Jump to ratings and reviews
Rate this book

Romanabənzər #2

Sehrbazlar Dərəsi

Rate this book
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edənmistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.

224 pages, Kindle Edition

First published January 1, 2006

1 person is currently reading
17 people want to read

About the author

Kamal Abdulla

37 books6 followers
Kamal Abdulla — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri.

4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( Rusiya, Türkiyə, Polşa, Fransa, Almaniya, ABŞ) “ümumi dilçilik”, “mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır. Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur.

Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983) (“Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”), “Azərbaycan dili sintaksisin nəzəri problemləri” (Bakı, Maarif, 1999), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Azərbaycanda rus dili”, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq” (Paris 2008 və Buxarest 2010) kimi kitabları var.

Ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair “Müəllif – əsər – oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl – axır yazılanlar” (Bakı, Yazıçı 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.

Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), “Mifdən Yazıya – Gizli Dədə Qorqud” adlı kitablar yazıb nəşr etdirmişdir.

“Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.

“Русский язык в Азербайджане” (Баку, Мутарджим, 2005) (“Rus dili Azərbaycanda”) adlı kitabı (prof. İ.Həmidovla birlikdə) rus dilinin Azərbaycanda işlənmə tarixindən, müasir vəziyyətindən, perspektivlərindən bəhs edir.

ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri, Almaniya (Mayns Universiteti), Rusiya (Linqvistik Universitet, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti, Ege Universiteti...), Polşa (Varşava Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olmuşdur.

200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Bədii yaradıcılıqla məşğul olur – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur: “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara), “Все мои печали» (Ваку-Мутарджим-2009) və s.

O, “Gümüş dövrün sirləri” tərcümələr toplusunun müəllifidir (Bakı, Mütərcim, 2001). “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995) adlı pyeslər kitabında 5 pyesi toplanıb. “Ruh” (Bakı, Azərnəşr, 1997), “Все мои печали» (Ваку-Мутарджим-2009) pyeslər kitabında 7 pyesi çap olunub. Kitab Türkiyədə də “Ruh” adı ilə nəşr edilmişdir (Ankara, Basınevi, 2006).

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
8 (30%)
4 stars
10 (38%)
3 stars
7 (26%)
2 stars
1 (3%)
1 star
0 (0%)
Displaying 1 - 6 of 6 reviews
Profile Image for Sabuhi.
119 reviews2 followers
January 6, 2026
“Tale özü gedəni aparır, tərslik edəni sürükləyir”.

Karvanbaşı bir ömür onu düşündürən suallarına cavab tapmaq üçün Sehrbazlar dərəsindən Səyyah sehrbazın köməyilə cəlladbaşı olmuş atasının ruhunu çağırtdırır. Sehrbaz da sufi Ağ dərvişin mürididir.

Maraqlıdı, oxunaqlıdı. Yazı dili də fərqlidi.

“Allahın sirdaşı, Allaha yetişmək, onun içində ərimək anından əvvəlki ən sonuncu nəfəs dərib gözləmə məqamıdır. Ən sonuncu məqamdır”.
Profile Image for Namig Karimov.
5 reviews
March 8, 2022
Dili çox gözəldir amma ümumi fikri anlamaqda çətinlik çəkdim. Şam işığında və soyuq havada oxumağınız tövsiyə olunur.
Profile Image for Fərman Həmid.
16 reviews1 follower
October 27, 2015
Müəllifin bundan əvvəl "Yarımçıq əlyazma" əsərini oxumuşdum. Məncə, "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox" triologiyası son dövr Azərbaycan ədəbiyyatına daxil olan ən yaxşı əsərləri özündə birləşdirir.
"Sehrbazlar dərəsi" - mifik qatlarla zəngindir, günahkar və günahsız insan mövzusu əsərin ortasından qırmızı xətt kimi keçir,"günahsızlar günahı görünməyən günahlılardı." deyir hətta müəllif bir yerdə. Əsərin kulminasiya nöqtəsi Karvanbaşı ilə Ruhun dioloqu hissəsidir. Əsərin Ağ Dərvişlə onun rəqibinin (əvvəlki dost, sonrakı düşməni) dioloqu hissəsi də olduqca maraqlıdır.
Profile Image for Javid Jafarov.
Author 4 books12 followers
March 20, 2019
Bütün mütaliəsevərlər, xüsusilə orta əsrlər sosial tarix məsələləri ilə maraqlananlar üçün dəyərli bir əsərdir.
Profile Image for Marta.
44 reviews
September 18, 2023
Davvero una bella scoperta!! Un libro carico di riflessioni, di saggezza e per alcuni aspetti molto moderno
Displaying 1 - 6 of 6 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.