Üçlüyün çöküşündən artıq beş il keçib. Günəş döyüşçüsünün gəlişilə bütün təhlükənin geridə qaldığını düşünsələr də əslində müharibə hələ təzə başlayırdı. Bir neçə ay davam edən qarışıqlığın qarşısını vaxtında alan Elion, indi daha böyük bir təhlükə ilə üz-üzə dayanmışdı. Və bunun öhtəsindən gəlmək üçün təlimi hələ davam edən Günəş döyüşçüsünün köməyinə ehtiyacı vardı. Eçsonun və beş il əvvəlki düşmənlərinin oğlu olan Ulrenin köməyinə.
Birinci kitabı daha çox sevdiyimi deyərdim, çox güman ki, son vaxtlar kitab oxumağa marağımın azalması ilə bağlıdır. Ümid edirəm, kitablara qarşı olan sevgimə yenidən geri qayıdacağam.
Eçsonun xarakteri bu kitabda çox dəyişilmişdi, hətta daha çox Etraka bənzədiyini deyərdim. Ondan fərqli olaraq Aqrenin xarakterini burada daha çox bəyəndim, bəlkə də bu onun daha çox azad olması və öz düşüncələri ilə hərəkət etməsi ilə bağlıdır. Selley maraqlı obraz idi, lakin heyif ki, onu az gördük.
Hekayə daha dinamik idi, hətta burada dəniz səyahəti də var idi. Döyüş səhnələri bol idi, lakin belə səhnələri filmlərdə sevsəm də, kitablarda onları sürətlə keçmək kimi bir xasiyyətim var. Düzünü desəm kitablarda obrazların daxili düşüncə və hissləri, bir-biri ilə münasibətləri mənə daha maraqlı gəlir.
Sonluğu məni təəccübləndirdi, düzü belə bitməsi məni bir az məyus etdi. 3-cü kitabı gözləmək lazımdır. 3.5 ulduz
Mence, bu kitab birinciden daha maraqli idi. Cunki birinci kitabda sonda hadiseler cox qarisir, yeni obrazlar daxil olur. Bu kitabda ise esas obrazlar kitabin sonuna qeder on plandadi, elave obrazlar cox deyildi. 1ci kitabda en sevimli obrazim olan Etrak 2ci kitabda yerini Eçsoya verdi tebii olaraq. Bu kitabda Eçso Etrakin birinci kitabdaki halidi mence. En teeccublendiyim hisse Eçsonun yuxusunda bas veren hadiseler idi, yuxu oldugunu oxuyanda sevindim:) Çunki Aqrenle Eçsonun sona qeder birlikde olmasini daha cox isterdim. Aqrenin Etraka olan hisleri ve Eçsonun da Aqrene olan hislerini qabariq tesvir olunmasa da, anlamaq cetin deyildi. Selleyin de Eçsoya qarsi hislerini gormemek mumkun deyildi. Amma teessuf ki hemise "mutlu son" olmur. Ne qeder istesek de. Sadece onlarin cekdikleri o qeder eziyyetin sonda bir hec ugrunda oldugunu oyrenmek üzücü idi. Realliq o idi ki, ekro irqi mehv olmaliydi ve ele de oldu. En son bolum en uzulduyum hisse oldu. Xususen de Elionla Aqrenin ölümü cox tesirli idi:(( Son anlarinda Aqrenin dediyi cümleni cox sevdim "Unutma Eçso, Qaranliq sadece pislik deyil, seçimdi. Cunki qaranliq da yaradiciya aiddi" Bitdiyine uzulduyum bir kitab oldu, umid edirem ardi olacaq.
Kitabı təhlili oxuduğum dilde prinsipi.^_^ Birinci kitabın daha maraqlı olduğu deyilsə də, ikinci kitab mənimçün daha maraqlı idi. Əsas səbəb hadisələrin daha dinamik olmasıdır. Lakin bəzi yerlərdə hadisələrin bir biri ilə bağlılığında kiçik qırılmalar var idi və bu bəzən 'Niyə belə oldu?' 'Hardan bildilər?' suallarını fikirləşməyimə səbəb olurdu. Bəzənsə, bu sualların cavabı üstündən ötüb keçiləcək adi cümlələrdə idi. Kitabın ümumi redaktəsindəki kiçik səhvlər nəzərə alınmazsa, ümumilikdə çox gözəl və həyəcanverici bir əsərdir. Və ümid edirəm ki, bu son deyil. Kitabın ən yaddaqalan cümləsi? Səhifə 121, Aqren: "Gücünün çatdığı qədər Azara xidmət etdim, sağlığımı itirdim, atamı itirdim... Etrakı itirdim." Mənə təsir edib, ən çox kövrəldən epizoddu.
İl 2014, hə elə həmin il, yüngülvari araşdırma və BAM! 2ci hissə var imiş sevinci. Tez bazar tap sifariş ver əldə elə və ac gözlüklə oxu. 1.hissəylə aradakı MƏNƏ GÖRƏ ən təməl fərq 1.hissədə məlumatlar çox sadə və ya yaşanılaraq öyrənilirdisə, 2.hissədə biri tərəfindən nəql olunurdusa da və ya hadisələrdə öyrənilirdisə də biraz "can sıxıcı" olurdu. Bunu da məlumatın çoxluğu və dünyanın genişliyinə bağlayıram. Onun xaricində kök oğlanın hekayəsinin genişləməsi və macəralarının 1ə 5 artmasını ilk kitaba nisbətdə daha çox sevdim.
Mütləq şəkildə əldə eləyib oxuyun oxutdurun.
P.S. Bir anlıq elə bildim GoT serialının hər sezon finalından öncəki bölümünün senaristi/ləri əl atıb sonluğa, bu necə final idi...sadəcə dəhşət..
Salam, ikinci hisseni axtariram amma hec cure tapa bilmirem hech harda. Eger kimdese varsa satmaq istiyirse zehmet olmasa yazardiz. Tesekkurler onceden