Jump to ratings and reviews
Rate this book

Sancaqlı kölgələr #1

Sancaqlı Kölgələr və Leyla Xuni

Rate this book
Hərbi xidmətə yollanmasından çox keçməmiş müəmmalı şəkildə itkin düşən Ayxandan geriyə sadəcə anlaşılmaz qeydlər apardığı sirli bir dəftər qalır.

Dostu Toğrulun hadisələrə qarışmasıyla vəziyyət içindən çıxılmaz bir hala gəlir. Onu hər yerdə izləyən qeyri-adi olaylar tarixin gizli qalan cinayətlərini üzə çıxarır.

Bəs, görəsən, Toğrul həm özünü bu müəmmadan qurtarıb, həm də dostunun harada olduğunu öyrənə biləcəkmi?!..

210 pages, Paperback

First published May 3, 2016

5 people are currently reading
71 people want to read

About the author

Xan

67 books58 followers
Khan is a writer, Audio Engineer and Sound Director. He was born in 1990 in Azerbaijan.

He received Bachelor’s degree in Persian Language Philology at the Baku State University.

FACEBOOK: XAN
YOUTUBE: Xan Rn

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
50 (62%)
4 stars
23 (28%)
3 stars
4 (5%)
2 stars
1 (1%)
1 star
2 (2%)
Displaying 1 - 30 of 31 reviews
Profile Image for Chinara Ahmadova.
426 reviews122 followers
August 8, 2020
Gecə qaranlığında oxunmamalı, yuxularınız qarışa bilər, əgər xüsusilə, mənim kimi qaranlıqdakılardan qorxursunuzsa)) Xanın çox uğurlu romanı alınıb deyə bilərəm, 3 məkan və zamanda baş verən hadisələr sonda bir yerə bağlanır və qorxa-qorxa olsa da, 2-ci kitabı gözləməyə səbəb olur. Yazılış dili və hadisələr bir-birini tamamlayır və sonda bir çox sual açıq qalır. Özümü qorxu filmi izləmiş kimi hiss etdim = ) Ardı gəlsün.
Profile Image for Rashad Garashov.
1 review3 followers
August 3, 2023
Kitab mənim üçün ana xətti sadə, məkan və qəhrəmanların işlənməsi baxımından maraqlı və rəngarəng gəldi. Uşaqlığımın keçdiyi məkanlara fərqli gözlə baxmaq olduqca maraqlı idi. Qəhrəmanlardan bəzən Toğrulu, bəzən Ayxanı Xanın simasında görürdüm :) Xüsusilə, Kibarov Cahandar və nənəsi ilə xüsusi bağ qurdum deyə bilərəm. Qorxulu səhnələrin dozası da yerində idi, məncə. Yenə də gecələr və tək oxumamağı tövsiyə edirəm.
Sadəcə düşünürəm ki, kitabın sonunda çox önəmli məsələlərdən biri yarımçıq qalır. Əslində 2-ci hissə məndə var. Amma nəzərə alsaq ki, kitabın ilk oxucularını 7 il qədər bir müddət intizarda saxlamaq bir az haqzıslıq olub :)
Fərqli zaman, fərqli qəhrəmanlar və ortaq qorxular. Bunu axıcı şəkildə birləşdirmək və maraqlı bir ahəng yaratmaq önəmli bir məsələdir. Yazıçını təbrik edirəm!
Profile Image for Mustafa Rushan.
436 reviews16 followers
March 25, 2024

- İlk dəfə idi qorxu janrında oxuyurdum... Qorxumu, mistikamı buna tam qərar verə bilmədim... Qorxdummu?... Hava qaralan kimi, qoyurdum bir kənara.... anladınız yəqin...

- Kitabı bitirdikdən sonra müəllifin Xan Rn Chinara Ahmadovaya verdiyi müsahibəyə qulaq asdım... Xan deyir ki, bu kitabı sırf dincəlmək, əylənmək üçün yazmışam... Mən dilcəldimmi... yəqin yekayəni unudana qədər dincəlməyəcəm...

- Əhsən deyirəm... Yazıçı oxucunu necə mətndə tutub saxlayacağını yaxşı bilir... ən azı roman boyunca bunu eləmək üçün necə trükla etdiyini sənə hiss elətdirir... Xoşum gəldi... Düzü gözləmirdim... Yazıçının hər iki kitabını oxumuş oldum... Bu daha ürəyimcə oldu...

- Kitabın ən ən ən üstün cəhəti milli elementlərin olması idi... Mənə ləzzət elədi... Bizim əfsanələri, xurafatları bir qurdalasanız.... inanın çox maraqlı personajlara rast gələcəksiniz... şəxsən mən bir ara belə bir axtarışda olmuşam... Əhsən...

- Dili əla idi... ədəbi baxımdan demirəm... amma hansı cümləni, harda, hansı sözü necə deyəcəyini bilirdi yazıçı... şəxsən məni tutub saxladı.... taaa son cümləsinə qədər... Xanda ümid var...yaxından izləyəcəyəm... kitabın ikinci hissəsi eşitdiyimə görə yaxında çapa gedir... Süjet qurmağı bacarır... mətni yığıb yığışdırmaq asan iş deyil... bunu da bacarır...

- Xanın bircə təcrübəli redakotra ehtiyacı var... (fikrimcə).... sonrası... yolun açıq olsun...

- Personajlar (əksəriyyəti) inandırıcı idi... normalda yeni ədəbiyyatda ən çox əskikliyini hiss elədyim personaj təsviri burada məni incitmədi... hekayəyə inandım... Məni dəli edən bir Lalə idi.... Sözüm kişi yazıçılaradır... Aciz qadın obrazlarını artıq nolar unudun... Halbuki orda Paşanı yıxıb sürüyən Gülavi xatun vardı...

- Bir də Xanın kitablarına seçdiyi adlar, əlbəttə şəxsi fikrimdir, məni özündən uzaqlaşdırır... Nə istəyirəm, onu da bilmirəm... Bu "xuni" məni kitabda yazılan zarafat edir... ))) anlayan anlayacaq... anlamayan da oxuyandan sonra anlayar....

- Uğurlar xan... yeni kitablarını gözləyirəm... dostlar bu yazıçı ilə tanış olun... Böyük ədəbiyyat gözləməyin... dincəlmək, bir az qorxmaq, fərqli bir şey oxumaq istəyirsinizsə.... buyurun...
Profile Image for Hamid Babayev.
Author 11 books42 followers
March 30, 2022
Əsas odu ki, kitab daha yaxşı ola bilər. Xətt yaxşıdı, amma dil yetərli deyil.
Amma birmənalı olaraq, daha yaxşı ola bilər bu kitab.
İşıq görürəm.
Profile Image for Nizami Alisoy.
178 reviews16 followers
November 20, 2019
Qorxu janrında bir ilk olmasına baxmayaraq hadisələri nəql etmə üslubu, yazıçının xəyal gücü və qurduğu hadisələr haqqında bilikləri romana xüsusi bir dad qatır!
Profile Image for Murad Cəfərov.
Author 2 books36 followers
December 30, 2021
Orxan kitabi imzalayanda bele uzerinde gecelere oxumamagi meslehet gorduyunu yazsa da, hekayeden cixa bilmeyib, oxuyurdum. Qorxu sever biri oldugum ucun kitab geceler oxunulmayacaq qeder qorxuducu gelmese de, etiraf edirem ki, urkuducu yerleri az deyildi - xususile geceler otaqda bas veren hadiseler, sesler, kolgeler ve s.
Hadiseler 3 ferqli zaman ve yerde cereyan etse de, yazar bunun ohdesinden yaxsi gelmisdi. Yer ve zaman arasindaki kecidler yaxsidi idi. Hadiselerin bir-biri ile bagliligi, kecmisin indiki dovre olan tesiri yaxsi qeleme alinmisdi, ancaq yene de coxlu suallar, qaranliq meqamlar qaldi. Inaniram ki, 2ci kitabda bundan daha yaxsi ve urkuducu hadiselere sahidlik edib, esas sirrin ustunu aca bileceyik.
Profile Image for Laneila.
18 reviews7 followers
August 25, 2016
Birinci onu deyim ki çox bəyəndim. Əsər axıcıdı, maraqlıdı, bir nəfəsə oxunan kitablardandı, bitməsini istəmirdim. Süjet xətti də maraqlıdı. Tapmacaların cavabı verilməzdən əvvəl ipucularını görmək olar bunlar əsərə başqa bir rəng qatır :) oxuyaraq qorxmasam da ürəkdən güldüm və kədərləndim, həyəcanlandım. Amma məncə bəzi şeylər fərqli olsaydı daha gözəl olardı. Məsələn, daha geniş şəkildə izahlar verilsəydi: Mayor Qarayevin kimliyi haqqında beynimdə bir fikir yaranıb amma dəqiq məlumat yoxdu, həmçinin Cahandarın, ailəsinin kimliyi haqqında. Bunları da əlavə edərək daha ətraflı olaydı kaş həm də gec bitərdi)) Ayxanın dilindən yazılmış hadisələr elə gündəliyində yazılmış formada ola bilərdi, mən sona kimi onun çəkdiyi şəklin kitabda veriləcəyini gözləyirdim)) Ümumilikdə isə çox bəyəndim bu tip başqa əsərlər də gözləyirəm, sevə sevə oxuyaram))
Profile Image for PRoMete.
47 reviews17 followers
May 21, 2016
İlk öncə onu deməliyəm ki, çoxdandır kitabı məhz kitab şəklində oxumurdum, audiokitablar dinləyirdim və bu son illərin ilki oldu. O ki qaldı kitabın özünə kitab çox səlis və axıcıdır. Məişət dilinə yaxın Azərbaycancası adamda sanki kiminləsə söhbət edirmiş kimi bir əhval yaradır. Uğurlu və dəqiq süjet xətti var ki, bu da oxucunu kitabı qısa müddətə oxuyub bitirməyə məcbur edir.
Profile Image for Gulsen Hesenzade.
72 reviews30 followers
December 20, 2020
Müəllifin də qeyd etdiyi kimi, qaranlıqda oxumayın, amma özünün zülmət ab-havasına elə günəşsiz Bakı payızı yaraşırdı. Bu gün də elə Xanın doğum günüdür, arzu edirəm, bu kitabın və yaradıcılığının davamlı uğurları gəlsin! Azərbaycan ədəbiyyatının gəncləşməsinə və yeni nəsil yazarlarının çoxalmasına böyük ehtiyac var. Ona görə harda görsəz, Leyla Xunini siz də oxuyun. :)
Profile Image for Parvin Ismayilov.
10 reviews1 follower
June 21, 2025
Əsəri gözlədiyimdən gec bitirdim, çünki ətrafda çox sayda adamların olduğu anları gözləyirdim oxumaq üçün. Əsər hər şeydən əvvəl qorxudur. Bu, çox fərqli duyğudur. Özümü hər nə qədər "Orxanın xəyalının məhsuludur" deyə təsəlli etsəm də, yenə də qorxudur. Bundan başqa, əsərin dili çox rahatdır, yəni əsər oxucusuyla "dil tapa bilir". Hər hissə çox maraqlı yerdə bitir və növbəti hissəni dərhal başlamaq üçün maraq və zəmin yaradır. Məğzin özü mənim üçün nədənsə sıradan gəldi, amma üslub qətiyyən sıradan deyil. Əsgərlik mövzularının təfərrüatlı təsviri bir yerdən sonra adamı müəyyən qədər yorur. Əsas sujet xətti sırf hərb, hərbi xidmət və ya müharibə üzərində qurulsaydı, qətiyyən belə olmazdı. Ümumilikdə Orxan bəyin, bu əsəri yazmağa başlayarkən olan yaşını nəzərə alsaq, əsəri kifayət qədərdən də artıq uğurlu adlandırmaq olar. Bu kitabın ikinci hissəsinin bu hissəsindən daha çox püxtələşmiş olduğundan əminəm və sabah həmin hissəni oxumağa başlayacağam.
Orxan bəyə dərin hörmətlə... Uğurlar arzulayıram.
This entire review has been hidden because of spoilers.
Profile Image for Gunel Hashimli.
5 reviews3 followers
February 4, 2020
İlk dəfə idi qorxu, aksiyon qarışıq bir kitab oxudum. Kitaba başlayanda hadisələrin bir-biri ilə bu qədər bağlı olacağını, hardasa kəsişmə nöqtələrinin yaranacağını gözləmirdim. Oxuduqca bəzi qaranlıq qalan, qarışıqlıq yaradan hadisələr və hissələr oldu. Ancaq sonda müxtəlif zamanlarda və müxtəlif yerlərdə baş vermiş hadisələrin ortaq nəticəsi çıxmağı bütün düyünləri açdı. Mayor Qarayevin görünməyən tərəfləri və ətrafda baş verənlərə özünü biganə göstərirmiş kimi davranması məncə həmin obrazı daha da maraq çəkici edir. Və xüsusən də İsa obrazı. Niyə, kimə görə onun başına gələnlər onu o həddə çatdırır. Çox ipucları verməyəcəm. Kitabı oxumağa dəyər. Kitabın dili çox axıcıdı, canınız sıxılmadan oxuya biləcəyiniz bir əsərdi. Düyünlərin hamısının açıldığını düşündüyümüz anda yeni cavabsız qalmış tapmacalar ortaya çıxır sonda. Kitabın 2-ci hissəsini səbirsizliklə gözləyirəm.
Profile Image for Qərənfil Əmrastanova.
1 review4 followers
August 8, 2023
Oxuduğum ilk qorxu kitabı idi. Necə oldu bilmirəm, amma marağım qorxumu üstələdi. Zövq alaraq oxudum.
Profile Image for Elay.
Author 1 book13 followers
November 2, 2023
Mətndə isti-soyuq duş efektləri yerindədir. Mifik qorxu romanı mənim üslubum deyil deyib, üstündən keçməyin. Bu sadəcə janrdır. Əminəm ki, hər kəs kitabda özünə aid heç olmasa bir şey tapa biləcək. Necə ki, mən tapa bildim. Kitabdan iki səhnə var idi ki, çox xoşuma gəldi.
1. Baş üstündə dayanan əsgər
2. Nyəəəəu qışqıran pişiy)))
Oxuyub mətnlə tanış olduğum üçün şadam. Əminəm ki, seriyanın növbəti kitabı bundan da yaxşı olacaq! Az müraciət olunan üslubda yazdığı üçün cəsarətinə görə müəllifi bir daha təbrik edirəm.
Çap, dizayn, mətn, bir sözlə estetik baxımdan hər şey yerindədir! Bəyənmədiklərim haqqında yazmaq istəmirəm çünki bu zövq məsələsidir.
2 reviews
Read
April 1, 2020
Əvvəla Sancaqlı kölgələr və Leyla Xuni kitabının mən im üçün hekayəsi daha böyükdü 3il sonra kitabxanada qarşıma çixmağı və kitabın sahibi isə dostum olmağı kitabı ona qaytarmağımda vəsil olmağım özü bilmirdi hardadır kitabı.Onun sayəsində Xanı tanımağım kitabı böyük maraqla oxumuşdum keçən may ay idi.Və sonluğun müəmmalı qalışı məni qəribə səbirsiz etdim və necə Xanı tapacağımı düşündürdü.Və dostumla müzakirələr PicMusic və Prometedə sonlandı və ona yazdım sağolsun Xanın instagram səyfəsini tapdım.Və özünə yazdım kitab çap etməyəcəyni dedi çox üzülmüşdüm ancaq indi Çox sevinirəm Sancaqlı kölgələr2 olacaq .Səbirsizliklə gözləyirəm.Uğurlar Xan_Həsən sizə zehin açıqlığı sizlərə.
2 reviews1 follower
February 14, 2020
Düşünürəmki Azərbaycan Ədəbiyatının bu stil kitablara çox ehtiyyaci var.Yazılan sətrlər hətta fantaziya etmə gabiliyyəti zəif olan insanlar üçün çox anlaşılandır ki bununda səbəbi hadisələrin,yerlərin və personajların çox dərin müzakirə olunmasıdır.Kitab balans olunub və uzadılmış süjetə rast gəlinmədi.Başka stilləri sevib və belə janrdan imtina etməyi öyrəşmiş insanı belə kitab tam olaraq özünə cəmliyib ona öz ideyasını asta və səbirlə beyninə süzür, və bu mən düşünürəmki kitabın ən birinci uğurlarındandı.
Profile Image for Murad Bəbirov.
6 reviews
August 21, 2023
Bir kitabın qorxu-gerilim verə bilməsi HƏLƏDƏ necə mümkündü anlam verə bilmirəm..playlistimdəki "Xan-Sancaqlı Kölgələr"in əslində bir kitabın balaca bir bölməsi olması və hər dəfə qarşıma çıxanda yüngülvari ürpərmə keçirməyim..məncə reper eee.. üzr istiyirəm yazıçı və əsəri haqqında bundan o tərəfəsi ola bilməz..

P.S. indi Orxan, Toğrul sən olursan yoxsa Ayxan? Belə də maraqlı bir sual..
Profile Image for Cavid Sefiyev.
1 review
June 26, 2016
Əla kitabdı. Azərbaycanda bu janrda ilk kitab olmaqla da tarixə düşdü. Yetərincə maraqlı və axıcı kitabdı. Oxuduqca Azərbaycanın belə istedadlı yazıçılarının olduğuna sadəcə sevinirsən.
Profile Image for Nizami Alisoy.
178 reviews16 followers
July 12, 2019
Azərbaycan ədəbiyyatında honor janrında olan bir ilk. Leyla Xuni ədəbiyyatımızda yeni bir çağdır. Bu janrın inkişafına böyük kömək olacaq.
Profile Image for Xatire Abdulla.
4 reviews2 followers
February 2, 2024
Bilmirəm miflərə inanırsınız ya yox, ancaq mən onlarîn abu-havasına qapılıram daim. Bir yerlərdə həqiqətən Simurqların uçduğunu,divlərin qızları əsir saxladığını,əjdahaların su qarşısını kəsdiyini düşünürəm.
Elə bu kitab da nə qədər qorxu romanıdırsa, bir o qədər mifik romandır. Arziman qarılar,insanları dəli edən ruhlar,sarı gözlü itlər də mifdir axı. Hələ ki,dünyanın ən sakit quşu hesab edilən bayquşlar. Görən kim verib onlara nəhs ləqəbini,hansı hadisədən sonra camaat uzaq qaçıb onlardan....
Nə qədər savadlı oluruqsa olaq,biz bu miflərlə böyümüşük qəlbimizin dərinliklərində bir yerdə həmişə onlara inanacaq,3 hərfilərdən çəkinəcəyik. Lap Ayxan kimi,Toğrul kimi....
Profile Image for Adil.
2 reviews
November 19, 2019
Одна из лучших книг,что я читал за свою жизнь. Прочитал за одну сутку,очень затягивает Советую каждому любителю жанра ознакомиться с этой книгой
1 review
January 26, 2020
Birnəfəsə oxunan, qorxu axtarana qorxu, aksiyon axtara aksiyon, həyəcan axtarana isə həyəcanın zirvəsini göstərən bir romandı. Maraqla, əlçəkmədən oxuyacağınız bir kitab axtarırsınızsa oxumağınız şiddətlə tövsiyyə olunur.
Profile Image for Şahin.
21 reviews18 followers
August 20, 2023
"Sancaqlı Kölgələr və Leyla Xuni" Xanın "Sancaqlı Kölgələr" trilogiyasının ilk kitabıdır. Qorxu janrı nadir hallarda mənə təsir etdiyi üçün tanışlığım çox azdır. Əsərin yazı üslubu və mövzusu daha çox diqqətimi cəlb etdi.

Romanın mistik və melanxolik ab-havası, vaxtın, ölümün, keçmişin və gələcəyin bir-birinə qarışmasını müəmmalı tərzdə oxucuya təlqin edir.

"Vaxt sanki sona doğru gedirdi. Əvvəllər irəliyə gedirdi, ya da gələcəyə, indi isə sona."

"İnsan gələcəyini çox düşünür, yoxsa keçmişini?
İnsanı gələcəyi çox düşünür, yoxsa keçmişi?"

"... gələcəgi insanlar seçər, mələklər yazar."

"Həyat hər zaman gözləniləndən daha çox şey vəd edir insana."


Əsərin mahiyyəti, zənnimcə, böyük əhəmiyyət kəsb edən bir həqiqəti vurğulayır - hansı xeyirxah prinsiplərə əsaslanmasından asılı olmayaraq, istənilən ideologiya mənfi nəticələr doğurmağa qadirdir. Təəssüf ki, bunun qarşısını almaq çox vaxt mümkün olmur.

"Fəqət istər mülayim ol, istər yaxşı, bəzən ideologiyalar kimlərəsə qarşı amansız olmağı tələb edir."


Trilogiyanın digər iki kitabını da oxumaq üçün səbirsizlənirəm...
Profile Image for Nərmin.
641 reviews173 followers
September 8, 2023
Əziz dostum Aliyanın hədiyyəsi olan bu kitabı Azərbaycan ədəbiyyatına qayıtmağın verdiyi həyəcanla oxumağa başladım. Həqiqətən də dostumun məsləhət gördüyü qədər gözəl yazılmış, maraqlı süjetə malik kitab idi. Qorxu janrında nadir hallarda kitab oxusam da, hekayəni çox bəyəndiyimi deyə bilərəm.
Öncəliklə əsərin yazılış üslubu çox ürəyəyatımlı və oxunaqlıdır. Kitabı sürətli bir şəkildə oxuyub bitidim (və deyilənlərin əksinə gedərək kitabı gecələr oxudum). Hekayə bu günə qədər oxuduğum kitablar arasında fərqləndiyindən, yeni bir nəfəs kimi idi. Obrazlar arasında əsas qəhrəmanlar, Toğrul, Ayxan və Nevzat əfəndi kifayət qədər maraqlı idilər (halbuki digər obrazlara da bu dərinliyin verilməsini arzu edərdim, qadın obrazların çoxunda maraqlı bir hal görmədim).
Kitabın daha uzun olmasını və hekayənin tam açılmasını da çox istəyərdim, ancaq ikinci kitab da artıq əlimdə olduğundan hekayənin davamını çox gözləmək məcburiyyətində qalmayacağam.
Ümumilikdə, əsər Azərbaycan qorxu ədəbiyyatına təkan verəcəkdir, və yazarımız Xana bu yolda uğurlar arzulayıram.
Profile Image for Zaur Pənahov.
Author 3 books29 followers
February 28, 2025
bu kitabı lap çoxdan oxumuşam amma uzun müddətdir goodreads`ə girmədiyim... nə isə

Normalda qorxu janrını bəyənmirəm, maraqsız gəldiyi üçün yox, məni o qorxu dünyasına çəkmək çətin olduğu üçün. Lakin bu kitabı oxuyarkən bir neçə dəfə bədənim ürpərdi. Romanın məqsədi də oxucuya elə o narahatlıq hissini vermək idi. İnsanı daim bir diskonfort içində saxlayır. Oturduğun yerdə sabit dura bilmirsən.
Əsərin bədii dili olduqca rahat və tez həzm olunandır. hətta köhnə türkcə yazılan hissələr belə təbii və oxunaqlı alınıb. Kitab haqda tək iradım var ki hekayə tez sonlandı. başa düşürəm davamı da var, lakin hekayənin daha uzun olmağını istəyərdim.
Serya tamamlanmadığı üçün növbəti kitaba keçmədim. bu ölkədə kefinə duranda yazan o qədər məsuliyyətsiz yazıçılar var ki etibar etmirəm. Ona görə tamamlanmamış serya kitabları oxumuram artıq.
Profile Image for Mehriban Zeynallı.
4 reviews1 follower
November 16, 2023
Sevərək və maraqla oxudum amma kitabın təsiri ilə gecələr həyətə düşə bilmirəm🤣
4 reviews
December 19, 2023
Son illərdə oxuduğum əsl qorxur romanı.
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 30 of 31 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.