Jump to ratings and reviews
Rate this book

Python ilə Proqramlaşdırma

Rate this book
Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır.

Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

Əlinizdə tutduğunuz bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

243 pages, Hardcover

First published May 17, 2016

15 people are currently reading
89 people want to read

About the author

Karim Tahiroglu

2 books25 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
26 (81%)
4 stars
4 (12%)
3 stars
2 (6%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 17 of 17 reviews
1 review
November 25, 2025
Bu kitabı oxuyarkən ən çox xoşuma gələn məqam müəllifin mövzuları çox sadə dillə izah etməsidir. Python sintaksisini izah edərkən heç bir çətin termin işlətmədən, izahı gündəlik həyatdan misallarla möhkəmləndirməsi yeni başlayanlar üçün inanılmaz rahatlıq yaradır. Proqramlaşdırmanı sıfırdan öyrənmək istəyən biri kimi, mənə məhz belə bir mənbə lazım idi.
2 reviews
November 24, 2025
Kərim Tahiroğlunun “Python ilə Proqramlaşdırma” kitabı Python proqramlaşdırma dilini öyrənməyə yeni başlayanlar üçün məncə çox faydalıdır. Nəzəri hissə yığcamdır, mövzular uzadılmadan sadə və aydın dildə izah olunur. Hər mövzu daxilində kifayət qədər nümunə və ardınca praktiki tapşırıqlar verildiyi üçün öyrənilənləri kodda sınamaq asan və maraqlıdır. Bu yanaşma, xüsusən praktikada öyrənməyi sevənlər üçün böyük üstünlükdür. Azərbaycan dilində Python dilini ən aydın və sistemli şəkildə izah edən vəsaitlərdən biri olduğunu düşündüyüm üçün bu kitabı rahatlıqla tövsiyə edirəm.
1 review
November 25, 2025
Bu kitabı oxuyarkən ən çox xoşuma gələn məqam müəllifin mövzuları çox sadə dillə izah etməsidir. Python sintaksisini izah edərkən heç bir çətin termin işlətmədən, izahı gündəlik həyatdan misallarla möhkəmləndirməsi yeni başlayanlar üçün inanılmaz rahatlıq yaradır. Proqramlaşdırmanı sıfırdan öyrənmək istəyən biri kimi, mənə məhz belə bir mənbə lazım idi.
1 review
November 25, 2025
Mən bu kitabı universitetin ilk kursunda oxudum və açığı, müəllimimizin dərsdə izah etdiyindən qat-qat aydın idi. Nəyi niyə etdiyini göstərən yanaşma məni çox cəlb etdi. “Bu kod belə yazılır, çünki belə lazımdır” yox — “bu kod belə yazılır, çünki arxasında bu məntiq dayanır” yanaşması ilə izah edilir.
2 reviews
May 22, 2025
Bu 2 kitab dan və ümumilikdə Kərim müəllimlə çıxdığım yoldan çox razıyam. Sahə ilə bağlı heçbir informasiyam olmadığı halda müəllim həm sahəni sevdirir, həmçinində güclü təməllər buraxır və irəliləmək heç də çətin olmur. 🙏 Uğurlarınızın bol olması diləyi ilə müəllim🙏
1 review
November 25, 2025
Kitabın ən böyük üstünlüyü odur ki, oxucuya yalnız kod yazmağı yox, həm də proqramçı kimi düşünməyi öyrədir. Bir mövzunu başa salmazdan əvvəl müəllif məntiqi əsas yaradır və sonra kod nümunələrinə keçir. Bu yanaşma mənim üçün çox dəyərli oldu.
1 review
November 25, 2025
Mən Python-un əsaslarını öyrənmişdim, amma obyekt-yönümlü proqramlaşdırmada çətinlik çəkirdim. Kitabdakı OOP bölməsi mövzunu çox səliqəli şəkildə, səbəb-nəticə ardıcıllığı ilə açıqlayır. Siniflər, obyektlər, metodlar, irsiyyət — hamısı çox aydın idi.
2 reviews
November 25, 2025
Mən Python-un əsaslarını öyrənmişdim, amma obyekt-yönümlü proqramlaşdırmada çətinlik çəkirdim. Kitabdakı OOP bölməsi mövzunu çox səliqəli şəkildə, səbəb-nəticə ardıcıllığı ilə açıqlayır. Siniflər, obyektlər, metodlar, irsiyyət — hamısı çox aydın idi.
1 review
November 25, 2025
Python öyrənməyə başlamışdım və çox vaxt ingiliscə terminləri başa düşməkdə çətinlik çəkirdim. Bu kitab sayəsində həm anlayışları öz dilimizdə öyrəndim, həm də Python-un necə işlədiyini daha dərindən başa düşdüm. Dili sadə, izahı aydın, nümunələri isə yerindədir.
1 review
November 25, 2025
Kitabın strukturu çox güclüdür. Mövzular tam düzgün ardıcıllıqla verilib: əvvəl təməl anlayışlar, sonra alqoritmik düşüncə, sonra sintaksisin incəlikləri, daha sonra funksiyalar, listlər, döngülər və ən sonda OOP. Yəni oxucu heç vaxt “bu nədir?” kimi boşluğa düşmür.
1 review1 follower
November 25, 2025
Kitabın dili həm sadədir, həm də səliqəlidir. Bəzi texniki kitablar çox quru olur, amma bu kitab oxucunu yormur. Mövzular arasında keçidlər çox rahatdır. Hiss olunur ki, müəllif pedaqoji yanaşmaya xüsusi diqqət yetirib.
2 reviews
November 25, 2025
Mən özüm C++ bilirdim və Python öyrənmək üçün resurs axtarırdım. Bu kitab məni çox təəccübləndirdi. Sadəlik, lakin eyni zamanda peşəkarlıq qorunub. Python-un “sözlərlə danışan” sintaksisini çox gözəl izah edir. Digər dillərdən keçənlər üçün əladır.
1 review
November 26, 2025
Çox xoşuma gəldi ki, kitabda real həyatdan nümunələr var. Məsələn, dəyişənlərin işləməsi, istifadəçi ilə qarşılıqlı əlaqə, kiçik alqoritmlər — bunların hamısı gündəlik problemlərlə əlaqələndirilir. Bu isə öyrənməyi daha intuitiv edir.
1 review
November 26, 2025
Ən çox bəyəndiyim hissə list comprehension və fayl sistemi ilə işləmə bölmələri oldu. Python-un güclü tərəflərini çox gözəl nümayiş etdirir. Bu kitabdan sonra Python ilə kiçik real layihələr belə yaza bildim.
1 review
November 26, 2025
Mən öz oğluma bu kitabı aldım. O, proqramlaşdırmaya yeni başlayırdı və ingiliscə mənbələr ona çətin idi. İnanılmazdır, amma bu kitabı oxuduqdan sonra artıq sadə oyunlar yazır, kalkulyatorlar hazırlayır, fayl üzərində əməliyyatlar aparır. Düşünürəm, müəllifin izah tərzi gənclər üçün çox uyğundur.
1 review
March 4, 2021
Çox çox gözəl bir kitabdir proqramlaşdırma dilləri öyrənmək üçün bu kitabı oxuyun
Displaying 1 - 17 of 17 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.