Jump to ratings and reviews
Rate this book

Körpüsalanlar

Rate this book
Paperback. 13,50 / 21,00 cm. In Turkish. 152 p. "Dogrusu benim hayatimda da ruhumun kokusu diyebilecegim bir hatiram yoktu. Benim sua ana kadar geçen ömrüm siradan ve sadeydi. Fakat gerçekten de dünyada çok aci hatiralar yasandigini duyuyordum. Ve ant içmistim ki elimde olsa hayatimda hiçbir aci hatiraya yer vermeyecegim. Ben ninelerimiz gibi yapmayacagim. Ben tamamen farkli yasayacagim. Çünkü ben tamamen farkli bir devrin kiziyim. Biz, gelecege köprü kuranlariz. Biz daha çok köprüler kuracagiz. Ben gelecege dogru hareket ederek yasiyorum. Ben bu isin, bu faaliyetin bir parçasiyim." 1960 yili Sovyet Azerbaycan'inin sosyal, kültürel, ekonomik ustaca yansitan bu eserde yazar, Seriye ve Adil karakterleri üzerinden psikolojik tahliller yaparak duygularin, düsünceler ve neticesinde hayat üzerindeki etkisini, okuyucuyu yormadan, akici ve anlasilir bir dille anlatmistir.

151 pages, Unknown Binding

Published January 1, 1960

5 people are currently reading
32 people want to read

About the author

İlyas Əfəndiyev

46 books20 followers
Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979).
Həyatı[redaktə]


Poçt markası (1997).
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.
Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, "səs hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar".

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll ed

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
30 (33%)
4 stars
32 (35%)
3 stars
22 (24%)
2 stars
3 (3%)
1 star
3 (3%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Fariida.M.
12 reviews8 followers
February 28, 2021
İki insanın eyni pəncərədən baxıb baxmadığını bilmək həqiqətən də çox zaman alır. Adil və Səriyyənin ailə həyatına cəmiyyətimizdə çox rastlamaq olar. Amma əsərin yazıldığı dövr üçün Səriyyənin hərəkətləri, cəsarəti məni təəccübləndirdi. Maraqla oxunulacaq əsərdir.
Profile Image for Ismail.
34 reviews3 followers
February 5, 2016
Münasibətlərin psixoloji təsviri forması çox orijinal şəkildə təsvir edilib.İlyas bəy,əla bir povest ortaya qoyub.Belə bir ümumi yanaşma var ki,insan həyatının müəyyən anında öz çatışmazlığını tamamlayan duyğunu mütləq tapır və bunu izahsız filansız başa düşür.Povestdə Səriyyənin timsalında Qəribdə bu tamamlamanı və bu mənada baş verən həm mürəkkəb,həm də bir o qədər sadə proseslər təsvir olunub.Povesti daha əvvəllər oxumadığıma görə açığı təəssüf elədim.Sovet dövrünə xas olan zəhmətkeşlik,qayğıkeşlik,dürüstlük və həm də davranış münasibətlərini yəqin ki,yalnız İlyas Əfəndiyev bu cür canlı təsvir edə bilərdi.Dostluq münasibətləri də buraya daxildir.Bir sözlə əla!
Profile Image for Shams Bayramli.
20 reviews2 followers
January 4, 2023
Əsərin yazılma tərzi,cümlələrin insanın hisslərini ortaya açıq-aydın sərməsi,insanların bir-biri ilə münasibətlərində,dialoqlarında necə səmimi və ya ikiüzlü olmasını göstərən cümlələr...
Bu əsər İlyas Əfəndiyevi tanımağım üçün bir qapı oldu. Həqiqətən Azərbaycanın köhnə kinolarına baxarkən keçirtdiyim həsrət,darıxdırıcı gözəllik,səmimiyyət hər şey bu kitabda da öz əksini tapmışdı.
Profile Image for Nərmin.
654 reviews172 followers
April 3, 2026
İlyas Əfəndiyev yazı tərzini sevirəm, ancaq onun hekayələrində. Birinci şəxsin baxış bucağından yazılmış "Körpüsalanlar" mənə qəribə şəkildə sadə gəldi. Əlbəttə, duyğuların təsvirinə söz ola bilməz, ancaq hekayənin qalanı o qədər də cəlbedici deyildi. Obrazlara gəldikdə isə Səriyyə-Adil cütlüyü mənim əsəblərimlə oynadı. Elə ilk səhifələrdən onların necə bir-birinə uyğun olmadıqlarını görmək mümkün idi. Aralarında nə düzgün, anlaşıqlı söhbət, nə də sevgi vardı. Elə buna görə də Səriyyənin get-gedə Adildən uzaqlaşması mənə qəribə gəlmədi. Yoldaşından daha cavan olduğundan, onunla ayaqlaşmaq istəmir və özbaşına hərəkət etmək istəyirdi. Məsuliyyətini dərk etmir və hisslərini düzgün ifadə etmirdi. Üstəlik oğlan dostları ilə bu qədər çox vaxt keçirməsi xəyanətə bərabər sayılardı.
Elə Adil də ondan geri qalmır. Daha ağırbaşlı, kariyera yönümlü olan Adil, yoldaşından qat-qat səbirli olsa da, onun baxış bucağından oxuduğum an məni qıcıqlandırmağı bacarmışdı. Səriyyəyə özündən daha aşağı biri kimi baxması məni heç qane etmədi. Hələ sonda Səriyyəyə fiziki şiddət göstərməyi onu gözümdən saldı. Onların sonda ayrılmaları məncə daha yaxşı idi.
Qısası, hekayədən başa düşdüyüm odur ki, evlənməmişdən qabaq öz planlarınızın və arzularınızın bir-birinə uyğun olub-olmadığına diqqət yetirin. Və böyük yaş fərqi ilə heç vaxt ailə qurmayın.
Körpüsalan oğlanlar özləri isə oxunması maraqlı obrazlar idi. Kaş kitab elə onların dostluq bağları və zəhmətkeşlikləri hqqında olardı.
3 ulduz
Profile Image for Cdmarker.
43 reviews3 followers
December 21, 2019
İdeyası bəlkə də yaxşıdı, normal yazılsaydı biraz zəhlətökən amma maraqlı psixoloji drama ola bilərdi. Amma budu bizim məşhur yazıçı? Bu dəcədə primitiv yazmaqmı olar? İllərdən bəri öz dilimizdə kitab oxumuram deyə əlimə götürdüm, istəyimin başına daş saldız İlyas bəy. 5-6 aya özümə gəldim, o iyrənc-biz axı nə gündəyik və ətimin tökülməsi hissi biraz sovruldu, ondan sonra bir də özümüzkünün kitabın oxuya bildim, peşman da olmadım. Ama İlyas Əfəndiyev kitabına yaxın gəlmək - tay qutardı lazım döyül
Profile Image for Burak.
12 reviews1 follower
December 2, 2023
Azerbaycan'a geldiğim için kitap okumak, anlamak için bulabildiğim kitapları aldım ve bu kitapla başladım.

Türkçe çevirisinden okudum ve edebi anlamda çok yavan geldi.

Azerbaycan'a geleli çok olmadı ancak ataerkil düzeni hissettim. Kadınlar sosyal hayatta çok az. Bir çok kadın da sanki makyaj, estetik, tırnak vs. kendilerini erkeklerin biçtiği kalıplara sokarak bir yaşayış benimsemişler. Seriye bu anlamda hala Azerbaycan'lı kadınlara örnek olacak bir karakter. Kitabın değeri de buradan geliyor bence.
Displaying 1 - 7 of 7 reviews