Qəribədir həyatı o qədər sürətli yaşamağa alışmışıq ki, kitab ilk başda çox sıxıcı gəldi. Özümü o anda yaxaladım ki, tələsərək səhifələri keçməyə çalışıram, hətta nə oxuduğumun anlamına varmıram. Bu kitabda da məhz bundan danışılırdı. Necə bir yarışda olduğumuza ayna tutur qısa sevgi romanı ilə. Əslində eşq hekayəsi də deyil kitabın özəti, olmalı olanın təsviridir. Həyatımızda var olan sevginin təsviridir, amma fərqli bir ruh halı ilə. Elə bir ruh halı ilə ki, həm sıxılırsan həm də yavaşcadan təsirə düşürsən. Elə bir sevgi təsviridir ki, sənə darıxdırıcı gəlir amma həm də yaşamaq istəyirsən. Elə bir sükunətdir kitabda səni sənlə baş başa qoyur. Hər səhifədə özünlə danışırsan, həm də özünü qınayırsan. Nə bilim kitabdan bir çox fikrin altından xətt çəkdim, bir neçəsin işarələdim, bəzisin paylaşacam. Son nəticədə kitabı qiymətləndirməm üçün yenidən oxumam lazımdır. Bəlkə yeni bir ruh halında, bəlkə də başqa bir ortamda...