4,2
Bu yazarı çox sevirəm həqiqətən. Duyğulara, onların dərinliyinə enməyi yaxşı bacarır. Yazardan bitirdiyim 4cü kitabdır və davamı mütləq gələcək👍❤.
Kitabın 1ci hissəsini hardasa 2 il öncə bitirmiş və çox sevmişdim. Bu kitabda hadisələr davam edir. Lauren'nin komadan ayılmasından sonrakı hadisələr yəni. Amma işlər heç də o qədər ürəkaçan olmur. Lauren oyandığına görə sevgililər qovuşar deyə düşünürsüzsə yanılırsız. Əsas məsələ bundan sonra başlayır.
Nə deyəsən ki? Əsər boyu yazar bizə sevginin gücünü, onun zərifliyini, sədaqəti göstərir, həmçinin Artur'la Paul arasındakı dostluq da çox gözəl çatdırılmışdı. Hər kəsin həsəd aparacağı cinsdən bir dostluqdur bu. Ara-sıra həyata dair düşüncələri də olduqca dərin idi yazarın.
Əsərin yazı tərzi heyratəmizdir. Belə ki, yazar dramı əslində komik bir yazı tərzi ilə çatdırıb, yəni əsər boyu ara-sıra hüzünlənsəniz də, ara-sıra incə zarafatlara da gülmədən edə bilməyəcəksiz. Əsərdə məni sadəcə bir hadisədən digərinə çox sürətli keçişlər narahat etdi. Bu bəzən sürətli duyğu dəyişiminə səbəb olurdu. Digər tərəfdən bəzi hissələrin niyə yazıldığına da anlam verə bilmədim. Yazar bəzi obrazların həyatından məncə lüzumsuz yerə detallara girmişdi. Ya da bu sadəcə mənə elə gəlir, amma həqiqətən hekayədən əlaqəsiz olduğunu düşünürəm həmin hissələrin.
Artur, ən sevdiyim baş obrazlardan biri olmağı bacardı. Onun sevgisini, sədaqətini, fərqli düşüncə və həyata baxış tərzini unudacağımı heç düşünmürəm. Həmçinin Paul. Hər kəsə onun kimi ailədən fərqsiz bir dost diləyirəm❤. Lauren isə güclü və ağıllı, həm də düşündüyü hər şeyi qorxusuz həyata keçirən bir qadın obrazıdır.
Bu seriyaya bir şans verin. Ən əsası isə bu yazarın əsərlərinə👍📚
Ps. Kitabın "Just Like Heaven" adlı 2005ci ildə çəkilmiş filmi də var. Onu da izlədim. Filmlə kitab tam eyni getmir. Bəzi ana xəttlər eynidir sadəcə. Ayrılıqda dəyərləndirdiyimdə komedi və romantizm janrında çəkilmiş bir film kimi sevdiyimi deyə bilərəm. Sadəcə Paul'a heyfim gəldi. Onu düzgün işləməmişdilər filmdə və tamam başqacür bir insan idi. Yenə də filmini də izləyin. Olduqca əyləncəli və biraz da duyğu yüklü olduğunu deyə bilərəm🎬👍❤