Jump to ratings and reviews
Rate this book

Müşfiqli Günlər

Rate this book
Bu kitabda toplanmış xatirələr ölməz Şairimiz Mikayıl Müşfiqin ömür-gün sirdaşı, şəxsiyyətə pərəstiş illərində başı xeyli müsibətlər çəkmiş Dilbər Axundzadənin şairlə bağlı qələmə aldığı könül çırpıntılarıdır. Xatirələr həmin dövrün acılarını duymaq və şairin yaradıcılığını öyrənmək baxımından daim öz aktuallığını saxlamaqdadır.

173 pages, Paperback

First published January 1, 1978

1 person is currently reading
25 people want to read

About the author

Dilbər Axundzadə - şair Mikayıl Müşfiqin həyat yoldaşıdır.
İsmayılzadə-Axundzadə Dilbər 1914-cü ildə Kirovabad şəhərində anadan olmuşdur.
Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 03.07.1937-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir.
"Vətən xaini"nin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 01.01.1938-ci il tarixdən hesablanmaqla 02.11.1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11.03.1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.

Əsərləri
"Müşfiqli günlərim" Bakı-1968

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
21 (56%)
4 stars
12 (32%)
3 stars
4 (10%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Tarlan A. Latif.
215 reviews30 followers
March 10, 2020
Arxa fonda bəstəkar Ələkbər Tağıyevin, Zeynəb Xanlarovanın ifasında 1931ci ilin yayında Gəncəyə getmək istəyən Dilbərə Müşfiq tərəfindən yazılmış `Sənə Qurban` şerini/mahnısını açın başlayaq. Uzun illər mənim üçün məcnunvari sevgi hesab etdiyim münasibətlərdən olub Müşfiq və Dilbər eşqi.

Xəzərin oğlu, Bakının Dağlı məhəlləsində dünyaya gələn, 6aylığında əziz anasını, 6 yaşında atasını, 29 yaşında isə bizim itirdiyimiz Mikayıl Müşfiq Azərbaycan Pedaqoji İnstitutunu bitirdiyi gün buraxılış gecəsində ömrünün günəşi Dilbər Axundzadə ilə tanış olur. Fəramüş xanım Müşfiqin qrup yoldaşı, Dilbərin isə yanında yaşadığı əmisinin həyat yoldaşı idi. Tanış olduqdan sonra təsadüfdəndirmi bilinməz Müşfiq Dilbərin oturduğu sırasının arxasında əyləşir və Dilbər uzun hörüklərini arxaya atanda Müşfiqin üzünə toxunur və şair bu misraları yazır:

Xayır, hörüklərin deyildir ilan
O əski şairlər söyləmiş yalan,
Məni xəyal kimi ayağa salan,-
O coşğun dalğalı teli işdir...

Daha sonra kommunist küçəsində yolları kəsişir, bu görüşdən Müşfiqə məlum olur ki, Dilbər də ona vurulub və ortaq dostları Əli Nəzminin qızı Pirayə ilə həm bu şeri, həm də hisslərini ifadə etdiyi məktubu Dilbərə yollayır. Beləcə onlar 3 il nişanlı, 4 il də ailəli olurlar. Sonra çərxi fələk fırlanır, və Müşfiq 29 yaşına bir gün qalmış həbsə aparılır və beləcə represiyanın ən gənc qurbanı olur. Dilbər və Müşfiqin Yalçın adında oğlu dünyaya gəlir, lakin körpə 2 aylığında qızdırmadan dünyasını dəyişir. Dilbər xatirələrində qeyd edir ki: "O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı.." mənim isə ən sevdiyim: "Dilbər, sənsiz mən cənnətdə olsam da darıxacağam." cümləsidir.

Hər dəfə fikirləşəndə ki, Müşfiqin qətlində birbaşa əli olan özümüzünkülər onun Dilbərlə olan toy günündə birlikdə əyləniblər, adamın lap qanı donur.

Müşfiqdən həmən sonra Dilbəri də həbs edirlər, bacılarından biri onu aparmağa gələn polisləri görəndə özünü odlayır, kiçik bacısı isə onu aparmağa gələn polisin başına mürəkkəb qabını atır və sürgünə göndərilir. Sürgündən bəraət alıb qayıtdıqdan sonra isə əsəb xəstəsi olub dünyasını dəyişir. Qardaşı isə rus qızı ilə evləndiyi üçün kimsə ona toxunmur. Dilbər Müşfiqin öldürüldüyünü öyrəndikdə başına hava gəlir. Digər məhbus qadınlara zərər verməməsi üçün tək kameraya aparılır. Vəziyyətin daha da pisləşdiyini gördükdə isə onu azadlığıa buraxırlar. Gəncəyə qayıdır, analığı evə qoymur, bacıları ilə yaşayır, Müşfiq bəraət aldıqdan sonra isə Bakıya qayıdır. İkinci dəfə ailə həyatı qurur və bu evlilikdən Leyla adında qızı olur.

Təsadüf nəticəsində öyrəndim ki, Müşfiq dillər əzbəri olan "Yenə o bağ olaydı" şerini gözü nuru Dilbərə yazmayıb. Şerin tarixçəsi belədir. 1936cı ilin yayı Müşfiq dostları Hüseyn Cavid və Müşkinaz, Əhməd Cavad və Şükriyyə, Rəsul Rza və Nigar Rəfibəyli ilə birgə Ənvər Məmmədxanlının Pirşağıdakı bağında keçiriblər. Orda Ənvərin 16-17 yaşlarında bacısı Arifə Məmmədxanlı da olub və Müşfiq bu şeri məhz Arifə xanıma həsr edib. Həmin ilin yayında sonra Bakıda dərsdən sonra da Arifə xanımı görməyə də gedirmiş. Bu məlumatı isə ömrünün sonunda Arifə xanım Rafael Hüseynova danışıb və o da `Bağ` romanını yazıb. Hüseyn Cavid`in ev muzeyində olsaz yağlı boya ilə çəkilmiş həmin yay`ın rəsmini də görə bilərsiz.

Xülasə, xoş mütaliələr!
Profile Image for Gunay.
43 reviews3 followers
November 20, 2023
Öz ədəbiyyatımız şairlər və yazarlarımız həqiqətən qiymətləndirilməlidir. Mikayıl Müşfiqin həyatı, Dilbər xanıma olan sevgisi və sadiqliyi o qədər dərin hislərlə əks olunub ki..
Profile Image for Əsli Musayeva.
35 reviews50 followers
June 30, 2018
Haqqında daha ətraflı blogum yazdım. Oxumaq istəyənlər üçün: notesdeasli.wordpress.com
Profile Image for Aydan Abas.
39 reviews3 followers
February 1, 2021
“Müşfiqli Günlərim” əsəri qısacıq ömründə öz adını qəlblərə həkk etmiş, illər keçsə də unudulmamış, yaddaşlardan silinməmiş, şeirləri dillərə dastan olmuş Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə tərəfindən qələmə alınıb. Bu kitab Müşfiq sevərlər üçün bir şansdır ki, onun görüşünə gedə bilsinlər. Müşfiqli xatirələri oxuduqca qıvrım qara saçlı, qara qaşlı, şux qamətli bu şairi xəyalımda canlandıraraq onun həssas qəlbinə, mehribanlığına və səmimiliyinə, sevgi ilə aşıb daşan ürəyinə daha çox bələd olurdum. Bir insan qısa keçən həyatında necə bu qədər sevdirə bildi axı özünü insanlara, necə şeirləri bütün dillərdə gəzib dolaşdı suallarıma cavabları “Müşfiqli Günlərim” kitabında tapdım. Müşfiq istedadlı şair olmaqla yanaşı, möhtəşəm həyat yoldaşı, sadiq dost, peşəkar müəllim və ən əsası əsl insan idi.
Şeir yazdığı günləri ən vəfalı günlər hesab edən istedadlı şair belə yazırdı:

“Ah mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?”

Təəssüf ki, Müşfiq bu həyatdan sadəcə 29 yaşında əl çəkdi. Heyf ki, Azərbaycan ədəbiyyatını gündən günə öz əsərləriylə gözəlləşdirən, təhsilə böyük töhfələr verən bu şairi bu qədər tez və haqsız səbəblərdən itirdik. Kim bilir o sağ olsaydı, bu günümüzə Müşfiqin daha nə qədər gözəl yaradıcılıq nümunələri gəlib çıxardı...

📌Janr: Xatirə
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.