Jump to ratings and reviews
Rate this book

Məktublar. Şəfibəyçilik

Rate this book
Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş "Şəfibəyçilik" adlı əsəri latın qrafikası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilir. Kitabın "Məktublar" adlı birinci bölümündə M.Ə.Rəsulzadənin müxtəlif illərdə Əlimərdan bəy Topçubaşova və Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktublar toplanıb. Həmin məktubların bir hissəsi Topçubaşovun Parisdə saxlanan şəxsi arxivindən götürülüb. M.Ə.Rəsulzadənin Azərbaycan mühacirətinin digər nümayəndəsi Şəfi bəy Rüstəmbəylinin 1933-cü ildə İstanbulda nəşr edilmiş "Yıxılan bütlər" kitabına cavab olaraq yazdığı "Şəfibəyçilik" əsəri isə həmin illərdə Azərbaycan Milli Məclisi daxilində baş verən fikir ayrılıqlarına həsr olunub.
Kitabda yer alan bütün bu sənədlər həm Rəsulzadə irsinin, həm də XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirəti daxilində baş vermiş proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

252 pages, Paperback

First published January 1, 2017

1 person is currently reading
8 people want to read

About the author

Məhəmməd Əmin Rəsulzadə

32 books13 followers
Məhəmməd Əmin Rəsulzadə və ya Məmməd Əmin Rəsulzadə — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri[1]. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (30%)
4 stars
3 (30%)
3 stars
4 (40%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.