Hüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis!..”
Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
Hüseyn Cavid ailəsi ilə birlikdə (1936) 20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005, 288 səh. Hüseyn Cavid. Ana. (dram)
Hüseyn Cavid. Maral (faciə) Hüseyn Cavid. Səyavuş (faciə) Hüseyn Cavid. Şeyx Sənan (faciə) Hüseyn Cavid. İblis (faciə) Hüseyn Cavid. Azər (poema) Hüseyn Cavid. Qız məktəbində (şeir) Hüseyn Cavid. Çoban türküsü (şeir)
Sadəcə İblisin monoloqunu yazmaq istərdim: İblisin monoloqu:
İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kəbədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət. Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sönüb məhv olacaqsın. Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, Altın və qadın düşgünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! Onlar, əvət onlar sizi çignətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Bən tərk edərim sizləri əlan nəmə lazim! Hiçdən gələrək, hiçliyə olmaqdayım azim. İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? - İblis...
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: youtu.be/FM7RoOXGSok
Azerbaycan edebiyatında savaşın vahşetini anlatan bir kitap buldum! İşte o kitap Hüseyn Cavid'in İblis adlı oyunu...
Bugüne kadar gerek gündelik hayatta gerekse de askerlikte savaş hakkında hep düşündüm. Yeri geldi Stefan Zweig okudum onunla Brezilya'ya kaçtım, yeri geldi Puşkin okudum Kafkasya'da cephede savaştım. Bazen Einstein oldum ve savaştan nefret ettim bazen de Tolstoy oldum ve savaş devam ederken bizzat halkımın insanlarını anlattım.
İşte sayın Hüseyn Cavid'in İblis kitabı da böyle. Arif adlı karakterde Dostoyevski'nin Ivan Karamazov ve Goethe'nin de Faust adlı karakterlerinin bir karışımını bulabiliyorsunuz. Hem Ivan'ın kendi içindeki şeytan ile olan mücadelesi var Arif'te hem de Faust'un iyilik ile kötülük arasındaki gelgitten kurtulamayan o çelişkili ruh hali. O yüzden Azerbaycan edebiyatı okumayan insanların gerçekten de çok şey kaçırdığını düşünüyorum.
Yeri gelmişken hayatımda en sevdiğim kitaplardan biri olan Gecenin Sonuna Yolculuk kitabında, bu kitabı tam olarak özetleyen bir alıntı mevcut:
"Savaşı ve içinde ne varsa hepsini reddediyorum... Ben savaş var diye üzülmüyorum... Ben kaderime razı olmuyorum... Ben bu konuda sızlanıp durmuyorum... Onu olduğu gibi reddediyorum, içindeki insanlarla birlikte, onlarla, onunla hiçbir alışverişim olsun istemiyorum. İsterlerse dokuz yüz doksan beş milyon kişi olsunlar ve ben tek başıma kalayım, yine de haksız olan onlar..." [s. 84]
Arif de savaşı ve içinde ne varsa hepsini reddediyor aslında. Reddediyor reddetmesine fakat insanın içindeki savaş öylece durur mu hiç? Bence insanın içinde olup biten savaşlar, bugüne kadar tarihte gördüğümüz bütün savaşlardan daha çetin geçiyor. Çünkü her gün bir başkası oluyoruz, hatta her an başka bir duygu halimizle tanışıyoruz. Bu halde insanoğlu nasıl olur da kendi içindeki varoluş kurşunlarının seslerini susturabilir?
Karşımıza türlü insan çıkıp duruyor hayatımız boyunca. Kimisi bizi peşinden sürüklüyor bilinmezliğe doğru kimisi de bize hayal kırıklıkları adlı katalogun içinden bir şeyler seçmemizi öğütlüyor. Bazı dönemler geliyor, hiçbirini istemiyoruz hayatımızda. Sadece kendi benliğimizle ve kendi nefesimizle olmak istiyoruz. İşte aslında bu kitapta da Arif'in içinde bulunduğu toplumla uyuşmazlığını net olarak görebiliyoruz.
Kitaptaki en sevdiğim kısmı da söylemeden geçmeyelim. İblis'in en sondaki konuşmasından bir kesit yapmak istiyorum:
"Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çiqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?!" [s. 104]
Gerçekten sırf bu dizeler için bile herkesin okuması gereken bir kitap bence. Hem bu alıntı tamamen Azerbaycan Türkçesi ile yazılmış olmasına rağmen eminim ki çoğu arkadaş büyük bir kısmını anlamıştır bu dizelerin. Edebiyat evrenseldir zaten, kitap okuyan insanlar nasıl anlamaz ki birbirinin derdinden?
Hem hile dolu siyaset ve çarpıtılmış bir din anlayışıyla insanları kandırıp kendi iktidarını güçlendiren o kadar çok insan var ki etrafımızda, bütün bunlar varken şeytanı nasıl eleştirebiliriz ki? Şeytan tarih boyunca görevini yaptı ve yapmaya da devam edecek. Esas sıkıntı onun peşinden giden insanlarda!
Bu tür yıkım ve savaş edebiyatı kitaplarını genel olarak çok seviyorum. Eğer siz de bu konularda kitap arayışı içerisindeyseniz şu kitap önerilerine mutlaka bir bakmanızı tavsiye ederim: - Wolfgang Borchert, Kapıların Dışında - Hasan İzzettin Dinamo, Savaş ve Açlar - Louis Ferdinand Celine, Gecenin Sonuna Yolculuk
Azerbaycan edebiyatının değerli yazarlarını ve kitaplarını okumaya hız kesmeden devam edeceğim. Bu incelemeyi paylaşarak bu kitabın daha çok okunmasını sağlayabilirsiniz. Takipte kalın!
The ideological credo of Javid is revealed in the play, a mystic flaw is strongly expressed and the poet’s thoughts about a problem of human happiness followed by the imperialistic war are reflected in the poem
Hüseyn Cavidin yazdığı 104 səhifəlik pyesi. Lakin kiçik həcmli olmasına aldanmayın, çünki məna etibarilə çox dərindir. Sondakı monoloqun son dörd sətri bütün pyesin və birazda qabağa getsək bütün insanlıq tarixinin xülasəsidir. Yəni Hüseyn bəy demək istəyir ki, iblis başqa vakansiyaları dəyərləndirə bilər, çünki haqsızlıqların, vəhşiliklərin, vicdansızlıqların, ölümlərin, bir sözlə bütün mənfiliklərin təməlində insan özü durur. Boşuna iblisə iftira atmayın- şeytan azdırdı sözü burda səhv çıxır.
"Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət!?" (s. 9)
"Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim, Həp Xaliqə təsbih idi, təhlil idi virdim, İlk öncə mələklər bəni təqdis ediyordu, Adəm kibi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım, Allah ilə bir zikr edilir namü nişanım." (s. 12)
"Lakin bu xəta... Atəşi zülmət sanıyorsun: Sən arif ikən halbuki pək aldanıyorsun, Zülmət deyilim, iştə bənim hər sözüm atəş... Atəş, özüm atəş, yüzüm atəş, gözüm atəş." (s. 13)
"Get, lakin o hörmət və məhəbbət Bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət; Sizlərdəki ülfət; sonu vəhşət, Sizlərdəki şəfqət; sonu nifrət, Sizlərdəki rəhmət; sonu lə’nət!.." (s. 30)
"Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət, Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah, Dünyadə əgər varsa rəqibim o da: Allah!.." (s. 81)
"Röya kibi hər an olaraq zahirü qaib, Bən Şərqdə abid olurum, Qərbdə rahib. Bir qazi olub, gah edərim, fitnələr icad, Bir mürşid olub, gah edərim aləmi bərbad; Bə’zən olurum bir papa! Cənnət satarım bən, İsa dirilib gəlsə də qorqar qəzəbimdən. Xilqətdəki hər məsələ, hər nöqteyi-mevhum, Hər fəlsəfə, hər məzhəbü məslək bana mə’lum, Bə’zən olurum bir çoban, azadə bir insan, Bə’zən olurum zülmü fəsad aşiqi sultan, Bir piri-zəbun olduğum əsnadə dilərsən, Təbdili-qiyafətlə həmən gənc olurum bən." (s. 82)
"İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət, Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sönüb məhv olacaqsın. Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! Onlar, əvət onlar sizi çignətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Bən tərk edərim sizləri əl’an, nəmə lazim! Hiçdən gələrək, hiçliyə olmaqdayım azim. İblis nədir? – Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? – İblis!.." (s. 104)
"Get, bəllidir insandakı xislət; Sizlərdəki ülfət; sonu vəhşət, Sizlərdəki şəfqət; sonu nifrət, Sizlərdəki rəhmət; sonu lə’nət!.."
İblis əsəri ilə bağlı hər hansı bir müzakirə, başa düşdüyüm qədərilə, Faustla müqayisəsiz tamamlanmış sayıla bilməz. Faustu oxumuş olmasam da, bir şeyi dəqiq deyə bilərəm - İblis əsərini Faustun "tərcüməsi," "bənzətməsi" və s. adlandırmağa heç bir əsas yoxdur. Azərbaycan və ümumilikdə Yaxın Şərqin bəzi problemləri İblisin əsas mövzularındandır ki, Göte nəinki Yaxın Şərq, heç Avropanın da spesifik problemleri ilə maraqlanmır.
İblis sadəcə humanist bir faciə deyil. Əsərdə həmçinin siyasi və sosioloji məsələlərə toxunur. Və ən əhəmiyyətlisi, Cavid öz fikirlərini qabartmaq əvəzinə mövzunu mümkün olduğu qədər ədalətli şəkildə çatdırmağa çalışır.
Bəlkə də bəs qədər araşdırmamışam, amma göründüyü qədər İblis əsərinin yetərincə dərin və dəqiq analizi verilməyib hələ də.
Hüseyn Cavidin qələmi həmişəki kimi təəccübləndirmədi. Əsər bir yandan dövrün reallıqlarına, müharibənin dəhşətlərinə, xəyanət və sədaqət arasındakı o incə xəttə işıq tutarkən bir yandan da insan taleyinin dolanbaclı təbiətini gözlər önünə sərir. Arif əsərin əvvəlində humanist və romantik bir gənc kimi könlümüzü oxşayarkən irəliləyən hissələrdə getdiyi yol insanın sabit fikirli bir məxluq olmadığını, hətta ən yaxşıların belə yolunu itirə biləcəyini göstərdi. İblisi və onun məsləhətlərini rədd edən Arif, nəhayət ona alət olur, onun ağzı ilə danışır. Bu isə məsum insanların qətlini və qaçınılmaz vicdan yükünü gətirir. Doğrudan ümumun dediyi kimi onları yolundan azdıran İblis idi, yoxsa onların içində gizlin qalmış cəhətləri üzə çıxardı? Və ya insanın pis əmələ qurşanması üçün heç İblisi gözləməsinə də ehtiyac yoxdur?
İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? - İblis!..