Jump to ratings and reviews
Rate this book

Hərbidən qeydlər

Rate this book
Bizi insanlar üzərində qurduğumuz xəyallar yıxar. İnsanlara deyil, məqsədlərə bağlanmalıyıq. Bəzən eyni fikirlər üzərində qurulan böyük bir dünya yaradarıq. Bəzən də böyük bir dünyada kiçik bir fikri yaşadarıq. Fikirlər xəyallardan doğar, məqsədlərə çevrilər. Məqsədlərsə xoşbəxtliyimiz olar. Bizi xoşbəxt edən şey, məqsədə çatmaqdan çox, o məqsədə doğru addımlamağımızdır. İnsanlar bizim məqsədlərimiz deyil və ya hansısa insana sahib olmağı bir məqsəd kimi görə bilmərik. Bizi xoşbəxt edə bilməz. Çox vaxt eyni fikirli insanların eyni məqsədlər üzərində toplaşdığını görərik. Uşaqlıqdan düşünmüşük ki, biri çıxar qarşımıza bizi xoşbəxt edər. Oysa ki, həmişə öz xoşbəxtliyimizi başqalarında axtarmışıq. Nəyə görə axtarmışıq? Çünki biz xoşbəxt deyilik. Deyək ki, biri çıxdı qarşına və səni xoşbəxt etdi. Bəs sən onu xoşbəxt edə biləcəksənmi? Özün xoşbəxt deyilsənsə başqasını necə xoşbəxt edə bilərsən? Birinci hər şeyə özündən başlamalıdı insan. Biz çox vaxt özümüzü, öz xoşbəxtliyimizi düşünən bir eqoist oluruq. Ancaq özümüzü fikirləşib yaşayırıq. Fikirlərimiz isə qarın doyuzdurmur. Bəlkə fikirlər ruhumuzu qidalandıra bilər, amma yalnış fikirlər bizi ruhumuzdan və mənliyimizdən uzaqlaşdırar. Uzaqlaşdıqca özümüzdən qaçarıq, qaçdıqca yorularıq. Sonra nə üçün yorulduğumuzu anlamarıq. Bura qədər insanlardan, fikirlərdən, məqsədlərdən, xoşbəxtliyimizdən və özümüzdən danışdıq. Ancaq bu beşini birləşdirən bir duyğu var, adı Sevgi. Hansı ki, o olmasa digərlərinin heç bir önəmi qalmaz. Bunu başa düşmək bir il altı ayımı aldı. Amma gec də olsa, başa düşdüm. Başa düşdüm ki, insanları isidən şey, isti bir otaqdan çox, səmimi münasibətlərdir. İnsanları isidən həmin isti otaqda qalmaq yox, birlikdə soyuqda donmağı gözə ala bilməkdi. Başa düşdüm ki, çörəyi dadlı edən təkcə onun duzu xəmiri yox, həm də onu bişirənin əlinin zəhmətidir. O əlin zəhmətinin dəyərini bilməlisən. Həmin zəhməti dəyərləndirə bilməzsə insan, nə dadı bilinər, nə də keyfiyyəti. Yavaşyavaş anladım ki, əlimizə batan tikanlar deyil, ürəyimizə ilişən tikanlar bizi həmişə narahat edir. Beləcə, Hərbidən Qeydlərin sonuna yaxınlaşıram. Son kimi yazdığım bu cümlələri siz ilk kimi oxuyursunuz. Bəlkə də sizə lazım olanları irəlidəki səhifələrdə tapacaqsınız. Ola bilsin kitab bitdikdən sonra, əvvələ qayıdıb bu cümlələri bir də oxudunuz. Həyat da belədir. Bizə lazım olan şeyin haralarda olduğunu bilmirik. Çox zaman eyni yerə qayıtmalı oluruq. Əslində isə hər şey çox sadədir. İnsan aldığı dərslərdən nəticə çıxarmalı və düzgün dəyərləndirməlidir. Ona görə hansı nəticəni çıxaracağınızı və necə dəyərləndirəcəyinizi öz öhdənizə buraxıram. Xoş mütaliələr…

168 pages, Paperback

Published January 1, 2018

1 person want to read

About the author

(Uraqan) Emin Abdullayev

4 books2 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (33%)
4 stars
2 (33%)
3 stars
1 (16%)
2 stars
1 (16%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Murad Cəfərov.
Author 2 books35 followers
December 5, 2018
kitabin baslarinda dusunceler adli hisseni oxuyanda sevmeyeceyimi dusunmusdum, cunki ocur yazilari xoslamiram. amma davam etdikce yazarin qelemi ve catdirmaq istediyi fikri beyendim, bu hekayeler adli hisseye catandan sonra oldu ve oradaki bir hekaye, hemcinin sondaki yarimciq yazilmis ve davam edilerek kitab seklinde cap olunacaq romani oxuyanda fikirlerimi tamamile deyisdi. netice olaraq yaxsi yazilmisdi ve cixacaq hemin roman ucun gozlentim yuksekdi :)
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.