Jump to ratings and reviews
Rate this book

Qırmızı terror

Rate this book

Unknown Binding

Published January 1, 1993

4 people are currently reading
67 people want to read

About the author

Ziya Bünyadov

8 books5 followers
Ziya Bünyadov — şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi.

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qukasova idi.

Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyükü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunmuşdur.

Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.

1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olmuşdur. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almış, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olundu.

1960-cı illərin ikinci yarısında Azərbaycanın 150 il əvvəl Rusiyanın tərkibinə necə daxil olması haqqında elmi mübahisələr gedirdi. Bununla belə, 1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr yarım öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olub. Hətta bu, bir bayram kimi qeyd edilmişdi. Həmin münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif olunmuşdu. 1967-1968-ci illərdə Ziya Bünyadov artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb. Odur ki, tarixi həqiqəti demək lazımdır.

Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararkən, 1937-ci ilin qurbanlarını xalqa tanıtdırarkən, onlara bəraət qazandırarkən, adlarını tarixdə bərpa etdirərkən və beləliklə, o dövrü doğru-düzgün işıqlandırarkən də əsl hünər göstərib.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
18 (69%)
4 stars
2 (7%)
3 stars
4 (15%)
2 stars
1 (3%)
1 star
1 (3%)
Displaying 1 of 1 review
Profile Image for Nihad.
13 reviews
February 18, 2024
Təsadüfən qarşıma çıxan bu əsər mənə indiyə qədər ən çox təsir edən əl işlərindən biri oldu. Ziya Bünyadovun Qırmızı Terror kitabında, qanlı sovet rejiminin ermənilərdən ibarət "Fövqəladə Üçlük" adlı anti milliyətçi qrupunun xalqımıza atdığı əsassız və sübutsuz böhtanları, bolşeviklər tərəfindən kəndlilərə paylanmış torpaqları sonradan vergilər və digər bahənələr ilə əllərindən alınıb onların aclığa sürgün edilməsi, ziyalı, jurnalist, musiqiçi, elm adamı, tərcüməçi və bir çox milliyətçi ruhundakı perspektivli və dünyagörüşlü insanların əks-inqilabçı, milliyətçi və anti-sovet damğaları vurularaq, işgəncələr vasitəsilə etmədikləri hərəkətləri boyunlarına qoyub onların güllələnmələrinə nail olunması, həmin metodlar ilə başqalarına böhtan atılması və başqa bir çox qeyri-humanist aktları yer tapır. Kitab istintaq işlərinin toplusu kimi yazılıb. Bu məlumatları nə çətinliklərlə axtarıb tapan yazara öz dərin minnətdarlığımı bildirirəm. Hər bir Azərbaycanlı bu qanlı tarixi bilməli və yadda saxlamalıdır!
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.