Jump to ratings and reviews
Rate this book

Söyüdlü arx

Rate this book

Unknown Binding

6 people are currently reading
62 people want to read

About the author

İlyas Əfəndiyev

46 books18 followers
Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979).
Həyatı[redaktə]


Poçt markası (1997).
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.
Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, "səs hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar".

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll ed

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
57 (50%)
4 stars
41 (36%)
3 stars
13 (11%)
2 stars
1 (<1%)
1 star
0 (0%)
Displaying 1 - 10 of 10 reviews
Profile Image for Aydan Abas.
37 reviews16 followers
December 20, 2020
Orta məktəb tələbəsi ikən sadəcə qısa məzmununu oxumaqla kifayətləndiyim İlyas Əfəndiyevin "Söyüdlü Arx" romanını illər sonra ən birinci sözündən axırıncı səhifəsinə qədər nəfəsimi tutaraq oxuduqdan sonra düşündüm ki, zamanında oxumamaqla həm romana, həm də özümə haqsızlıq etmişəmmiş. Hazırda təəssüratlarım çox təravətli, emosiyalarım isə çox təzədir.
Düzünü desəm 1958-ci ildə yazılmış bu romana hələ də kino çəkilməməsi məni məyus edir. Kaş ki, kinoşünas olsaydım da, ssenarini özüm yazıb hazırlasaydım deyə düşündüm hər səhifəni oxuduqca. "Söyüdlü Arx" əsəri teatr institutunun tələbəsi gənc Nuriyyənin Güney qışlağına təyinatı zamanı başına gələn əhvalatlardan bəhs edir. İlyas Əfəndiyev bir yazıçı olaraq hadisələri o qədər canlı, personajları o qədər real təsvir edir ki, oxuduqca hadisələr sanki öz başıma gəlmiş kimi hiss edirdim. Həyat eşqiylə yanıb-alışan Nuriyyə mədəniyyət və incəsənətin simvolu kimi göstərilmişdir. O öz insani keyfiyyətləri və sənətə, o cümlədən maarifçiliyə olan bağlılığıyla kənd həyatına yeni bir nəfəs gətirmişdi sanki. Doğrudan da incəsənət ruhun qidası deyilmi?
Yazıçı kənd həyatı, əmək və zəhmətin gücünü, birliyi və birlikdəliyi elə sadə və real şəkildə təsvir edə bilir ki, təsirlənməmək qeyri-mümkünə çevrilir. Əsəri bir günə bitirmək mümkün olsa da kitabı dadlı bir dessert kimi az-az, ləzzətini duya-duya bir həftəyə sığdırmaq istədim. Hətta bəzən Nuriyyənin daxili monoloqlarını təkrar-təkrar oxuyaraq qəhrəmanın nə hisslər keçirdiyini dərindən anlamağa çalışdığımı da gizlətməyəcəm. Ah Nuriyyə, Nuriyyə! sən həqiqətən də özünün də qeyd etdiyin kimi insanların qəlbinə, ruhuna nüfuz etməyi bacarmışdın...

📌Janr: Klassik
Profile Image for Moon Stream.
271 reviews84 followers
March 9, 2019
Qəlbimdə iz buraxan nadir əsərlərdən biri❤
Profile Image for Shams Bayramli.
20 reviews2 followers
August 24, 2023
Verdiyi hisslər o qədər gözəl idi ki.Sanki Nuriyyə mənəm,yazıçı hissləri çox gözəl ifadə edib,özümü kitabın içində bir obraz kimi xəyal etdim
Profile Image for Fariida.M.
12 reviews8 followers
January 30, 2021
İlyas Əfəndiyevin "Söyüdlü arx" əsəri ədəbiyyatımızın nadir incilərindən birinə çevrildi mənim üçün. Qarabağın təsviri, həmən söyüdlü arx, qurbağaların simfoniyası bir-bir gözümün qabağından keçdi. Qəhrəmanımız Nuriyyə ətrafındakıların ürəyini ələ alaraq hamının sevimlisinə çevrilmiş, ürəyini qıfıllamaqla isə onu düşmən olaraq sayana belə ən yaxın dost olmuşdur.
Beləliklə, əsər məndə nakam məhəbbətin xoş və əziz xatirələrə çevrilməsi ilə həyatın medalyon şəklində; bir üzü sevinc, digəri kədərdən ibarət olduğu hissini verdi.
Profile Image for Gunay Huseynova.
35 reviews3 followers
January 21, 2021
Oxuyarkən mən də Güney qışlağın bir sakini olub, Söyüdlü Arxın yanından keçərkən qurbağaların səsini eşidib,Mədəniyyət evində Nuriyyənin,Nazxanımın,Qulunun,İmi ilə Ciminin tamaşalarına baxıb,Nuriyyənin heç kimə deməyib qəlbində saxladığı kədərinə ortaq oldum🖤
Profile Image for Fuad Karimli.
122 reviews11 followers
June 6, 2023
İlyas Əfəndiyevin oxuduğum ilk kitabıdır. Çox bəyənməsəm də, başqa kitablarını da oxuyacağımı düşünürəm.

Kitabda Azərbaycanın mühafizəkar kənd həyatının çətinliklərini, həmçinin də qonaqpərvərlik və istiqanlılığını yazıçı ustalıqla əks etdirib. Kitabda ən çox bəyəndiyim şey təbiətin təsviri idi - bu cəhəti Aytmatovun əsərlərini xatırladır, amma təəsüf ki onun kitabları qədər təsir edici deyildi.

Süjetin maraqlı olmağına baxmayaraq, yazıçı bəzi personajların yaşadığı hissləri səthi ifadə edir. Həmçinin Nuriyyənin kitabın sonunda taleyi ilə barışıb, sevmədiyi biri ilə evlənməyi məni məyus etdi. Bəlkə də, sonu belə olmasaydı daha çox bəyənərdim kitabı.

Söyüdlü Arxın ən çox bəyəndiyim tərəfi Azərbaycan həyatının özünə aid adət ənənələrini olduğu kimi əks etdirib, bunları kommunist təbliğatı ilə basdırmağı sadəcə bir personaj tərəfindən çox hiss edilməyən tərzdə olması idi. Bu təbii ki kitabın De-stalinizasiya ərəfəsində yazılmasına görədir. Kitabın bu cəhəti süjeti tamamilə kommunist təbliğatı olan əvvəlki əsərlərdən (Cəfər Cabbarlı) böyük ziddiyət göstərir, və məndə Azərbaycan ədəbiyyatına olan marağımı artırdı.
Profile Image for Aysel İbrahimova.
210 reviews14 followers
April 23, 2025
Niyə bilmirəm, əsəri çox da bəyənməyəcəyimi düşünürdüm. Müəllifin ilk romanıdır, əslində oxuyanda - cümlələrin sadəliyindən və Nuriyənin iç dünyasına aid düşüncələrinin bəzən özünü təkrarlamasından anlamaq olur. Amma! Əsər o qədər səmimi yazılıb ki, oxuyanda özünü o insanların arasında hiss edirsən. Nuriyənin hekayəsinin belə bitməsi məni kədərləndirdi, əslində onun üçün elə də pis sonluq deyildi, amma eşqi bir başqasında tapmasını çox istəyərdim. Qaldı ki Murada, o Nuriyənin sevgisinə layiq deyildi heç, Nuriyəni arxada qoyub "istəyərək" başqasıyla evlənib sonra mübahisə olan kimi Nuriyəni axtarması sevgi deyildi, sonda bunu daha yaxşı başa düşürük.

Bundan başqa, sovet təsiri ilə yazılsa da, insan əməyinin rolu və zəhmətkeşliyin təbliği gözəl işlənmişdi, oxuyanda zövq aldım.
Profile Image for Muzhgan M. Aliyeva.
23 reviews2 followers
March 17, 2023
"Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər, mən olmasaydım, bu gözəl gecə nə itirərdi?"

Bu roman milli ədəbiyyatımızın incilərindəndir. Sujet xətti elə ustalıqla qurulub ki... İlyas Əfəndiyevin əsərlərinin zirvəsidir deyərdim!

Profile Image for Zeynalabdin Taghiyev.
2 reviews1 follower
August 25, 2021
SSRİ-nin ən inkişaf etmiş dövründə Azərbaycanın ucqar kəndində yaşananlar, sevgi hekayəsi və bir çox məişət mövzusu təsvir edilib. Oxucunu sıxmır, darıxdırmır.
Displaying 1 - 10 of 10 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.