Tural Əzimzadənin “Omeqa” romanı dünyanı dəyişməyə çalışan yeniyetmə haqqındadır. O, əvvəlcə tanıdığı, bildiyi, həyatında olan pis, rəzil insanlara nifrətini yarı-mistik, əla düşünülmüş üsullarla doyurmağa çalışır. Onun nifrəti göründüyündən də kəskin və odlu-alovludur. Qarşısında dayana biləcək qüvvəyə də dahiyanə düşünülmüş üsulla qalib gəlməyi bacarır. Məqsədinə gedən yolda ona heç nə mane ola bilməz! Bu kitab “İlk kitab” silsiləsinin sayca ikinci kitabıdır.
Fikrimi çox geniş başqa bir portalda artıq izah etmişəm, demədiyim şeyləri burda yazım. Tənbəl bir yazıçı üçün yetərincə yaxşı kitabdı. Çox gözəl bir ideyanı tutub, amma yetərincə üstünə getmək istəməyib. Personajlar artırılsaydı, daxili nitq mətnləri, dialoqlar daha yaxşı işlənsəydi əvəzsiz bir milli kitabımıza çevrilərdi.
Personajlar, hqdisələr Azərbaycana məxsusdu və bu bir qədər həmişə çəkindiyim məsələdi. Çünki Azərbaycanda baş verən hadisələr yazdınsa gərək danışığı, üslubu olduğu kimi göstərəsən, fərdlər hər gün metroya minəndə eşitdiyin kimi danışmırsa, onda SSRİ filmlərindəki rəsmi üslubda danışan aktyorlara bənzəyir və bir qədər ağzında quru qalır sanki tikə(bu kitabla bağlı niyə bu qədər çox qidaya dair bənzətmələr aparıram bilmirəm, bəlkə də indi acam). O mistik hadisələr hansısa yerli bir miflə əlaqələndirilsəydi, möhtəşəm olardı, çünki milli mif folklorumuz tamamən toxunulmaz qalıb. Heç bir yazar bu mövzuya toxunmaq istəmir. Robin Hood mövzusunda kitablar yqzılır, filmlər çəkilir, bu mövzu çeynənilir, amma aktuallığını itirmir, amma bizim Dəli Həsən, Qaçaq Nəbi SSRİ kinematoqrafiyasında və nağıllarımızda itib batır.
Müəllif tənbəlliyi canından atıb bu tipdə kitablar yazan müasir yazarlara baş vursa, mütaliəsini artırsa və dialoq yazmaq barədə özünü püxtələşdirsə, digər kitablarında daha yaxşı bir xətt yaxalayacağına əminəm. Ən azından bunu Stephen Kingin Carrie kimi əla ideyalı, mma bərbad üslublu kitabına bələd olan biri kimi deyə bilərəm. :)
Kitab cox maraqla basladi. Evvelce onu deyim ki, yazarin qelemini beyendim. heqiqeten, ozunu oxutduran ve insani maraq icinde saxlayan bir yazi terzi var idi ve bu baximdan xosuma geldi. Kitabin sahib oldugu sirli-qaranliq abhava 100-120 sehifeye qeder kitab baresinde dusuncelerimin yuksek olmasina getirib cixarmisdi. Amma sonrasi...
Bu cur maraqli, bu cur heyecan ve mistik tesir yaradan movzunun axirinin bele yerlere gelib cixmasi, sozun esl menasinda, meyusluqdan basqa bir sey deyildi. Niye bele davam etmesini dusunub axi yazar, mene cox maraqlidir. Bu qeder yaxsi baslayan bir kitab ucun... Ne bilim...
Kitabi daha cox mistik terefinden davam edib dark-fantasy olaraq cox maraqli yerlere getirib cixartmaq olardi, hansi ki, oxuduqca bir qeder qorxu, bir qeder sirr ve bir az da fantastika cox yaxsi olardi. Ancaq heyif ki, yazar tamamile basqa istiqametde yon almisdi.
Kitabı dürüst rəyim əvəzində hədiyyə edən Xan/Hədəf nəşriyyatına təşəkkür edirəm.
Death note animesinə baxıb, Qaraqanın "A" romanını oxumusuzsa, bu kitab sizi dəli edəcək = )
Toğrul adlı 13 yaşlı bir məktəbli özündə qeyri-adilik hiss edir, onu incidən, xətrinə dəyən, başqalarına ziyan vuran insanlar bir-bir ölməyə başlayır və Toğrulun plastilindən düzəltdiyi əsgərlərininin taleyinə çox oxşayır onların ölümü. Görəsən, hansısa mistik qüvvə bu pisliklərin axırına çıxa biləcəkmi? Dünya bu pis insanlarsız necə olacaq?
Başlarda mövzu baxımından Death note animesinə inanılmaz oxşayan (son 30 səhifəyə kimi ən azından bu xətt üzrə davam edən) bir kitab təəssüratı bağışlayırdı - pis insanlar qəfildən ölür və bir gənc hansısa mistik qüvvə ilə bu ölümləri idarə edir kimi görünür, super zəkalı detektivlər bu işi açmağa çalışır (onlar da şirniyyat sevir, nə təsadüf!). Lakin sonlara doğru aləm o qədər bir-birinə dəydi ki, Qaraqanın qara kapüşonlu qruplaşmalarına gedib çıxdıq və artıq bu vaxt obrazlar mənim üçün bütün dəyərini itirdi və onların başına nə gəlsə, vecimə olmayacaqdı.
Digər bir problem, bu kitabdakı pisliklər çox zəif göstərilmişdi - Toğrula söz atan, itələyən uşaqları "pis" kimi göstərirdi yazıçı və əmin deyiləm, nə qədər doğru yanaşmadı bu. Bundan əlavə, 2 türk detektiv (anaları türk, ataları Azərbaycanlı) işə qoşulur ki, guya onlar aksentsiz Azərbaycanca danışır (ən azından 1i) və məktəbdə heç kəs onların türk olduğunu hiss etmir (heç real məsələ deyil). Kitabın son 30 səhifəsini isə çox əsəbi halda oxudum, çünki bu qədər mövzunu məhv etməyini gözləmirdim. Omeqasız bir "Omeqa" adlı kitab oxuduq bu arada :D
Kitabda xoşuma gələn əsas məsələ qaranlıq və sirrli havanın olması, yazıçının yazma tərzi idi. Kaş sujet və obrazların inkişafı daha güclü və yaradıcı olardı. Hətta Death note retellingi olsa belə, əminəm ki, yaxşı təəssürat oyadardı. Yazıçının nə etmək istədiyini anlamadım. Davam kitablarını da oxumayacam.
Kitabın yarısını həyəcanla oxudum. İkinci yarısından sonra məncə yazıçı hadisələri bir-biri ilə tam da birləşdirə bilmədi. Eyni zamanda 12-13 yaşlı bir uşağın bu qədər şeyi bacara bilməsi həqiqətən absurd idi. Kitab nə fantastikdir nə də real həyata əsaslanır. Baş verən fantastik hadisələrin altındakı məqamlar açıqlanmadı. Amma onu da qeyd etmək lazımdır ki belə janrda olan əsərlər ədəbiyyatımızda azlıq təşkil edir. Inanıram ki əgər yazmağa davam etsə bir sonrakı kitabları daha da maraqlı olacaq. Uğurlar!
This entire review has been hidden because of spoilers.