qurban gedir, qanlı neft sayəsində Bakı "çiçəklənir". Məsəl üçün, fransız şirniyyatı mağazası açılır, daha çox yeməkxana fəaliyyətə başlayır, yenə yeyib-içmək, toy-düyün. Ən çox da məyusluğa səbəb hələ də feodalizm dövründə qalmağımızdır. Yox, çox şey deyişmədiyini dedim axı, hələ də Feodal idarə üsulu var ölkəmizdə. İstər bir Feodalın dilindən çıxan tək bir kəlimə ilə idarə olunan ömrümüz, istərsə də digər ictimai-siyasi məsələlər. Özümə çox qısıtlı tarix bilgimlə sual verdim: axı biz niyə feodalizmə geciksək də ona bu dərəcədə bərk-bərk yapışmışıq?! Cavabı uzun, ürək sıxıcı və yorucudur.
Onu da qeyd etmək istərdim ki, kitabın səsli versiyası castbox App'də Rasim Balayevin məxməri səsinin müşayiəti ilə mövcuddur.
Bəyəndiyim bir neçə paraqraf:
»Neft alış-verişi və bez alıb-satmaq tif xəstəliyi olub bütün Azərbaycanı bürümüşdür. Tacir, məşədi, həkim, vəkil, müəllim, xan, dəllək, seyid, kərbəlayı, baqqal, şair, dəllal, hacı, məmur, bəy, hamı və hər kəs ticarətə qoşulub»
»Maaş müəllimə çatana qədər pul qiymətdən düşüb, zibilə dönür.»
»Yasovuldan valiyə, nazirə qədər hamı rüşvətxordur. Nazirin rüşvət aldığı əynindəki paltar bəxşişdir, cibindəki pul mükafatdır».
»Fəhlələr əsgərlər təki Vətənin sütunudur, dayağıdır. Fəhlələrin hüququna təcavüz edən əllər kəsilməlidir. Cahana bərabərlik, qardaşlıq, ədalət şüarını atan fəhlələrdir. Cəfalət və aclıq bəlası fəhlələri məhv edir. Xəstələnir, müalicə yeri yoxdur. Dərmansız-davasız ölürlər. Çox yerdə 8 saat əvəzinə 14 saat işləyirlər.»
»Dövlətli balaları əsgər getmir, rüşvət verirlər. Əsgər gedən kasıblardır».
»Bayrama yaxın qoyunlara qənd verir, alnına, boynuna, belinə, böyürlərinə, quyruğunun üstünə həna yaxırlar, boyunlarına muncuq və mərcan boyunbağılar taxıb, balaca güzgü, həmail asırlar. Təzə gəlinlərə, nişanlı qızlara qurbanlıq aparılacaq qoç və toğluları xüsusi bəzəyib, zər-zibalı xonçalarla, qənd kəllələri, parça, paltar, şirniyyat qoşurlar...Qurban günü doyunca kabab, ikinci gün plov, üçüncü gün qutab, sonra da baş-ayaq yeyəcəklər. Şəhəri kabab tüstüsü, kabab iyi bürüyəcək.»
»Xozeyin,haçandan qoşun siz dövlətlilərinki oldu? Üç oğlun var, hamısı yanında, evdə; qardaşın balaları şəhərdə, özləri də alış-veriş edirlər. O biri xozeyinlərin də uşaqları elə». «Başından yekə danışma, - deyə Ağa Məlik ona acıqlandı, - hökumət özü nə elədiyini yaxşı bilir». «Hökumət başında oturanlara nə var, loxmanı verdin, sözün keçəcək, - deyə Zəhər Məmmədrza söhbətə qarışdı, - ay xozeyin, barı danışma. O əsgərlərin arasında bir nəfər də olsa varlı balası yoxdur. Hamısı fəhlə balaları, kəndli uşaqlarıdır, Bolşovoylar yerində deyirlər - fəhlə-kəndli əsgərləri...». «Hə, Zəhər Məmmədrza yenə zəhərin atdı, - deyə xozeyin acıqla səsini ucaltdı, - bu gədə-güdələr yaman dil-ağız açıblar ha». «Xozeyin, danışmağı da bizə çox görürsən? - Zəhər Məmmədrza soruşdu. - Hə. Ac-susuz dolanırıq, ürəyimizi boşaltmaq da bizə olmaz?..».

»Kommunist ideyasını təbliğ etmək üçün bütün şərait vardı. Bir yandan ağır həyat tərzi, digər tərəfdən heyvani rəftar. Bəy elə bəy idi. Rəiyyət isə kötəklənirdi.»

»Oktyabr inqilabından sonra doğmuş azadlıq günəşindən müsəlman arvadları hələ də məhrum idi. Halbuki Oktyabr inqilabı qadınlara hüquq vermişdi. Bugünkü izdihamlı çıxış iki il əvvəl ruhanilər qurultayında qaragüruhçuların azadlıq, sərbəstlik almaq istəyən arvadlara tutduqları divana, hörmətsizliyə qarşı intiqam sədası idi. Əsrlər boyu işığa, havaya, günəşə həsrət qalmış, uşaq böyütmək, mətbəx və evdə çapalamaqdan başqa heç nə görməyən, min bir məşəqqətə dözən, min bir cəza çəkən müsəlman arvadları dan söküləndən gecə yarıya qədər ayaq üstə, aclığa, susuzluğa, yorğunluğa dözənlər birinci dəfə idi ki, doğma küçə və meydanları sərbəst, azad dolaşırdılar.
Lakin qaragüruhçular yenə də baş qaldırdılar, axşamüstü qadınları bulvara girməyə qoymadılar, girəcəkləri əlisilahlı «qəhrəmanlar» tutdular. Hələ
bu az imiş kimi qadınlara hücum etdilər. Polis nəfərləri də qaragüruhçulara havadar çıxdılar.
Hamı üçün taybatay açıq olan bulvarın darvazaları onların üzünə
bağlandı. İlin 365 günündən bir neçə saat dəniz havası almağı, ləpələrin oynamasına tamaşa etməyi onlara qıymadılar. Dövlətlilərin arvadları gün uzunu bulvarda dincəlirdi.»

»Dörd ay sonra Hacıbəy Seyidbəyovdan əlli min manat girov alıb, məhkəməyə qədər zaminə buraxdılar. Bu məsələ camaatın bərk narazılığına səbəb oldu. Parlamanda qatilin həbsdən nə üçün buraxıldığı barədə sorğu verildi. «Hümmət» təşkilatından parlaman üzvü tribunadan dedi: «Əksinqilab Dağıstanı işğal etdikdə, necə həyəcanlı günlər keçirdiyimizi yaxşı bilirsiz. Bilirsiniz ki, o vaxt qara qüvvələrlə mübarizə nə qədər çətin və qorxulu idi. Bu yolda çalışan gərək öz çanından keçəydi. Biz qorxmadıq, bunu bilirdik. Hökumətə köməkdən qaçmadıq, ən çalışqan yoldaşlarımızı əksinqilabla mübarizəyə səfərbər etdik. Mirfəttah Musəvi və Haşım Əliyev yoldaşlarımız bu işdə çoxlu düşmən qazandılar. Axırda onları qətl etdilər. Biz gözlədik ki, hökumət canini, qatili cəzalandırar. Qəzetlərə yazmağa qoymadılar, mitinq keçirməyə qoymadılar. Hökumət söz verdi ki, qatili cəzalandıracaq. İndi isə pul alıb, onu buraxıblar. Ağ terrora qırmızı terrorla cavab verə bilərik. - Böyük həyəcanla, - heç insafdır ki, iki gənc yoldaşımız öldürülsün, biri də yaralansın, özü də dörd aydan sonra cani həbsdən çıxsın. Şəhərdə gözümüzün qabağında gəzsin. Qan satılır. Biz bilmək istəyirik ki, hökumət bu xüsusda nə deyir? Biz bu tribunadan açıq deyirik ki, hərgah hökumətdən cavab çıxmazsa, bizi qane etməzlərsə, ağ terrorun qabağına qırmızı terror çıxardacayıq». Parlaman sədri sorğuya cavab vermir, bahalıq və başqa məsələlərin müzakirəsinə keçir. Qatil İrana qaçır.»

»Vida məclisində Səmədağa Ağamalıoğlu maraqla danışırdı: «Tiflisdə seym iclasında məndən soruşdular ki, bu inqilabın axırı nə olacaq. Hərçənd ki, gələcək barədə söz deyənlərin çoxunun yalanı çıxıb, amma indi deyirəm ki: «hərdən qaz yumurtalarını bir toyuğun altına qoyurdular. Gələcəkdə o 217 yumurtalardan qaz cücələri çıxırdı, su görən kimi yüyürüb özlərini tullayırdılar suya, qırt toyuq özünü itirirdi, o yan-bu yana qaçıb bərkdən qaqqıldayırdı...Səmədağa Ağamalıoğlu sözünə davam etdi: «Baxın, indi biz də bu hürriyyət yumurtalarını qoymuşuq burjuyların altına və bunlar da çırtlayıb çıxanda qırt... qırt... qartıldayacaq, ördək təki qaçıb özlərini atacaq bizim hürriyyət nohuruna. Qırt toyuqlar - burjuylar nə qədər qırt-qırt edib qanad çalacaqsa, heç bir şey çıxmayacaq... Bu azərbaycanlı cavanlar gedir oxumağa, təhsil alıb qayıdanda bizə, xalqa qulluq edəcəklər...».

»Quba (Füzuli) meydanında və Şamaxı yolunda (Cəfər Cabbarlı küçəsi) qoçular bəhsə-bəhslə at çapanda atların ayaqları altında bir arvad və üç uşaq qalıb, bir uşaq ölüb, ikisi yaralanıb, arvad da yarımcandır. Üç dövlətli bəhsə-bəhs fayton çapanda qabağa ötən faytona dalda qalanlar güllə atıblar, atışma düşüb, ölən və yaralananlar var, yoldan ötən iki nəfər cavan da ölüb.»
Profile Image for Farhad Mammadov.
53 reviews1 follower
August 27, 2024
Birinci dünya müharibəsinə qədər olan hissələr möhtəşəm idi, hər abzas bilmədiyim çoxsaylı tarixi məlumatlarla zəngin idi, müəllif Azərbaycan milyonçuları, neft sektorundakı sosial qeyri-bərabərlik, fəhlələrin acı həyatı ilə bağlı olduqca maraqlı bilgilər verir. 1918-20-ci illərə çatınca kitaba qarşı istər-istəməz ikrah hissi yarandı, tarixin falsifikasiyasi açıq aydın göz önündə idi. Bakıda ermənilərin törətdikləri qırğınların üstündən ötəri keçilməsi, Bakını top atəşinə tutan rus matrosların az qala alicənab, qeyrətli xilaskarlar kimi təqdim olunması, Türk ordusunun sentyabr ayında Bakını xilas etməsinin üzərindən ötürülməsi (bəlkə də növbəti fəsillərdə toxunub, ancaq əsəb keçirdiyimdən dalını oxuya bilmirdim). SSRİ dövründə yazılıb senzordan keçirilməsi məlum məsələdir, amma hər halda müəllif olduğu kimi yaza bilmirdisə hər halda tarixin həmin səhifəsini adlaya bilərdi. Necə deyərlər əvvəli "gülməli", axırı "ağlamalı"
Profile Image for Abu Alizada.
111 reviews10 followers
March 18, 2024
"Дни минувшие" Манафа Сулейманова - замечательное литературное произведение, которое рассказывает о первом нефтяном буме, становлении буржуазии в Азербайджане и зарождении Азербайджанской Демократической Республики. Автор представляет события с изысканной красотой и убедительностью, создавая ощущение, будто все происходило именно так, и не могло быть по-другому. Однако следует заметить, что произведение скорее носит консервативно-ностальгический характер, чем исторический.
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.