Jump to ratings and reviews
Rate this book

On bir gecə

Rate this book
İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.

Unknown Binding

First published February 4, 2014

10 people want to read

About the author

Rasim Qaraca

15 books10 followers
Rasim Qaraca 18 fevral 1960-cı ildə Əli Bayramlı şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "BACA" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib. 1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildən Bakıda yaşayır. 2002-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb. 2004-cü ildən "Alatoran" müstəqil jurnal kimi yayınlanmağa başlayıb.

Azərbaycanda ilk dəfə müstəqil yazıçı təşkilatının, ilk dəfə müstəqil ədəbiyyat jurnalının və Azərbaycan dilində ilk ədəbiyyat saytının (http://alatoran.org) yaradıcılarından biridir. Ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində fəaliyyətləri var. Hekayə, şeir və tənqidi məqalələr yazır, tərcümə ilə məşğul olur. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
5 (21%)
4 stars
9 (39%)
3 stars
8 (34%)
2 stars
1 (4%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Fikrat.
39 reviews4 followers
April 25, 2017
Uzun müddət dünya ədəbiyyatını oxuyan və oxuduqca da çağdaş Azərbaycan ədəbiyyatından uzaq düşən sadə bir oxucu kimi “On Bir Gecə” kitabını oxumağım məni yenidən öz yazıçılarımızın yaradıcılığına baş vurmağa səslədi. İstər sadə nəql şəklində qəhrəmanların səmimi hekayələri üzərində qurulan əsas hissə olsun, istərsə də daha dərin və fəlsəfi çalarlarla yazıçının şəxsi düşüncələrini əks etdirən əlavə hissə olsun, bütün bunlar birlikdə yazıçını yaxşı mənada kəşf etməyimə şərait yaratdı. Hekayələr toplusundan ibarət olsa da, əslində roman sayıla biləcək bu əsərdə hiss etdiyim ədəbi tərz isə nə qədər sevinc gətirsə də, müəllifin nəsr sahəsində hələlik böyük həcmdə işlər görmədiyi bir o qədər təəsüf doğurdu. Bu səbəbdən Rasim Qaracadan yeni əsərlər gözləyir və yaradıcılığında uğurlar arzulayıram.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.