Jump to ratings and reviews

Təyyarə kölgəsi

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır.

Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum‐əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..”

Yazıçının “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindən götürülən bu sözlər yazıçı şəxsiyyətinin etirafıdır.

360 pages, Paperback

First published January 1, 1974

Loading...
Loading...

About the author

Əlibala Hacızadə

10 books1 follower
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.

"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Ratings & Reviews

What do you think?

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (30%)
4 stars
3 (30%)
3 stars
2 (20%)
2 stars
1 (10%)
1 star
1 (10%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Sabuhi.
157 reviews2 followers
August 5, 2026
Sovet Bakısında institutlardan birində alimlər arasında, eləcə də onların həyatında baş verən intriqaları əks etdirən romandı.
Gənc alim Orxan təyyarəçi Əqdəmlə evli olan iş yoldaşı Gülmirəni sevir, Nadirənin şəxsiyyəti və yolu əri, paxıl, plaqiat etdiyi əsərlə şöhrətə çatana professor Salman Qurbanzadə ilə ziddiyyət təşkil edir, və sair.
Yazıçının trilogiyası hər nə qədər gözəl olsa da, bu əsər ortabab alınıb. Dili sovet qəzeti səhifələrini andırır. Ya da mən o əhvalda deyiləm…
Displaying 1 - 1 of 1 review