Jump to ratings and reviews
Rate this book

Səslərin Yaddaşı

Rate this book
Hər kəsin qaranlıqda qalan bir hekayəsi var.
Bir gənc qanını daşıdığı insanın həyatına son qoyur – oğul atasını öldürür. Ölümdən sonra geridə qalan suallar əks-səda verir: Niyə?
Attar təxəllüsü ilə məqalələr çap etdirən araşdırmaçı yazar Simurq bir gün internetdə bu faciəli hekayəyə rast gəlir və özünü bu labirintdə tapır. Oğulun atanı öldürməsi onun diqqətini cəlb edir və Simurq öz tərəfindən araşdırmaya başlayır. Onu maraqlandıran məhz cinayətin motividir. Oğulu atanı öldürməyə nə məcbur edə bilər?
Araşdırmalar dərinləşdikcə ölümün kölgəsində gizlənən sirlər tədricən üzə çıxır. Ata-oğul münasibətlərinin qaranlıq guşələri dəlilik və sevgi arasında yellənən taleyin mürəkkəb dünyasına açılır.
Araşdırdıqca qatil oğulun – İsmayılın həyatı səhifə-səhifə açılır qabağımızda. Amma sən demə, İsmayılı da, elə Simurqun özünü də idarə edən biri var. Görəsən, kimdir o?
Sürreal dünyaya qapı açan roman reallığın sərhədlərini zorlayan fantastika ilə oxucunu insan təbiətinin dərinliklərinə çəkir. Oxucu çılğınlıqla həmsərhəd olan ata sevgisini, oğul yükünü, insan şəxsiyyətinin parçalanmış cəhətlərini kəşf etdikcə hər sətirdə itib-batacaq.
Əsl cinayət, yoxsa ağıl oyunu? Bu heyrətamiz hekayədə cavabları tapmaq onları mənalandırmaq qədər vacibdir.
“Səslərin Yaddaşı” ölümün sirrini açan, insan təbiətinin qaranlıq və işıqlı tərəfləri arasında dolaşan, sevginin, incəsənətin və ölümün birləşdiyi hekayədir.

356 pages, Paperback

Published October 2, 2024

1 person want to read

About the author

Murad Ramazanov

3 books2 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (50%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
1 (50%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
1 review
January 28, 2025
Bu roman həqiqətən möhtəşəm idi! Müəllif qarışıq və mürəkkəb bir ideyanı oxucuya çatdırmaqla böyük bir bacarıq nümayiş etdirib. Hekayənin quruluşu və qarışıqlığı sona qədər maraqlı və cəlbedici idi. Mən adətən roman oxumayan biri olaraq, bu kitabı 3 gün ərzində böyük bir həvəslə oxudum və nəticəsini gözləyə bilmədim. Müəllif sonu oxucuya buraxaraq daha da maraqlı bir təcrübə yaratmışdı.

İtaliyadakı səhnələr xüsusilə təsirli idi. Özümü orada yaşamış kimi hiss etdim və bu hissələr məni keçmişə, xatirələrə aparmışdı. Təsvirlər və atmosfer o qədər real və yerində idi ki, hekayənin içində itirdim özümü.

Personajlar, xüsusilə M və L, hekayənin əsasını təşkil edirdi. Onların dinamikası və bir-birini tamamlaması romanı pik həddə çatdırdı. Əgər bu personajlar olmasaydı, hekayə klassik ədəbiyyatdan fərqlənməzdi.

Ümumilikdə, bu roman həm qəlizliyi, həm də emosional dərinliyi ilə məni tamamilə ələ aldı. Müəllif Nobel mükafatına layiqdir! Təqdimatı və yaradıcılığı üçün müəllifə minnətdaram. Mütləq oxumağı tövsiyə edirəm! ❤️🥂
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.