Jump to ratings and reviews
Rate this book

Çöl

Rate this book
“Çöl” romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Unudulmaqda olan bəzi qədim türk sözlərinin yeni təfəkkür məxrəci ilə üzə çıxması və onun yenidən dirilməsi anı əsərin əsas ideyasıdır. Doğrudan da adam inanır ki, at çöllərin “A” hərifidir. Və doğrudan da at çölləri oxuya bilir. Çöllərin genişliyi insan təfəkkürünün böyüklüyüdür. Əşyalarla, sözə qədərki səslə ifadə olunan məna mətnləri yazıçının əsas uğurudur. Əsər müyyən bir dövrü ifadə etmir, insanı göstərir. İnsan nə vaxt doğulmuşdur, fərqi yox, doğulmuş və doğulacaq insanın anlayışı, keçmiş və müasir dünya elementləri ilə mayalanmış beyin rüşeyimləri bədii əsərin tədqiqat obyektidir. Bu insan sevgidən də keçir, müharibədən də. Bu insan Şərq və Qərb sivilizasiyalarının qarşıdurmasından və həm də birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orijinal şəkillərlə ifadə edir. Əsərdə həyatın və cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı və daşıyıcısı və həm də bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir.

Unknown Binding

Published January 1, 2010

Loading...
Loading...

About the author

Kəramət Böyükçöl

6 books8 followers
Qəşəmzadə Kəramət Nəcəf oğlu (Kəramət Böyükçöl) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Metafora" ədəbiyyat dərnəyinin rəhbəri.

Kəramət Böyükçöl 1987-ci ildə İmişli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hazırda həmin universitetin “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasında çalışır. 2010-cu ildə “Çöl” romanı işıq üzü görüb. Çağdaş ədəbiyyatımızın ən qalmaqallı yazarlarındandır.

Azərbaycan şairi və publisisti Qəşəm Nəcəfzadənin oğludur.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
1 (9%)
3 stars
3 (27%)
2 stars
6 (54%)
1 star
1 (9%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Nizami Alisoy.
178 reviews16 followers
March 8, 2021
Çox qarmaqarışıq romandı. Anlamıram ki, niyə müəllif rayon həyatına, ləhçəyə bu qədər önəm verir. Ardıcıllıq qəribədir, süjeti heç çatmadı mənə.
1 review
May 10, 2026
Romanın ən maraqlı tərəfi kəndlilərin təsviridir. Yazıçı bu qədər vaxt və mürəkkəb sərf etdiyi xarakterlərdə təsadüfən də olsa insanlıq, həyat, məna tapmayıb. Kəndlilər əsərin başından sonuna qədər kibirli və lağ-lağı gözlə təsvir olunur, karikaturadan məzun ola bilmir.

Yazıçının ədəbiyyat anlayışı romanın bəzi bölümlərində ucuz metaforaları uzatmaqdır. Aydındır ki, roman, emosional təsir yükünü bu metaforaların daşımasını gözləyir. Təəssüf ki, nə romanın karqosu var, nə də metaforaların torku. Roman üçün bir metafora da məndən: təsəvvür edin, bir konduktor dayanıb təkərsiz, cındır günündə 07-nin qabağında, "Parijə manatdan!" deyə qışqırır.

Kitabın oxucuya təqdim etdiyi ən çətin sual: bu kitab niyə 15 manatadır? Niyə bu roman Azərbaycan ədəbiyyat tarixinin ən bahalı əsəridir? Əgər kitaba marağınız bu sual ətrafındadırsa, oxumaq əvəzinə sualı biznesmen və ya marketinq mütəxəssisinə ünvanlayın.

Romanı bir sözlə təsvir etməli olsam, cığallıq edib "Kəlmeyi-masturbasiya" deyərdim.
Displaying 1 - 3 of 3 reviews