Ara verməyən İrlandiya yağışlarının məcrasından çıxartdığı dağ çayı bu dəfə sahilə fərqli bir şey atıb - ağlasığmaz işgəncələrdən tanınmaz hala düşmüş gənc qadın cəsədi. Və bu, əsrarəngiz təbiətin qoynunda sakitcə mürgüləyən Kork şəhərinin hüzurunu pozan artıq altıncı bənzər qətl hadisəsidir. "Müəllif" zövqlü bir oyun oynayır: oxşar zahiri gözəlliyə malik olan qadınları böyük səylə seçir, beş ay ərzində ən müxtəlif işgəncələr verdikdən sonra ayda birini ən dəhşətli üsulla qətlə yetirir. Bütün cəsədlərdə öz imzasını qoymağı, hətta ara-sıra həyat fəlsəfəsi ilə bağlı nəsihət məktubları yazmağı da unutmur. Caninin tapılması üçün paytaxt Dublindən Korka göndərilmiş canlı əfsanə baş müstəntiq Şon Onil qarşısında çətin sual dayanır: silsilə qatil kimdir? İllər öncə yoxa çıxmış kriminal avtoritet, hər gün üzləşdiyi insanların arasında maskalanmış psixopat, yoxsa qaranlıq dünyadan təşrif buyurmuş qorxunc cəhənnəm əcinnəsinin özü? Bütün nəzərlər fokusçunun şlyapadan dovşan çıxaran sağ əlinə zilləndiyi zaman müstəntiq diqqətdən kənarda qalan sol əli izləyə biləcəkmi?
People often ask me what I wanted to be as a child. Sometimes, they hurry to add “how lucky you became a writer!” In fact, I never really wanted to master a profession. I just had a strong desire to study and teach, to help people solve their social problems, to participate in the process of reforming society, to contribute to the life of young people. Until I decided where to start, I just kept learning. I got my first degree from the University of Economics. But after four years of study, I realized that I could not achieve my goals as an economist. I became increasingly convinced that what people need most is a healthy philosophy of life and good literature. Thus, I went on to study theology, oriental studies, Eastern and Western philosophy at various universities around the world for nine years. Then I got a degree as a consulting gestalt therapy psychologist at the faculty of Psychological counseling at the Moscow Institute of Positive Technologies and Consulting. In short, I tried to acquire academic knowledge in areas that covered the universe, cognition, and the human inner world. What is my hobby? I believe this is a crucial question, the answer to which helps to get to know a person better. Two hobbies have mattered greatly to me since childhood: reading and sports. At the age of seven I started with Greco-Roman wrestling, the Soviet martial art called “sambo” and judo; later, these sports were joined boxing. I participated in competitions and came second in the international judo tournament Edinstvo ("Unity") in 2011. Now, I continue training; this is my way of life. When I grew older, I also became interested in travel. I carefully plan where to go. Everything I see on my trips gives rise to ideas for my works. To see, to know, to feel and then to create: this gives a special flavor to fiction. It comes to life and breathes, enriched by the impressions of the writer. In the novel The Man on the Rails, there are several excerpts about the massacre in Srebrenica. When I went to Bosnia and Herzegovina, I visited Srebrenica, saw the cemetery with the victims’ graves, met and talked to witnesses. When traveling in Ireland, I gathered interesting information for my intellectual-psychological detective novel, Abaddon. The serial novel The Pathfinder tells about a life of African tribes far from modern civilization, a life full of struggle and deprivations but also of interesting traditions and ancient beliefs. This novel depicts wild African nature, the exciting events in the boundless savannah and the dense woods. Getting acquainted with Africa, the cradle of humanity, was so fascinating that I went back there more than once. In December 2019, I visited Antarctica. The way there was hard; I traveled through Latin American countries. From the famous city of Ushuaia, nicknamed the edge of the world, I went to the land of ice. On the way, I made friends with the legendary Drake Strait. During the expedition to Antarctica I got acquainted with many international specialists, scientists, and researchers; saw the scientific activity of the polar stations, observed the unique fauna. I also had a chance to swim in the icy waters of the ocean, to dig a hole in the ice and spend the night there. These emotions and impressions were reflected in the novel Minus Zero, which consists of two parts. In this book, the heroic explorer Robert Scott, one of the first conquerors of the South Pole, and the young Norwegian geographer Linda narrate the dangers they faced in the land of ice and unveil some mysterious events taking place in polar stations.
What genres do I write in?
I began my work with scholarly and philosophical books. In 2010, my first book, Scientific Bases of Self-purification, was published. In it, I describe the factors of spiritual revival and personal decay, qualities of the soul and the shades of light and darkness it manifests. In 2011, I translated and gave a broad explanation of one of Avicenna's lates
Ədəbi dili güclü, redaktəsi gözəl, süjet xətti normal olan, Rövşən Abdullaoğlunun oxuduğum ilk romanı. Dedektiv triller tərzində əsas süjet xətti olsa da, içi Robin Şarma tərzində ilahiyyatdan ədəbiyyata, tarixdən psixologiyaya dair bir çox mövzularda obrazların müzakirəsi ilə doludur, yazıçının səsini hər yerdə eşitmək mümkündür. Məni narahat edən məqamlar baş obraz müstəntiq Şonun həddən çox mükəmməl formada yaradılması, cinayəti araşdıran psixoloq Erinin özünü yeniyetmə qız kimi aparması, yazıçının səsinin obrazların səsindən çox eşidilməsi olurdu, gözlərimi devirdiyim anlar çox oldu :D Amma Rey obrazını çox sevdim, hələ son 50 səhifədəki hadisələr kitabı 3 xaldan 4 xala qaldırdı, özəlliklə, insanın daxilindəki Allah və şeytanla dialoqları gözəl idi. Den Braun, Robin Şarma, Yu Nesbo qarışığının üstünə də Azərbaycan mentaliteti qatıb bu kitab ərsiyə gəlib sanki :D Amma bayağı olmayan Azərbaycanlı bir yazıçını oxumaq istəsəniz, tövsiyə edərdim. Digər romanlarını da oxuyacam.
Hadisələr İrlandiyada cərəyan edir. Müəyyən müddət aralıqlarında qadın cəsədləri ortaya çıxır. Çox iyrənc,ağılasığmaz, "bunu bir insan necə edə bilər?" dedirdən tipdən. Bu cəsədlərin isə ortaq nöqtəsi var:hamısının boynunda iki xal olması. Cinayətləri açmaq müstəntiq Şon Onilə həvalə edilir.Cinayətləri araşdıranda isə görünür ki,nə qədər ümumi xarakterə malik olsalar da,ayrı insanlar tərəfindən törədilib. Bəs qatillər kimlərdir? Ya da kimdir? İlk öncə deyim ki,mənə görə Abaddon "Bu şəhərdə kimsə yoxdur" və " Relslər üzərinə uzanmış adam" romanlarının yanında biraz sönük qaldı. Müəyyən hissədən sonra qatilin kim olduğunu təxmin etdim,ilk dəfə bir dedektiv əsərin sonunu təxmin edə bildim. (Proud of me😄).Kitabda dissosiativ şəxsiyyət pozğunluğundan danışılır. Bu,insanın bir neçə şəxsiyyətə bölünməsidir,heç özünün də xəbəri olmadan. Hər birimiz iç səsimzlə danışırıq,hətta insan heç kəsə deyə bilmədiklərini özü ilə rahatlıqla danışa bilir,götür-qoy edə bilir. Amma bu səs bizə əmrlər verirsə,bizi,fikirlərimizi dəyişməyə çalışırsa? Bu artıq dissosiativ şəxsiyyət pozğunluğudur. Xəstəlik zamanı insan digər şəxsiyyətlərin etdiklərindən xəbər tuta bilməz. Yavaş-yavaş insan əsl özünü unudur,özü-özünü məhv edir. Kitabı oxuyan zaman əsəbiləşdiyim məqamlardan biri də Doretin atasının onu intihara sürükləməsi oldu. Mən bir valideynin öz övladını səhvinin nə olmasından asılı olmayaraq ölümə sürükləməsini anlamamışam,anlamayacam da. Və bunu sırf digər insanların içində alnı açıq olmaq üçün etmək. Nə bilim.. Namus anlayışımız tamam fərqlidi bizim. Oxuduqca real həyatda da yüzlərlə belə hadisənin olduğunu düşünürdüm. Həqiqətən dəhşətli və iyrənc bir şeydi. Elə insanların valideynlikləri sadəcə formal xarakter daşıyır. Reyə gəldikdə isə,qorxunun insanı nə hallara sala biləcəyinin bir nümunəsi idi. Həyatdakı peşmanlıqlarımızın çoxu elə qorxularımıza görədi. İstər kiçik,istər böyük qorxular. Toplaşdıqca bizi də,yanımızdakıları da uçurumdan sürükləyir.😕Belə,ümumilikdə sevdiyim kitablardan oldu.Nəşri də keyfiyyətli idi
This entire review has been hidden because of spoilers.
Sevərək oxuduğum möhtəşəm bir kitab oldu. Detektiv, psixoloji gərginliklərlə dolu bir kitab axtarırsınızsa qaçırtmayın. Kitab məni elə ilk səhifədən özünə çəkdi, çünki hadisələr İrlandiyada keçir. O torpaqların aşiqi olaraq kitabın hər səhifəsini həyəcanla oxudum. Yazıçı bu kitabında tək detektivlik mövzusuna toxunmayıb, həmçinin insan psixologiyası, İrlandiyanın gözəl təbiəti və mədəniyyətinə də yer verib. Bəzi yerlərini dəfələrlə oxuyub düşünməyə vadar etdi məni. Hələ yazıçının dilini, üslubunu demirəm. O qədər axıcıdır ki, tək oturuşda oxuyub bitirmək olur. Oxuduqca, hadisələrin içinə daxil olursunuz. Həmin o qatili siz də tapmağa çalışırsınız və yazıçının kitab boyu sizə verdiyi detallara nə qədər fikir verməyə çalışsanız da sonu sizi təəccübləndirir. Başqa mövzulara da toxunulub. Buna görə də yazıçının dünyagörüşünə, fikirlərinə heyran oldum.
Kitab klubu müzakirəsi üçün bu qədər təriflənən yazıçımızın bu qədər sevilmiş əsərini oxuyub qələminə bələd olmaq istədim. Fəqət heyhat!
Əvvəlcə əsərin çox bəyənilən dili ilə başlayım. Əsərdən Azərbaycan dilinin lətafətini zərrə qədər ala bilmədim. Bu müəyyən qədər başadüşüləndir. Çünki hadisələr Azərbaycan cəmiyyətində cərəyan etmir. Ancaq yenə də bu "Hollivud" dili heç ürəyimə yatmadı. Ümumiyyətlə isə əsərdə təsirli bir cümləyə rast gəlmədim desəm yeridir.
İkincisi, detektiv yazıçılığı həqiqətən çox müşkül bir məsələdir. Bu mövzuda heç Aqata Kristi də xoşuma gəlmir. Oxucunu təbii bir şəkildə, ağlını xor görmədən əsərin içində həqiqətən əridib həll etmək hər yazıçının bacaracağı bir şey deyil. Əsərin maraqlı bir mövzusu olduğu şübhəsizdir. Psixologiyaya marağı olan birisi olaraq personajların psixoloji analizləri, salınmış bəzi düyünlər çox xoşuma gəldi. Digəl ki, əsərin içi süni və zəif bir şəkildə doldurulub. Yazıçımız, Den Braun metoduyla aralara maraqlı faktlar (fun facts), yersiz intriqalar, ucuz romantika sərpişdirərək oxucunu gah güldürməyə, gah da təəccübləndirməyə çalışıb. "Fangirl" Erinlə "yaxçı oğlan" Şonun sevgi macərası isə ciddi şəkildə bayağıydı.
Bütün bunlardan savayı yazıçının öz inancını əsərin kənarında tutmağı bacarmamağı, səsinin hər an qulağımızda cingildəməsi də mənə heç professional gəlmədi.
Ümumiyyətlə isə gənc bir yazıçımızın dünya miqyasında tanınıb qəbul edilməsi, beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibi olması, əsərlərinin bestseller olması çox sevindiricidir. Bəlkə də yazıçının qələminə bələd olmaq üçün səhv əsər seçmişəm.
Maraqlı fikirlərlə dolu dedektiv kitab. Fərqlilik axtaran dedektiv roman sevənlər üçün əla seçim olabilər. * * * "Ancaq bu gün burada bir məqamı dərk ettim: o günə min yol geri dönsəydik, yenə də ilk etdiyimiz seçimi təkrarlayardıq. Bu həyatı min dəfə yaşamaq fürsətimiz olsaydı, yenə də hamısı birinci həyatın təkrarı olardı..."
Çoxdandır, fiziki kitabı belə tez bitirə bilmirdim. Gah qeydlər götürə-götürə sürət azalır, gah da yüklü iş günündən sonra yuxu dərmanı rolunu oynayırdı, kitablar.
Həm də audio kitablar yaşam tərzimizə daha uyğunlaşıb. Şənbə-bazar digital detox eləməsək, fiziki kitablara əlimiz çatmayacaq, ancaq səsinə səs verə biləcəyik. Yeri gəlmişkən, bu yaxınlarda Storyteldə məşhur "1984" əsərini radio teatr formatında dinlədim. Uşaq vaxtı dinlədiyim radio teatrları xatırlatdı. Çox səliqəli işlənib. Məsləhətdir.
İndi isə gələk, əlimdə tutduğum Abaddon kitabına. Nə abad olmayan dünyanın halı, nə də şəkildəki don ilə əlaqəsi yoxdu Abaddonun. Kapüşonu başıma keçirib, şəkil çəkdirdim ki, post qəşəng görünsün.
Kitabı oxuduqca, müəllifin azərbaycanlı olmasına inanmağı gəlmir, adamın. Ümumiyyətlə, kitab oxuduğuna inanmağın gəlmir. Elə bil, Netflixdə təzə serial çıxıb, sən də bir nəfəsə bütün bölümlərə baxırsan.
İntellektual, psixoloji, detektiv janrında olan romanda hadisələr İrlandiyada baş verir.
İrlandiya haqqında 10 kitab oxusaydıq, əldə edə bilməyəcəyimiz qədər eksklüziv faktlarla zəngindir:
"İrlandiya yarım saatı", Avropanın əmisi sayılan VII Eduard dövrü, Qroqox, Titanik, Newgrange, Blarni qəsri, Osrayqe krallığı, Müqəddəs Patrick, 5 funtluq əskinasın üstündə Ketrin Elizabet Makoli, arxasında Entoni Rafterinin şeiri, Luzitaniya gəmisi, Məhəmməd Əlinin ulu babası Eyb Qreydi, irlandların pablarda UK ilə siyasət və məişət mövzuları, kriminal jarqonları və n qədər lokal məlumatlar qazandırdı.
Bundan əlavə kitabda normal həyatda bir arada görmədiyimiz bir çox mövzular bir araya gəlib. Gələcəkdə bu postu oxuyanda xatırlamağım üçün yazıram:
- İbrani dilindən "həlak edən", "yoxluq" mənasını verən Abaddon - Horun gözü - Nekrofiliya, Fransua Bertrand - Şeol - Bibliya/Əyyub 7:9,10 - Rene Maqrit "İşığın İmperiyası" - Simurq fars dilində 30 quş deməkmiş - Parapraksis - Venesiya karnavallarındakı maskalar - Çoxsimalı tanrı Brahma - Dissosiativ şəxsiyyət pozğunluğu - Persi Slec "When a Man Loves a Woman" - Və ən önəmli kitab boyu çətin anlaşılan "Səmtsizlik effekti".
Əsərdə güclü simvolikadan istifadə olunub və təəssüflə əminəm ki, çoxunu qaçırmışam.
Bir də iki yeni fikirlə ayrılıram, bu kitabdan: 1. Qurd qurdu sevər, çaqqalı xoşlamaz. Ancaq ətrafına çaqqalları yığar. Çünki qurd qurdun köləsi olmaz. 2. Biri əgər sevgi, mərhəmət, ümid kimi hissləri itirib, yalnız nifrət etməyi bacarırsa, elə ən birinci bu halına nifrət etməklə başlaya və beləcə sağala bilər.
Həm diqqətçəkən məqamları qeyd edib, maraq yaratmaq istəyirəm, həm də spoiler verməkdən çəkindiyim üçün çox detalı yazmıram.
Abaddonun bir serial olaraq, çəkilməsini çox istəyərdim. Onsuzda, incə işlənmiş detallar VR eynək kimi öz ağuşuna alır, adamı.
Oxuduqca, dəfələrlə əmin oldum ki, əbəs yerə (ABŞ) Readers Favoritedən 5 ulduz fərqlənmə nişanı almayıb, #Abaddon.
Üç gün ərzində iki dəfə oxuduğum roman... Rövşən Abdullaoğlunun "Abaddon" psixoloji romanı... Bu roman əslində ən həyati əhəmiyyətli mənəvi və psixoloji prinsiplər ətrafında güclü manevr edərək, həqiqəti ən müasir bir dildə və detektiv-macəra üslubunda oxucuya çatdırmağa çalışır. Oxucunun fikri bu romanda əslində əsas olaraq iki istiqamətə yönəlir: bir istiqamət hadisələr baş verən İrlandiyanın Kork şəhəri, digər istiqamət isə insan öz varlığının ən dərin qatlarıdır. Rövşən müəllimin uğuru elə bundadır ki, bu əsərdə ən dərin ilahi fəlsəfəni çox aydın və bəzən də ritorik bir şəkildə aşkarlayır, insan ruhunun, xarakterinin və psixologiyasının ən gözə görünməz düyünlərini, inkişafa maneə olan qorxuları insana tanıtdırır və üç mühüm sualın cavabını ustalıqca və bəzən də çox üstü örtülü şəkildə açıqlayır. Əsərdə diqqət çəkən digər bir məqam isə insan şəxsiyyətində qərar tutan nəfsin nə qədər təhlükəli olduğunu, ən yırtıcı heyvandan da belə azğın və nə dərəcədə şiddətli ləzzətpərəst, eqoist olduğunu və insanın daxili aləmində ağıl ilə nəfs, zülmətlə nur, xeyirlə şər arasında gedən mübarizədə ağlın bu azğın nəfsə necə qalib gələ bilməsinin yolları ustalıqla əks olunur. Bu romanda əslində bütün dünyada gedən proseslərin - haqq və batil, zülm və ədalət mübarizəsinin batini tərəfi əks olunur və sanki oxucuya çatdırlmağa çalışılır ki, bütün dünyanın vəziyyətinin necəliyi məhz insan şəxsiyyətinin necəliyindən, fərdlərin şəxsiyyətinə hakim olan qüvvənin keyfiyyətindən və insanların daxilində gedən müharibədə hansı qüvvənin qalib gəlməsindən aslıdır. Yəni dünyanın zahiri halı bizim batinimizin təcəssümüdür...
Dünən #Abaddon 'uda oxuyub bitirdim, tərzinizi müəyyən qədər dəyişmisiniz, amma yenə də mükəmməl...
Oxuyanda düşündüm ki, kitab ingilis dilindən tərcümədir. Elə həmin an ağlıma gəldi ki, axı bu əsərin orijinalı öz dilimizdə, öz yazıçımız tərəfindən yazılıb...
Yəni sadəcə möhtəşəm sözlə ifada edilə bilməyəcək dərəcədə. Hər oxuyanda fikirlaşirsən ki, Rövşən Abdullaoğlu, yəni bunu yazan doğurdan yerlimizdir, doğurdan ölkəmizdə yaşayır?!
Qeyd elədiyiniz xarici yerlərdən o qədər xırda detallara kimi məlumatlısınız ki. Fikirləşirsən ki, o malumatları yəqin heç oradakı sakinlərin əksəriyyəti bilmir.
Bunları bilmək bir yana, öyrənib əsərin sujet xəttilə əlaqələndirə bilmək... Bu lap dəhşətdir. Deyiləcək fikirlər çoxdu.. Arzulayacağım sadacə çoxlu uğurdu!
Dəyəcakdim Dan Brown amma man bu əsəri "Da Vinci şifrəsi"ndən belə üstün gördüm... Yaxşı xarakterləri, düşüncələri ustalıqla, hiss etdirmədən sujet xəttilə birlikdə insanın düşüncələrinə yeritmək-sadəcə özünü, uğurunu deyil millətinin, oxucularının uğurudur...
Ədəbiyyatı sevsəm də, yerli ədəbiyyat məni heç vaxt cəlb etməyib. Bu yaxınlarda şəkildə gördüyünüz kitabı təsadüfən ofisimizdən tapdım. Və nə yaxşı ki, tapdım. Hər bir kəs, hətta əşyalar belə həyatımıza lazım olan vaxtda daxil olur, heç nə səbəbsiz baş vermir. Aylarla bu kitab ofisdə gözümün önündə durduğu halda və mən oxumağı bu qədər sevdiyim halda, bircə dəfə də olsun bu kitaba yaxınlaşmamışdım. İndi düşünürəm ki, yəqin zamanı deyilmiş. Bəlkə də həyatımın stabil və rahat bir vaxtında bu kitabı oxusaydım, məndə belə dərin izlər qoymazdı. Nə yaxşı ki, Rövşən Abdullaoğlu bu kitabı yazıb və nə yaxşı ki, məhz həyatımın bu mərhələsində bu kitab mənim qarşıma çıxdı. Kitabın məzmunu haqqında heç nə yazmayacam çünki hər birinizin bu kitabı oxumasını istəyirəm. Həyatınızda her şey stabil ve rahatdırsa, boş verin o zaman. Bu sizin oxuyacağınız kitab deyil. Yox, əgər yolunda getməyən bir şeylər varsa, bu kitabı mütləq oxumalısınız. İçində olduğunuz bataqlıq nə qədər dərin olsa da, bu kitabın sizi oradan çixarmağa gücü çatacaqdır. Bəlkə də bataqlığınızda qalacaqsınız, amma özünüzü Atlantik okeanın sahillərindiki kimi hiss edəcəksiniz.
Yerli yazarlardan çox da kitab oxumuram, belə hamısı olmasa da, əksəriyyəti eyni tipdə dedektiv kitablar yazır ki, bu da çox oxunduqda adamı sıxır, amma #Rövşən_Abdullaoğlu nun kitabları mənə görə hələ neçə illər bunnan sonra da #bestseller qalacaq. Çünki bu insanın düşüncəsi, fikirləri, adamı yaxşı mənada dəli edir. Kitablarından da görünür ki, o həmçinin işində də peşakardır. Çox yazarların yazdığı əsərlər çox vaxt sadəcə nağıl kimi başlayıb, nağıl kimi bitir, amma #Rövşən_Abdullaoğlu hər sətirində, oxculara nəyisə çatdırmaq istəyir, hər sətirin altında müxtəlif düşüncələr gəzir. Kitabda isə #abaddon yəni,”cəhənnəmin ən pis yeri”adı altında birləşən dedektiv, amma fərqli dedektiv romandır. Sanki hansısa dünya klassikasından bir kitab oxuyurmuşsan kimi bir təsir bağışlayır. Ümumiyyətlə dedektiv kitablar haqqında çox danışanda insanda kitaba qarşı maraq ölür mən sizdə bu marağı saxlamaq ümidi ilə cümləni bitirirəm😁. Vəəə kitaba görə #qədim_qala_nəşriyyat_evinə təşəkkür edirəm
İlk dəfə bizim yazardan belə əla kitab oxuyuram . Kitab @rovshan_abdullaoglu nun detektiv,psixoloji kitabıdır. Kitab da detektiv Şon Onil Abaddon adlı qatilin törətdiyi cinayətləri axtarır . Lakin maraqlı bir şey var ki ,Abaddonun qatil olduğuna əmin olduğu halda , baş verən cinayətlər başqa bir "müəllif " əl işinə bənzəyir. Qatil şəxsiyyət pozuntusundan əziyyət çəkir. Etdiyi cinayətləri, olduğu yerləri xatırlamır. Xatırlatdıqda isə özü olmadığını iddia edir . Kitabda Sibil kinosunu xatırladım. Bir yeri var şəkil çəkir adam amma çəkdiyi şəkil iddia edir ki ,başqa biri tərəfindən tamamlanıb . Kinoda da eyni bu cür bir yeri var . Sibil çəkdiyi şəkili deyir başqası tamamlayıb. Birdə əsərdə Jo Nesbonun qələmini xatırladım. Açığı kitabın artıq gedişatı zamanı qatilin kim olduğunu təyin etmişdim. Bəlkə də bu zamana kimi oxuduğum dedektiv kitabların təsiridir. Amma kitabdan çoxlu biliklər , və elmi məlumatlar öyrəndim Yaxın zamanda 2 ci hissəsi çıxır kitabın. Oxuyun qaçırmayın. #rovshanabdullaoglu #qedimqala
Əvvəla, bu kitabda da dolğun məlumat və bilgilər üçün Rövşən müəllimə təşəkkür edirəm. Qeyd edim ki, Abaddon, müəllifin yaradıcılığından oxuduğum ikinci kitabıdır və 1 həftə ərzində (daha dəqiq 7 saata yaxın) bitirdim. Detektiv və psixoloji janrlarda əsərlər çox sevirəm və təbii ki, oxuduğum kitab gərək ayırdığım vaxta dəysin! Müsbət nələrsə gətirsin. Sevinirəm ki, saatlarım boşa getmədi. Müəllifin müsbət cəhəti ondadır ki, hər əsərdə oxucuya faydalı bilgilər də çatdırır, zövqlə bərabər həm də mütləq nəsə öyrənirsən. Romanların cəzbedici cəhəti ondadır ki, oxucunun diqqətini çəkmək üçün qeyri-etik səhnələr, göz boyamaq, sətirləri doldurmaq üçün bayağı təsvirlər yer almır. Son dərəcə axıcı və maraq doğuran hadisələr, təsvirlər... Müəllifin ikinci bir müsbət tərəfi isə reytinq, marketinq xatirinə təcavüzü, zorakılığı, qəddarlığı cazibədar, maraqlı çalarda deyil, əsil iyrəncliyi ilə göstərir. Zərərli vərdişlərin, alkoqolun əslində kapitalizmə xidmətini diqqətə çatdırır. Daha çox məlumat verib marağı itirmək istəmirəm. Bir sözlə - Bəyəndim! Detektiv vurğunu olanlar #Abaddon’u mütləq kolleksiyasına əlavə etməlidirlər.
Elə kitablar var ki, onları oxuduqdan sonra sərf elədiyin 1 saat vaxtına belə heyfin gəlir, amma bu kitaba nə qədər vaxt sərf etsən də, yenə də hiss edirsən ki, heç nə itirmirsən, həqiqətən buna dəyər. Mən detektiv, psixoloji, imtellektual kitablar oxumuşdum, lakin bu 3 janrın 1 kitabda cəmləşməsi və yazıçının yazı üslubu bu "Abaddon" - u digərlərindən, yeri gəlsə xarici ədəbiyyatdan da fərqləndirə bildi. Xüsusilə, Şon Onil obrazı özünəməxsus yumoru, məntiqi və hazırcavablığı ilə məni təəccübləndirməyi bacardı..Və mən qürur duydum.. Nə yaxşı ki, Azərbaycanda da belə kitablar yazılır və sevilərək oxunur... Uğurlarınızın davamlı olmağı diləyi ilə.. Səbirsizliklə Abaddon 2- ni gözləyirəm...📚📖
Very strong psychological novel where author well described the different feelings of the human that each of us pass thru during our lifetime. It forces you to read in one go when sometimes you realize that it is too late and have to go to work in the morning. Another good mark to Rovshan Abdullaoglu for great book.
O yerdə ki, olmalısan, oradan qaçırsan, o anda ki, danışmalısan, susursan, nəhayət, payına səni bir ömür tərk etməyəcək vicdan əzabı düşür. Bütün ömrünü özünə nifrət edərək yaşayırsan. Deyilmiş kobud və nahaq bir söz qarşısında susan sonradan bir ömür üzündən tüpürcək təmizləməyə hazır olmalıdır.
Əsər cox mukemmel yazilib əsərin psixoloji terefini demeye ehtiyac bilmirem cunki muəllifin gonderdeyi mesajlari əvvəlcədən bilirəm ama əsərdə şon ile eren munasibeti meni daha cox heyran eledi.🙂
Yazarın oxuduğum 3cü kitabı oldu. Deyə bilərəm ki, digərləri kimi bu romanı da çox uğurlu idi. Sujet xətlərində çox qopuqluq yaşamadım və ümumi hadisələrin canlandırması da çox yerində idi.
Psixolojik-detektiv romandır.Bu kitab Rövşən Abdullaoğlunun sadəcə şəxsi inkişaf janrında deyil, detektiv janrında da üstad olduğunun bariz nümunəsidir. Romanda "Dissossiativ şəxsiyyət pozğunluğu" mövzusu işlənir.
Bəyəndiyim Sitatlar:
1)Qədim Misir əfsanəsinə görə Tanrı Osirisi qardaşı Set öldürür,cəsədini tikələrə ayırır.Osirisin xanımı İsida bədən hissələrini birləşdirib onunla cinsi əlaqədə oldu.Bundan da Hoz(səma tanrısı) dünyaya gəldi. 2)Əgər düzgün bildiyin yolda qarşına çıxan ilk sınaqdan qaçsan, növbəti sınaqdan yayınmaq üçün də bəhanə axdaracaqsan
This entire review has been hidden because of spoilers.
Rövən Bəy, işlərinizdə uğurlar arzu edirəm. Yazıçı olduğunuz üçün Sizə təşəkkür edirəm. Maraqlı olarsa Sizə kiçik bir şey danışım. Demək, Sizin "Abaddon" adlı kitabı oxuyurdum. Əsasən metroda kitabı oxumağı çox sevirəm. Sizin "Abaddon" kitabı nə qədər məni özünə bağladı və nə qədər düşündürdüsə evə nə zaman gəldim, hardan gəldim, necə gəldim bilmədim. Bu bir yana, əlimdə saxladığım kitab necə oldu, hara yoxa çıxdı onu da bilmədim. Neçə gün fikirli oldum. Nə kitabı tapdım, nə də niyə bu qədər təsirə düşməyimin səbəbini. Nəisə. Sonunda gedib yenidən kitabı aldım. Və bir daha oxudum. Məncə bu Sizin uğurunuzdur. Rövşən Bəy əziyyətiniz hədər getmir düşünürəm. Sizə bir daha bu şərəfli işinizdə uğurlar arzu edirəm. Tanrı sizi qorusun! :)