Mən romantik əsərləri oldum olası sevə bilməmişəm. Ya ruhuma yaxın hiss etmirəm, ya da hadisələr çox dramatikləşdirilmiş kimi gəlir mənə.
Jojo Moyes daha əvvəl oxumamışdım, amma ətrafımdakı bir çox fərqli insanın post’lrından görürdüm. Nə yalan deyim, kitabları əsasında çəkilmiş filmləri də izləməmişəm.
Kitaba gəlsək, 2saat ərzində oxuyub bitirdim. İlk dəfə idi ki, Stefan Zweig və Halil Cibran qədər axıcı bir yazıçıya rast gəldim. Necə baş verir bilmirsən, amma özünü səhifələri sürətlə çevirəndə tapırsan.
Məncə Jojo’nun hekayəni danışma qabiliyyəti, onu qısa bir kitaba sığışdırmağı çox yaxşıdı, amma yenidən alıb oxuyarammı? Əmin deyiləm.
Jojo Moyes, mənim öz dilimdə “çərəz” deyə adlandırdığım, ağır kitablardan sonra vərdiş itməsin deyə sırf istirahət məqsədi ilə, yorulmamaq üçün oxuduğum yazıçılar siyahısına əlavə olundu.
Amma hələ ki, 1 kitabını oxumuşam, fikrimin dəyişmə ehtimalını da nəzərə alıram.
Sizə xoş mütaliələr!