🧶 “Balaca Şahzadə” əsəri kimi fəlsəfi və dərinliyi olan bu kitabın da hər yaşa xitab etdiyi düşünürəm. Daha çox valideyn və övladların oxucusu olan bu kitabda sahil kənarında yaşayan Zakarina və Qum canavarı ilə birlikdə “düşüncə macəralarından” bəhs olunur. Zakarina uşaq olduğu üçün bəzən ana-atasının davranış və söhbətlərindən sıxılır, Qum canavarı ilə vaxt keçirir. Zakarina evdən kədərli, əsəbi, ya da narahat halda qaçar, ancaq Qum canavarı onun narahatlığı yoxa çıxarar, beynində yeni lampa yandırar, Zakarina da evə yeni düşüncə, ağılla qayıdar…
🧶 Əsərdə bəyəndiyim ən gözəl nüans – Zakarinanın valideynlərinin davranışıdır. Düzdür, onların digər böyüklərtək bəzən Zakarinanı anlamadığı, qulaq asmadığı vaxtlar da olur. Buna baxmayaraq qızlarını anlamağa çalışır, Zakarina yeni nəsə kəşf etdikdə qulaq asır, dinləyirlər. Zakarinadan onun fikirkərini soruşurlar. Məncə, bu davranış uşağın inkişafında sərbəstlik, özünəinam, açıq danışmaq və bu kimi bacarıqlar baxımdan böyük təsirdir…
🧶 Bəzən böyüklər qətiliklə uşaqlara bəzi mövzuları (məsələ, ölüm barədə) deməməli olduğunu söyləyirlər. Ancaq mənə elə gəlir ki, bu mümkün deyil. Çünki uşaqlar hər şeylə maraqlanmağa və öyrənməyə meyilli olduqlarından hər mövzudan sual verirlər. Və sualları cavabsız qoymaqdansa, uşağa uyğun təhərdə cavab verməyin yolu var. Bu kitab da bir növ cavablar kitabıdır, hansı ki, valideynlərə kömək olar…
🧵– Həqiqət, – o dedi. – O çox böyük və qəribə bir yerdir. Orada hər şey baş verir…