4,5
Hər şeydən öncə kitab arxa qabağında yazarın Stephen Hawking'in tələbəsi olması diqqətimi çəkdiyi üçün və əlbəttə bu mövzulara marağım olmasından bu kitabı almışdım və peşman da deyiləm. Çünki Galfard niyyət etdiyi şeyə həqiqətən də nail ola bildi: Hər kəsin anlaya biləcəyi şəkildə yazılmış bu kitabla biz indiyədək kosmos, göy cisimləri, planetlər, qara dəliklər; kainatın yaranması, başlanğıcı və s. haqqında ümumi fikirlər əldə etmiş oluruq.
Kitabda həqiqətən də, bildiyim və ya ən azından adını eşitdiyim bir çox şey görsəm də, bildiklərimin bilmədiyim tərəflərini və indiyədək eşitmədiyim yeni məlumatlar da öyrəndim. Daha öncə başqa bir teorik fizikaya aid kitab oxumaq istəmişdim, amma çox da yaxşı anlamamışdım oxuduqlarımı. Amma bu kitab sayəsində bir çox bu tərz kitabları daha aydın başa düşərək oxuya biləcəyimi bilirəm. Odur ki, başlanğıc kitabı olaraq bu kitabı hər birinizə tövsiyə edə bilərəm👍🏻
Öyrəndiklərim həqiqətən heyrətamiz şeylər idi. Ən sevdiyim məqamlar kainatın örtüyü(evrenin dokusu); işıq sürətinə çata bilsək nələr olardı; qara dəliklərin içinə düşdükdən sonra nələr baş verə bilər oldu. Əlbəttə, teorik fizika adından da göründüyü kimi heç də bilavasitə sübut olunmuş şeyləri göstərmir bizə, amma bu teoriyalar doğru, ya da yanlış olsalar belə özlərinə yetərincə sübut tapana qədər ən azından başqa qapıları da üzümüzə açmış olur və yeni kəşflərin də təməlini qoyur. Kitabda müəllifin də tez-tez qeyd etdiyi kimi "Bir doğruyu bulmak, ilerleyebilmek için yanlışlar gerekir".
Kitabda ən maraqlı məqamlardan biri də, indiyədək hər şeyi dəyişə biləcək qədər böyük kəşflər etmiş fizikçilərin doğru və yanlışlarına yer verilməsi, bunların nələrə təkan olduğunun, bu kəşflərin necə qarşılanmasının danışılması oldu. Heç də hər şey indi göründüyü qədər asan başa gəlmirdi, onlar bir şey kəşf etdikləri zaman çoxları ilk başlarda qarşı çıxırdı, qınayırdı və s. Hətta Einstein özünün tapmış olduğu bir fikri qaralamış, yəni yanlış olduğu fikri ilə onu silmişdi, amma daha sonra bu yanlışı bir çox şeyə təkan verdi. O, bunu, əlbəttə, heç bir zaman bilməyəcək olsa belə. Həqiqətən maraqlı idi bunları oxumaq.
Kitab yazarın bizimlə söhbəti formasında irəliləyir. Bu, oxunuşu asanlaşdırır əlbəttə, lakin yenə də, bəzi yerlərdə bunu yazarın hədsiz çox qabartdığını və o yerlər üzündən kitabın daha uzun olmuş olduğunu düşünürəm. Digər tərəfdən yazar sanki bizi ofsunlamaq istəyirmiş kimi görünürdü😅 bizi kainatın bu ecazkarlığına qapdırıb xəyallarımızı bəzəmək istəyirdi sanki. Hər nəysə, bu qismi çıxsaq, kitabı həqiqətən bəyəndim və tövsiyə edirəm👍🏻📚
Düşünürəm ki, insan yaşadığı dünya haqqında az-çox məlumatlı olmalıdı. Çünki hara düşdüyümüzə durub bir göz ucuyla belə baxmayacaq insanlar da var dünyada, hansı ki, sadəcə həyatın rutin axışına qapılıb yaşayırlar. Amma dediyim kimi necə bir yerdə yaşayırıq, məncə bunu bilmək lazımdı. Həyat görə bildiklərimizdən çox görə bilmədiklərimizdədi. Mən demirəm ki, hər kəs kosmosa getməlidi, fizikçi olmalıdı və s. Mən sadəcə deyirəm ki, ən azından bir gözümüzü qaldırıb yuxarılarda nələr baş verdiyinə baxmaq lazımdı. Bəlkə o zaman necə gözəlliklər içində yaşadığımızı fərq edərik.
Kainat həqiqətən ecazkardır və bunu qiymətləndirib, insanın yaşadığımız dünyanın mərkəzində və hər şeyin mərkəzində olduğu düşüncəsindən sıyrılmalıyıq. Kainatın qanunları insan, heyvan, zərrəciklər, göy cisimləri və kainatda olan heç bir şeyi digərindən ayırmır və onun gözündə hər şey eynidi. Heç kim və heç kim dünyanın mərkəzi deyil, hər şey bir bütünün parçasıdır əslində. Bunu görə bilsək, bəlkə o zaman hər şeyin qiymətini bilər və gözəl olan heçnəyi məhv etmək üçün bu qədər səy göstərməzdik🤦🏼♀️/ p.s. bu dediklərimin mövzudan əlaqəsiz olduğunu düşünəcəksiz bilirəm, amma kainatda mövcud olan heç bir yox oluş, birbaşa yox oluş olmadığı halda, əslində yeni bir başlanğıcın əzəlini qoymuş olmasına baxmayaraq, insanların məhv etdiyi, yox etdiyi şeylər sonradan bərpa oluna bilməyəcək. Qorxuram ki, insanlar öncə Yer kürəsini məhv edərək, daha sonra isə digər planetləri, göy cisimlərini zəbt etməyin bir yolunu tapacaq və onlara da zərər verəcək(bu hal-hazırda mümkün olmasa belə, gələcəkdə hər şey mümkün ola bilər).🙄