Bu kitab sizin daxili səyahətinizdə bələdçi rolunu oynayır. Daxili motivasiya üçün 7 mühüm sualı yazıçıyla birgə cavablandırırsınız. Kitabın başqa kitablardan fərqi odur ki, sonuncu fəsli məhz oxucular yazır. Bu addımı atmaqla həyatınıza sahib çıxmış olursunuz. Bir sözlə, tamaşaçı olmaq əvəzinə aktiv ifaçı olursunuz.
Qafqaz Universitetinin İngilis Dili və Ədəbiyyatı fakültəsində Filologiya və Pedaqoqika ixtisası üzrə təhsil alıb. O, hazırda İngilis dilində ünsiyyət və şəxsi inkişaf proqramı olan “GR8″in həmtəsisçisi və Biznes İnkişafı üzrə menecerdir. Azərbaycan dilində yazılmış şəxsi inkişaf kitabı olan KVAN kitabının müəllifidir. Coşqun Kərimov Azərbaycan daxilində fəaliyyət göstərən 3 startup-ın həmtəsisçisi olub. Bu startup-lardan biri “VitalCV” vasitəsi ilə əmək bazarına videocv anlayışını gətirib. 8 il ərzində korporativ mühitdə keyfiyyətli müştəri xidmətləri, satış və təqdimat bacarıqlarını tədris edib. 2016-ci ildə Yeni Fikir Startup Müsabiqəsinin qalibi və Seedstars Beynəlxalq İdeya Müsabiqəsinin qalibi olmuş “Kvotter” layihəsinin həm-təsisçisidir. İngilis dilində tərtib edilmiş GPS ünsiyyət və şəxsi inkişaf proqramının müəllifidir. Daxili motivasiya üçün 3D Səyahət – 90 dəqiqəlik şəxsi inkişaf seminarının müəllifidir. Bu seminar ölkənin bir sıra uuniversitet və biznes qurumlarında 1000-dən çox şəxsin iştirakı ilə keçirilib.
Ən sürətli oxuyub bitirdiyim kitablardan biri. Coşğun bəyin anlaşılan və rəngarəng dilini çox sevirəm. Hadisələri, hissləri, hərəkətləri, vəziyyətləri çoxlu nümunələrlə, metaforlarla, həvəslə oxucuya ötürür. Kaş daha çox azərbaycanlı bu kitabı oxuyub daxillərindəki qaşıntıyla bağlı düşünərdi.
Kvanı şəxsi inkişaf kitablarından biri kimi qəbul etmək olar. Kitabın məzmunu etibarca insanı özünü tapmağa, tanımağa, xəyal edib, xəyallarının arxasınca qaçmağa, qorxularına kölə olmaq yerinə, onlarla birgə irəliləməyin yolunu tapmağa və ən əsası nəhayət ki, qərar verməyə və verilən qərara inamın güclülüyünü dərk edərək yola çıxmağa sürükləməsindən görmək olar.
Kvanla bir gəncin həyat hekayəsinə səyahət edib, özünüzlə oxşarlıqlar da tapa bilərsiniz. Mən oxşar çox düşüncə, çox yanaşma tapdım. Hətta xəyallarda da eynilik vardı. Coşqun Kərimovu Kvanla tanıdım və Kvandakı səmimiyyəti ilə ona qarşı rəğbətim artdı.
Növbəti əsərlərdə görüşmək üzrə, “Kvan” üçün təşəkkürlər!
P.S. Şəxsi inkişaf kitabları motivasiya pomponlayıcıları deyil. Bu kitablar sizlərə özünüzü tapmaqda, anlamaqda istiqamətçi rol oynamaq üçün xidmət edir. Motivasiyanı kitablarda deyil, daxilinizdə axtarın. Və ən əsası, artıq bir qərar verin. Çünki hər şey bununla başlayır. Uğurlar!
Kitabı bir nəfəsə oxuyub bitirdim, həm həcmi həm də çox oxunaqlı olması buna imkan verdi. Qoyulmuş mövzular ilə həyat yolu(timeline) çox uğurla sinxronlaşdırılıb. Kvan özü də maraqlı bir anlayışdır, öz həyatımızdan bildiyimiz bir anlama fərqli bucaqdan baxıb yeni anlam qazandırılıb. Əsərin uğuru da budur. Yenidən düşünmək, bildiyimiz xaotik məlumatları, təcrübələri, bilikləri yenidən yapılandırmaq və kvanları tapmaq. Mən texniki düşüncəli biri olduğum üçün Kvan anlayışı vizual olaraq mənə iki fərqli qrafik arası sıçrayış nöqtəsi, ordinat oxunun funksiya dəyişməsini xatırlatdı. (loru desək həyat bir düstur ilə davam edir, qəfil bir hadisə baş verir, nəsə edirik, həyat qaldığı yerdən davam edir, amma artıq yeni bir düstur ilə.) Müsbət məqamları haqqında çox danışmaq olar, əsəri oxuyub özünüzün şahid olmanız daha məsləhətlidir. Mənfi məqam kimi də nəsə qeyd edək, kiçik məqamlar olsa da: Bəzi yerlərində bir qədər süjet axsamaları hiss olunurdu, bir də bəzən bəzi abzasların artıq olması hissi yaranırdı. Bəlkə də sürətlə oxuyub bitirdim deyə mənə elə gəldi, amma hər bir halda, ciddi qüsur hesab edilə biləcək şeylər deyildi. Əminəm ki, müəllifin ikinci kitabı daha uğurlu olacaq, oxuyacağıq.
Кван это не книга, а сгусток энергии. Кван это то, что дает силы преодолевать моменты в жизни, когда ты идешь по лезвию а вокруг пропасть депресии. Мне было вообще фиолетово, что там написанно, какие советы дает автор читателю – всему этому в книге уделенно второстепенное значение; центр книги – вы, поэтому наверное книга и получилась такая живая. Это действительно невероятно – написать книгу о саморазвитии, но в этот раз не мертвую, не из тех, читая которые тебе кажется, что автор просто повторяет себя в сотый раз, уже в середине книги, а живую! Я не берусь утверждать, что Джошкун – лучший писатель. Читать КВАН нужно далеко не по этой причине. Читать КВАН нужно потому, что Джошкун пока что тот человек, тот автор, которуму вы напишете, после прочтения с вопросом, который не дает покоя и получите ответа максимум через 5 часов, а может и сразу. Удивительно! Помните как герой из «Над пропастью во Ржи» говорил, что самая заветная его мечта – иметь возможность позвонить авторам любимых книг и поговорить с ними по телефону? После встречи с Джошкуном, прочтения его книг я понял героя Селлинджера и его мечту. Я вновь и вновь возвращался как – то к этой книге в течении года после прочтения. Вновь и вновь, когда депрессия и тоска наваливалась со всех сторон, я находил смысл в переводе этого ПРОИЗВЕДЕНИЯ, потому что я знал, что многим эта книга даст тот кислород, ту поддержку, которая нужна пройти эти моменты, что у меня происходят сейчас.Через полтора года перевод на русский был готов. Хоть мне он и не нравится, но сейчас я понимаю, что также как и оригинал, перевод также содержит в себе чувства – надежду. Надежду, что боль, которая сейчас происходит в моей жизни будет легче пережить тем, кому я открою эту книгу завершив перевод. Чувствую лишь то, что выполнил свой долг.
Kitab Kvan hissi yaşamağımız üçün missiyamızı,hədəflərimizi bir daha gözdən keçirməyə, inamı kənar yerlərdə deyil öz içimizdə axtarmalı olduğumuza və biraz daha düşünməyə çağırır.Bütün yazılmış sözlərdə, sətirlərdə bir yaşanmışlıq, təcrübə var.Bir ara sətirlər arasında Kvan hissini sanki yazıçı ilə birlikdə mən də yaşayırmış kimi oldum.Düzünü desəm o yaşanmışlıq olan bir neçə cümlədə gözlərim belə yaşardı.Ən çox da Oqtay müəllim kimi məni qorxunun ovuclarına atıb ordan sağ çıxacağıma inanan bir müəllimimin olmasını istədim. Yenə də çox şanslıyam öz həyatıma, arzularıma gecikməyəcəm çünki, hələ yolun lap əvvəlindəyəm
Bəzən həyatınızda elə bir an olur ki,sizə verilən bir sual unutduğunuz arzularınızı xatırladır. Bəzən bilmək kifayət etmir. Hərəkətə keçmək üçün xatırlamaq da lazım gəlir. “Kvan” kitabı ilə ürəyinizin dərinliklərində hər kəsdən gizlədib özünüzün belə unutduğunuz arzularınızı xatırlayacaqsınız.
Yazarın və mühitin Azərbaycan olması daha maraqlı edir kitabı. Əsas xoşuma gələn bir məqam isə kitabın yazılma prosesinin də kitabda yer almasıdır. Kitabın həcmi çox deyil və oxunaqlı yazılıb, tak şto, oxuyun )