Qaraqan bu kitabı yazdığı ən ağır əsər hesab edir. Ümumilikdə "İkinci Addım" bir ildən çox vaxt aldı. Uzaq səyahətlər, məbədlər, qədim əlyazmalar və elmin sonuncu nailiyyətləri bu kitabda cəmləşdi. "Birinci Addım" praktik həyat reallıqları və uğurdan, iqtisadiyyat və məntiqdən bəhs edirdisə, "İkinci Addım"da biz dərin və fəlsəfi bir dünyaya enəcəyik. Biz kimik, Bura niyə gəlmişik və hara gedirik?
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım. Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.
2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.
Hələ də düşünürəm bu kitabı,içində yazılanları,heyatımı çox altüst etdi bütün məqsədlərim inandıqlarım hələ də sorğulanır və hələ də heç bir cavabım yoxdu,sanki iki daöın arasındakı körpüdə kimiyəm və hansı tərəfə gedəcəyimi bilmirəm,bir sözlə möhtəşəm.
Çox ağır psixoloji kitabdı. Ona görə gec oxudum bitirdim bu kitabı. Amma oxuyandan sonra həyata baxışım tam dəyişib demək olar ki. Kitabda yazılan faktlar məni çox dərin bir quyunun içinə saldı indi ordan çıxmağa çalışıram.
İnformativ bir kitabdır, dünya görüşünü artıran. Kitab əsasən din, müxtəlif inanclar və onların necə yaranmasından bəhs edir. Düzü bu artıq Qaraqanın 2ci kitabı idiki oxumuş oldum(yazarla tanışlığım 1ci addımla başlandı) və deyə bilərəm ki çox qəribə bir hisslər keçirirdim hər səifə çevirdikcə. Onu qeyd edim ki mən çox dinə bağlı və namaz qılan bir insanİDİM bu kitabı oxumayana qədər. Və bu kitabda xeyli maraqlı və düşündürücü suallar ortaya qaldırılır: dinlər necə yaranıb, inanclarımız nədən qaynaqlanır və sair kimi mövzular. Kitabı oxuduqca eləcə istəyirdim ki bircə islam haqda mənfi bir şey olmasın, çünki mən tam əmin idim ki İslam ideal bir dindir, ancaq buradada bəzi uyğunsuzluqlara rast gəldim və dini inamım ölməyə başlandı, qıldığım namaz mənə mənasız gəlməyə başladı. Mən internetdə araşdırmağa başladım ki bəlkə Qaraqan nədəsə səhv edib ya yalandan özündən uydurub, ancaq elə bir nöqsan tapa bilmədim kitabda. Nəyə inanmaq lazımdır? Bir çox suallar məni hələdə narahat edir. Mənim rəyimdən elə biləcəksiz ki bu kitab adamı dindən uzaqlaşdırır, XEYİR. Əslində mən sevinirəm ki bu kitabı alıb oxumuşam və fikrimcə bu kitabı, hər kəs özünü hazır hiss etdikdə, mütləq oxusun. İmanınızı sınağa çəkin. Bu sınaqdan keçib və ya kəsilmək alınmayacaq. Sadəcə həqiqəti sizin üzünüzə çırpacaq və bu həqiqətləri siz necə qəbul edəcəyinizi siz özünüz qərar verirsiniz.
Üz qabığının rəngi kimi qara bir çuxura salır insanı bu kitab. Elə bir çuxur ki, nə burdan çıxa bilirsən, nə də içində yaşamağı qəbul edə bilirsən. Kitab ilk səhifələrindən məni dərinliklərə doğru apardı. Bir də o vaxt ayıldım ki, inandığım həqiqətlərlə aramda sonu görünməz bir uçurum var. Əgər ömür boyu inandığınız gerçəklikləri sorğulamağa, yaşadığınız dünyanı dərk etməyə hazır deyilsinizsə, iradəniz öyrənəcəklərini daşıya bilməyəcək qədər zəifdirsə, “İkinci Addım” üzünüzə vurulan sərt və soyuq şillədən fərqlənməyəcək. Bu zərbədən sonra isə bir daha əvvəlki kimi ola bilməyəcəksiz.
15 yaşlı normal düşüncə sahibi olan birisinin oxuya biləcəyi məsləhətli trilogiya. Yaşım artdıqca, tam vaxtında oxuduğumu düşünürəm. Oxuduğum zaman verdiyim dəyərləndirmə 5 ulduz olduğu üçün, elə 5 ulduz verirəm.
Ay camaat burda kitab oxumaq olmur. men de bayaqdan axtariram help yerinde yazilib ki burda kitab Oxumaq olmur meslehetler vere bilerik ancaq deyirler 🤦🤦 axtarmayin silin getsin programi 😑