Уже которую ночь я мучился от бессонницы. Усевшись перед окном, я наблюдал, как молния разделяла небо надвое. Спрятавшись от беспорядка своей комнаты в свободе дождевых капель, я вбирал божественную нежность их беспорядочной последовательности. Я был обиженным на себя, тридцатилетним ребенком
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım. Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.
2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.
Sıxılmadan oxuyub bitirə və səhifədəki hər anı his edə biləcəyiniz nadir kitablardan biridir. Günümüzün hələdə hökm sürən acı reallıqlarını əks etdirməsi və mələyin başına gələnlər insanı həqiqətən təsirləndirir.
Qaraqan'ın (10 yaşımda) oxuduğum ilk kitabı, hele de yadımda qalıb ve ara ara bezi fraqmentleri yadıma düşür. Art ve Xaos'u da oxuduqdan sonra bütün kitablarını 20 yaşımda tamamlamış olacam. Qaraqan ile böyüdüyüm üçün çox şanslıyam.
Əla super . Hansı cümlə ilə ifadə edəcəyimi bilmirəm. Mən bu kitabı bu qədər gec necə gördüm bilmirəm . Amma gecdə görsəm yaxşı ki , gördüm. Bu vəhşi insan tipi hələdə var . Hər gündə artır . Allahın möcüzələrini görmək lazımdır onlara yeni həyat , şans vermək lazımdır. Həqiqətən alqışlayıram əla kitab başa düşənə 👍🏻
Təsirləndiyim nadir kitablardan idi.Hətta o qədər təsirlənmişdimki bir ara ətrafımdakıları sevmediyimidə düşünürdüm.Elə kitabın ilk səhifəsindəki Hitlerin sözlərindən anlamışdım məni bu kitabda çox şeylər gözləyir.Bir sözlə əla idi!