Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən Xudafərin körpüsü dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).
İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.
F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.
Ferman Kerimzade’s Battle of Chaldiran is an engaging historical novel that vividly portrays Shah Ismail’s rise and the founding of the Safavid Empire, capturing the political and cultural dynamics of 16th-century Azerbaijan. While its fluid narrative and rich depiction of the era are commendable, the novel’s bias toward Shah Ismail and minor historical inaccuracies slightly detract from its objectivity. Overall, it’s a compelling read for those interested in Azerbaijani history and the events leading to the Battle of Chaldiran. See my detailed review here: https://bookimov.blogspot.com/2025/09...
Əsər tariximiz və mədəniyyətimiz barədə geniş məlumatlar verir. İncə məqamlar əhatəli şəkildə sıxmadan təsvir olunur.
Bu əsər Şah İsmayıl haqqında olan düşüncələrimi müsbət halda dəyişdi. Sünni şiə fərqi yaratmaları, sünnilərə qarşı olan zülmləri, zorla şiəliyi yaymaqları ilə hələ də barışa bilmirəm, amma Şah İsmayıl vətən, millət, dil sevgisi, qorxu bilməzliyi, ədaləti və sevdiyi qadınlara qarşı münasibəti ilə məni ovsunladı. Dövrünün hakimləri ilə arasında ki fərq böyükdür.
Şah İsmayıl Xətainin sənətə olan rəğbəti və öz yaradıcılığı da sevilməyə layiq bir digər xüsusiyyətlərindən biridir.
Sevərək oxudum. İlk başda tarixi yaradanlara sonra da əsəri yazan Fərman Kərimzadəyə hörmət və təşəkkür edirəm.