Bu kitabda "Göləqarğısancan" adlı roman, "Cənnətdə terror aksiyası" adlı hekayə və "Xəstə şərqin Rafiq Tağıya dedikləri" adlı şeri toplanıb.Əsərin əsas mövzusu Azərbaycanın üzləşdiyi və çıxmağa heç bir yol qalmayan mənəvi böhrandır.
Aqşin Yenisey (1978, Cəlilabad,Azərbaycan) — Azərbaycanlı yazıçı, şair, publisist. Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının sədridir. Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib[3].
Dörd kitabın — "Unutmaq sözünün şəkli" (2000), "Sizin eradan əvvəl" (2005), "Cənnətdə terror aksiyası" (2010), "147 dənə sən" (2012), həmçinin "Göləqarğısancan" romanının və yüzdən artıq məqalənin müəllifidir.
Kitabları Unutmaq sözünün şəkli, Bakı: 2000. Sizin eradan əvvəl, Bakı: 2005. Cənnətdə terror aksiyası, Bakı: "Qanun" nəşriyyatı, 2009. Yüz qırx yeddi dənə sən, Bakı: 2013. Məbədin sükutu, Bakı: 2013.