Modern dünya bizim olan, bizə lazım olan dəyərlərimizi dəyişdirir,unutdurur və lazımsız göstərir.Cömərtlik, alçaqkönüllülük, utanma və belə saya biləcəyimiz neçə-neçə dəyərlər var artıq unutmuş olduğumuz. Doğurdan da bəs bu dəyərlər nəyə lazım idi? Bu dünyada sadəcə özümüz yaşayırıq və tək? Lazım olduğunda dost dediklərimizi axtarmaq, öz küncümüzə çəkilib hər kəsdən uzaqlaşmaq.. Kitabda deyir ki, duyğusal zəka (EQ) dəyərlərin tərk edilməsi nəticəsində yaranan boşluğun fərqinə varmaqla ortaya çıxmışdır. Duyğusal zəkamız yüksəkdirmi görən?
Yaxşı bir şəxsiyyət olmaq üçün özümüzü sorğulamağa bu kitabı oxuyaraq başlayaq. Kitabın hər kəs üçün yazılması o qədər gözəl alınıb ki...Həm iş həyatına, həm ailə həyatına aid nümunələr, bəzi çətin situasiyalar verildiyi üçün ayrıca sevdim. Və daha çox araşdırmalara əsasən yazılması, bunun da çox yorucu olmaması kitabı oxutdurur. :)