Jump to ratings and reviews
Rate this book

Paralel dünyada

Rate this book
Yer planetində artıq həyat yox idi. Ana təbiətin məhvinə gətirib çıxarmış insan əməlləri sivilizasiyaya son qoymuşdu. Uzaq gələcəkdə paralel dünyada yenidən yaranmış Həyat insanların keçmişdəki səhvlərini təkrar etməməsi üçün onların mənfi duyğularını qəlblərindən çıxarıb möhürləmiş, hər birini fərqli istiqamətlərə yönəldərək möhürləri qorumaq üçün krallıqlar yaratmışdı. Sıx meşələrin ayırdığı bu əzəmətli krallıqlar bir-birindən kəskin fərqlənirdi: adaların üstündə yerləşən Lumiya krallığı, güclü küləklərin cövlan etdiyi Eley krallığı, uçurumların üstündə ucalan Eskada krallığı, yaşıl ağacların arasında salınmış Milaros – elfl ər krallığı, soyuq Akara krallığı və odlar diyarı Kanar krallığı...

Möhürlərdən birinin oğurlanması bütün krallıqların taleyini dəyişir. Axtarışlara başlamaq üçün Yuxarı Eleydən olan Kay adlı əsgər seçilir. Bu yolda onun ən yaxın dostu və yol yoldaşı küləkdən yaranmış məsləhətçi Reyn olur... Onları qarşıda nələr gözləyir? Lumiyanın gözəl şahzadəsi Elyanoraya olan hissləri Kaya həqiqətləri açmaqda mane olmayacaq ki?!

228 pages, Hardcover

Published January 1, 2024

Loading...
Loading...

About the author

Aysel Shikhlinskaya

7 books22 followers
Aysel Shikhli was born into a family of writers in Baku in 1994, She began her creative journey at an early age, exploring the realms of drawing and writing fairy tales. In 2020, she embarked on her professional writing career with the publication of "I am Yusif" (Mənəm, Yusif) a story dedicated to the impact of war on human lives, which garnered attention and was later included in the anthology "44 Chapters - Spring Stories in Autumn."

As an illustrator, she also have the privilige of illustrating her own books, crafting covers and illustrations that complement the narratives. This dual role allows her to fully realize her artistic vision and create a cohesive visual experience for readers. The cover and illustrations of her books also belong to Aysel.

In 2022, her debut novel "Wingless Angel" (Qanadsız Mələk) was published by the esteemed "Teas Press" publishing house, achieving notable success and acclaim. This novel delves into the lives of modern young people, focusing on themes of friendship, love, and the impact of family dynamics. It is now set to be published for the fourth edition.

Building on this success, her next book, "A Journey of Dreams" (Arzuların səyahəti) was released in 2023 by "3 alma" publishing house. This collection of stories explores themes of wishes, dreams, and human emotions, with narratives that touch upon the struggles and complexities of life. This book is now set to be published for the second edition.

The short stories "A Journey of Dreams” and "Glow" also sells on Amazon in english as e-book and inspires her journey of reaching a wider audience.

Aysel Shikhli is a member of the Union of Azerbaijani writers since 2023 which is the largest public organization of multi-ethnic writers in Azerbaijan.

In 2024, her story "The Forever Smiling Child," dedicated to people suffering from Angelman syndrome, won 3rd place in the 4th short story competition named after Mir Jalal, held by "Adibin Evi" and received an award.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
12 (60%)
4 stars
4 (20%)
3 stars
3 (15%)
2 stars
1 (5%)
1 star
0 (0%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Murad Cəfərov.
Author 2 books37 followers
March 16, 2025
Paralel dünyanın yaranması, möhürlərin ortaya çıxması və s. məsələlər kitab boyunca axtardığım suallar idi, Aysel xanımla danışarkən bunlara növbəti kitablarda izah veriləcəyini öyrənəndə bir az rahatladım, çünki fantastik kitab belə olsa, dünyası, yaradılışı, qaydaları arasında mütləq ki bir məntiqi əlaqə olmalıdır və bunları oxumaq məni, oxucunu həmin dünyanın real olduğuna inandırır.

Ancaq hekayənin gedişatı, xüsusilə də obrazların fərqliliyi, zənginliyi mənim xoşuma gəldi. Hər obrazın özünəxas xüsusiyyətləri, istər görünüş, istər xarakter baxımdan yaxşı yaradılmışdı. Məsləhətçi ideyası çox qəşəng idi, bir növ Pakemon kartları kimi idi. Anime sevməsəm de, 1-2inə baxmışam və oxuduqca həmin animelər canlandı gözümdə, davranışları, döyüş səhnələri olaraq. Əgər bu tərz sevirsizsə, maraqla oxuyacağınız bir fantastik roman olacaq. İçindəki şəkillər də yazar tərəfindən çəkildiyi üçün bu kitabı daha özəl edir, mən bu şəkilləri çox sevdim. Ancaq ağ-qara şəkillərdənsə, rəngli olmasını istiyərdim.

Hekayənin gedişatı necə olacaq bilmirəm, ancaq ümid edirəm ki, suallarıma cavab tapa biləcəyim, təsvirlərin daha çox olacağı, ilk kitabdakından daha çox macəra dolu bir səyahət və daha yaxşı bir yazı bizi gözləyəcək.
Profile Image for Fidan Suleymali.
1 review5 followers
February 11, 2025
Mən fantastik kitabları çox sevirəm. Məsələn, “Harry Potter”, “Yüzüklerin Efendisi”, “Atuan Mezarları” kimi əsərlər mənim favoritlərim arasında yer alır. Bir azərbaycanlı olaraq, ölkəmizdə belə bir manga və fantastik janrda kitabın ortaya çıxması məni həqiqətən çox sevindirdi. Yazıçımız Aysel, dostum olmasına baxmayaraq, tənqidlərimi dürüst şəkildə etməyi və kitabın güclü tərəflərini də şəffaf şəkildə göstərməyi məqsədim olaraq qoyuram.
——Kitaba keçsək, ilk olaraq şəkillər və üz qabığı dizaynları tamamilə yazara aiddir və bunu demədən keçə bilmərəm; həqiqətən möhtəşəm alınıb! Xüsusən də ilk səhifədəki xarakter çəkilişlərinin olması, məncə kitabın atmosferinə böyük bir qatqı təmin edib. Aysel'in təsvirləri sayəsində, xarakterləri yaddaşımda saxlamaq daha asan oldu. Xarici adları əzbərləmək mənim üçün hər zaman çətin olmuşdur, amma çəkilişlər sayəsində bu çətinlik aradan qalxır.
——Xarakterlərdən danışmaq lazımdırsa, hər birinin özünəməxsus bir qoruyucusu var və bu qoruyucular hər kəsdə olmur, yalnız seçilmiş şəxslərdə yerləşir. Bu güclərin mövcud olduğu krallıqlarda, beş krallığın arasında Eley krallığında fırtına çıxır və bu sayədə yuxarıdakı insanlar aşağıya sığınır, yuxarıdakı krallıq isə yox olur.Bacısını tapmağı ağlına qoyan Kay kitabın baş obrazının hekayəsi də burada başlayır.
Ən sevmədiyim xarakterlərdən biri Luminya Krallığının şahzadəsidir. İlk başda yaxşı kimi görünsə də, irəliləyən hissələrdə bu xarakterin fərqli tərəflərini kəşf etmək mümkün ola bilər. Kitabın ən diqqətəlayiq xüsusiyyətlərindən biri hər bir xarakterə göstərilən öyəndir. Həm şəkillərdə, həm də xarakterlərin həyatlarına dair detallarda böyük bir diqqət və titizlik mövcuddur. Bu, kitabın gücünü artıran bir elementdir.
Məncə, oxuyun və başqalarına da oxudun.
Profile Image for Xədicə.
47 reviews
May 8, 2025
Çox əla kitab idi. Həm mövzu həm də obrazları baxımından çox axıcı və maraqlı kitab idi. Seriyanın davamını səbirsizliklə gözləyirəm. İllustrasiyalar isə tamam başqa aləm idi!!!! Fantezi janrı mənə görə cəmiyyətdə insanların kreativ tərəfini bəsləyən bir janrdır. Kiçikdən böyüyə hər kəs bu janrdan nümunələr oxumalı və düşüncənin, xəyal qurmağın necə öyrənmək üçün güclü bir vasitə olduğunu başa düşməlidir.
Profile Image for badreader.
15 reviews4 followers
February 11, 2025
🧝🏽‍♀️Aysel Şıxlının öncəki romanı “Qanadsız mələy”i yeni-yeni çıxan vaxtı oxumuş və onun sadə, gözyormayan qələmi ilə tanış olmuş, sevmişdim. Müəllifin neçə vaxtdır öz üzərində işlədiyini, özünü daim inkişafa meyl etməyini görürdüm. Və bu hal, yəni yerli yazıçıların hazırkı bilikləri ilə kifayətlənməyib özünü təkmilləşdirməklərini görəndə yerli müəllif adına çox sevinirəm. Aysel də özünü doğrultdu və mən də onun son çıxan, əmək qoxan kitabını mütaliə etdim.

🧝🏽‍♀️”Paralel dünyada” seriyası 4 kitabdan ibarətdir və ümid edirəm ki, digər 3 kitab bizi çox darıxdırmayacaq.

🧝🏽‍♀️Ümumiyyətlə fentezi janrına müraciət edən deyiləm, ancaq oxu zamanı zövq alıram. Bu kitabda da elə oldu, zövq aldım, əyləndim. Yeni, fərqli dünya ilə tanış olmaq – mənim üçün müəllifin xəyal dünyası və nə qədər zənginliyi ilə tanış olmaq deməkdir. Və mən bu dünyada özümü meşədə hadisələri seyr edən ağac yerinə qoydum, ortada gedən qırğını izlədim.

🧝🏽‍♀️Əsər məni bir az uşaqlığıma, sehirli dünyaya daha çox maraq göstərdiyim yaşlara apardı. Təbiəti sevən biri olaraq, burada sehirli güclər üçün təbiət ünsürlərdən istifadə olunması mənə xoş gəldi.

🧝🏽‍♀️ Bir məyusluğum o oldu ki, (bu ümumiyyətlə, müasir gənc yazıçılarda müşahidə olunur) hər nə qədər adlar müəllifin ixtiyarına buraxılsa da, çox istəyərdim ki, yerli adlardan istifadə olunsun, istər krallıq adlarında, istərsə də insan adlarında. Fentezi janrında yerli ədəbiyyatda daha çox türk (xüsusilə də, Azərbaycan türkü) mifolgiyasına müraciət edilsin, oradakı obrazlardan ilhamlanılsın. Çünki türk mifologiyası ilə bağlı mənbələr olduqca azdır, biz də bu az mənbələrdən istifadə edərək həm mifoloji obrazları tanıtmış, həm də yeni əfsanələr törədə bilərik. (Məsələn, mən bu yaxınlarda öyrəndim ki, mənim adımda Azərbaycan türkü mifologiyasında ilk yaradılış tanrıçası var imiş).

🧝🏽‍♀️ Bir az yaşadığımız dünyadan qaçmaq üçün “Paralel dünyada” bir neçə saat vaxt keçirə bilərsiniz.

🧚🏼‍♀️ @ayselshikhli , sənə yaradıcılığında uğurlar arzulayıram✨
Profile Image for Tarlan A. Latif.
238 reviews31 followers
February 11, 2025
Bilmirəm uzun müddətdir oxumadığım janra qayıtmağın verdiyi həzzdən danışım, bilmirəm Azərbaycan ədəbiyyatının belə gözəl əsərlə zənginləşməsindən duyduğum sevincdən danışım?

Əsər tam da `sanki nəsə yenilik, fərqlilik lazımdır` deyə kitab rəfinə baxıb içdən-içə yenilik axtardığınız zaman sizi tətmin edən, sizi paralel dünyaya aparacaq, mütaliə zamanı gah qəzəb, gah kədər, gah sevinc, gah da həyəcan burulğanına düşəcəyiniz- fentezi janrında qələmə alınmış, hər bir obrazın detallı illustrasiyası olan kitabdır!

O qədər qürur duyuram müəllif ilə, qorxmadan bu qədər fərqli və toxunulmamış janrda əsər ərsəyə gətirdiyi üçün! Həmçinin eyni zamanda, növbəti üç kitab üçün həyəcan duyuram.

Obrazların say çoxluğu, müxtəlifliyi, daxili və zahiri dünyasının rəngarəngliyi sizi də paralel dünyanın bir vətəndaşı edəcək! Siz doğmalıq hissi ilə bəzən özünüzü Eleydən sayacaqsınız, içinizdə yaranan qorxu sizi Akaraya aparacaq. Krallıqlar rəngləri və möhürlərini demək olar ki təbiət elementlərindən alıb və hər biri özündə onun xüsusiyyətlərini daşıyır.

Təbiətdən əsas alan krallıqlar bizdən də elementlər daşıyır. Hər bir obraz bizdən izlər daşıyır. Hər bir obrazın taleyi sizi intizarda saxlayır. Aysel qələmindən lap Şəhriyarı intizarda saxlayan Şəhrizad məharəti ilə istifadə edib.

Tezliklə ikinci hissənin rəyində görüşmək ümidilə!
Profile Image for Nərmin.
666 reviews172 followers
March 17, 2025
Azərbaycan ədəbiyyatına yenilik gətirmiş bu kitabı alqışlayıram. Maraqlı dizaynı, asan oxunuşu ilə uşaqdan böyüyə hər kəsin bəyənəcəyi bir kitabdır. Obrazların dizaynı, maraqlı xüsuiyyətləri və əyləncəli söhbətləri kitaba komiks havası verir. Əsərin dünyası geniş və rəngarəngdir və digər kitablarda daha da geniş açılmasını ümid edirəm. Hadisələr maraqlı irəliləyir, kaş ki, bütün kitablar artıq əlimdə olardı. Tərs köşələri bəyəndim və ikinci kitabdan gözləntilərim böyükdür!
Profile Image for Parvin Ismayilov.
10 reviews
April 2, 2025
Əsəri sadəcə bir söz birləşməsiylə ifadə edəcəm: aşırı bəsit bir Winx Club!
Personajlar və sujet o qədər şablondur ki, bir oxucu kimi, onlarla heç cür emosional bağ qura bilmədim. Əsəri, olduqca gözoxşayan tərtibat və möhtəşəm cild belə, bunlar bir yana dursun, Xan Abdulla kimi redaktor belə xilas edə bilməyib.
İstənilən halda müəllifə bol uğurlar arzulayıram.
Displaying 1 - 8 of 8 reviews