Jump to ratings and reviews
Rate this book

Xortdanın cəhənnəm məktubları

Rate this book
XX əsr Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) "Cəhənnəm məktubları" əsərinin ilk variantını 1907-ci ildə "Xortdan" imzası ilə "Molla Nəsrəddin" jurnalının bir sıra nömrələrində çap etdirmişdir. İnqilabdan sonra isə müəllif, əsəri yenidən işləyib "Odabaşının hekayəsi" povestini ora əlavə etmişdir. "Xortdanın cəhənnəm məktubları" 1930-cu ildə ilk dəfə kitab şəklində çap olunmuşdur.

Mövhümat və cəhalət qalıqlarının tənqidinə həsr olunmuş bu kitabı oxuyarkən geçmiş Azərbaycan bəyləri, mülkədarları, tacirləri, pristavları, axundları, mollaları, qoçuları və başqa istismarçıları sizin gözləriniz qarşısında canlanacaqdır.

144 pages, Unknown Binding

First published January 1, 1930

2 people are currently reading
31 people want to read

About the author

Əbdürrəhim bəy Haqverdiyev

17 books8 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
13 (48%)
4 stars
12 (44%)
3 stars
2 (7%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Fikrat.
39 reviews4 followers
September 3, 2017
"Xortdanın cəhənnəm məktubları" nəinki öz dövründəki çatışmazlıqları qabardır, eyni zamanda daha dərin fəlsəfi məqamlara toxunaraq insanı bir daha düşünməyə sövq edir. Fərqli janrlarda yazılmış olsalar da, oxuyarkən istər-istəməz M.Bulqakovun "Master və Marqarita" romanını xatırlamalı olurdum. Üslüb baxımından əlbəttə ki, "Molla Nəsrəddin" xəttini görmək mümkündü. Lakin Sovet ideoloji güzəştsizliyinin təbii olaraq Haqverdiyevin də yaradıcılığından da yan keçmədiyini nəzərə alsaq bu əsərin nə dərəcədə vicdanla yazıldığını deməkdə çətinlik çəkirəm. Sonda II Nikolayın devrilməsi, fəhlə sinfinin qalib gəlməsi və qırmızı bayraqların evlərin üzərində oynamasınının vurğulanması şübhəsiz, fikirlərimi bir daha isbat edir. Bütün bunlarla yanaşı mövhumat və cəhalətdən hələ də xilas ola bilmədiyimiz bir vaxtda bu povesti təsirli hesab edirəm. Yalnız yeganə barışa bilmədiyim məqam sonuncu həkayətlə -"Odabaşının hekayəsi" ilə bağıdır ki, mənim nəzərimdə bu incə detal əvvəldən qurduğum ab-havanı tamamilə korlanmasına səbəb oldu. Əsər boyu bütün hadisələrə nə qədər bədiilik qatılsa da, ümumilikdə öz mahiyyətini itirməyib, çərçivəsini aşmır; axırıncı həkayətdə isə ifrat məhəbbətdən bəhs edilməsi və bu məhəbbət hər nə qədər cəhalətin yaratdığı fəsadları daha yaxşı göstərməyə xidmət etsə də, bir qədər uyğunsuz təsir bağışladı.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.